Dünyanın ən məşhur və qeyri-adi heykəlləri

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriBiG.AZ banker.az- a istinaden bildirir ki, bir neçə əsrlər boyu valideynlər övladlarına yatmamışdan öncə nağıl danışırlar. Nağıllar uşaqları əyləndirirdilər, yazıçıları ruhlandırırdılar və onlar hətta müasir məşhur mədəniyyətdə də öz əkslərini tapıblar. Nağılların bir çox qəhrəmanlarının heykəlləri düzəldilib və onlar ölümsüzləşiblər.

Bu məqalədə biz sizə nağılların sehirli aləmindən olan personajların heykəllərinin siyahısını təqdim edirik.

Kopenhagendə "Su pərisi"

Dünyanın ən məşhur və qeyri-adi heykəlləri"Su pərisi"nin heykəli Danimarka, Kopenhagendə, kruiz gəmiləri üçün körpüdən təxminən 10 dəqiqəlik piyada yolda yerləşir. Təbii ölçülərdə düzəldilmiş bürünc heykəl sahil daşının üzərində oturub. Hans Xristian Andersen tərəfindən 1837-ci ildə yazılmış nağıla əsaslanan bu heykəl 1913-cü ildən etibarən Kopenhagen şəhərini bəzəyir və onun fəxri hesab edilir.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriYüz ildir ki, mövcud olan bu heykəl dəfələrlə vandalizmə məruz qalmışdı. Onu neçə dəfə bəzəyiblər, sağ əlini amputasiya ediblər, üç dəfə onun başını kəsiblər, 2003-cü ildə isə hətta daşdan atmışdılar. İki dəfə onu örpəyə bürümüşdülər. Xoşbəxtlikdən, heykəli hər zaman bərpa etməyə müvəffəq olmuşdular. 2006-cı ildə Kopenhagenin məmurları heykəli limanın dibinə köçürdəcəklərini bəyan etmişdilər. Bunu onlar heykəli vandalizmdən xilas etmək üçün edirdilər. Lakin heykəl hələ də əvvəlki yerindədir.

Sietldə Frimon trollu (FremontTroll)

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriFrimont trollu Corc Vaşinqton (GeorgeWashingtonMemorialBridge) körpüsünün şimali sonunda yerləşən və hündürlüyü 5,4 metr olan beton heykəldir.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriSkandinaviya nağılı "Üç keçi Qraf və qəzəbli div (troll)" (ThreeBillyGoatsGruff) heykəl Sietldən olan heykəltəraşlar və Frimontun incəsənət şurasının sifarişi ilə 1990-cı ildə ucaldılmışdır. Bu heykəl rayonun görkəmsiz ərazisini gözəlləşdirmək üçün düzəldilmişdir. Burada fotoşəkillər üçün çox yer var və ziyarətçilərə trollun üzərinə qalxmağa və trollun yeganə gözünü çıxartmağa icazə verilir.

London, Kensinqton bağlarında Piter Pen (PeterPan)

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriPiter Penin bürünc heykəli Londonda, Hayd Parkda (HydePark), Kensiqton bağlarında yerləşir. Bu yeri Piter Penin müəllifi Ceyms Barri seçmişdir. Barri Kensiqton bağlarının yaxınlığında yaşayırdı və 1902-ci ildə Piter Pen haqqında ilk hekayəsini dərc etmişdi. Piter Pen haqqında "Balaca ağ quş" adlı hekayələrin birində (LittleWhiteBird) Piter öz uşaq otağından uçur və Lonq Uoter (LongWater) gölünün yanına yeri enir. Həmin yerdə indi Piter Penn heykəli yerləşir.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriBarri Piter Penin heykəlini 1906-cı ildə planlamışdı. O, 6 yaşlı Maykl Llevelina Devisin Piter Pen kostyumunda şəkillərini çəkir. 1912-ci ildə Barri heykəli düzəldə bilən insanı, ser Corc Fremptonu tapır (SirGeorgeFrampton) və artıq həmin ilin 1 mayında heykəl Kensinqton bağlarında quraşdırılmışdır.

Nyu- York, MƏrkəzi Park, "Alisa möcüzələr diyarında".

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriYəqin ki, Mərkəzi Parkdakı ən sevimli heykəl Lyuis Kerrolun (LewisCarroll) 1865-ci ildə "Alisa möcüzələr diyarında" adlı nağılının bir qrup personajlarının bürünc heykəlidir. Bu heykəl kitabın ilk dərc olunmuş buraxılışında istifadə olunan Con Tennielin (JohnTenniel) orijinal təsvirləri əsasında yaradılmışdır.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriHeykəlin mərkəz elementi Alisadır. Onu üzü Kriftin qızının Donnanın siması əsasında düzəldilib. Alisa nəhəng bir göbələyin üstündə oturub və Ağ Dovşanın tutduğu cib saatına tərəf əlini uzadır. Alisanın arxasından Pişik ucalır. Laisanın əlləri üstündə onun pişiyi dina oturub. Bundan savayı, heykəldə Papaqçı da iştiak edir – Corc Delakortanın (GeorgeDelacorte) karikaturası.

Heykəlin hündürlyü 3,3 metr təşkil edir və uşaqlar onun üzərinə qalxa, ona toxuna bilərlər.

Bostonda "Ördəklərə yol verin!"

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriSəkkiz ördəkdən olan nəslini dalıyca aparan Missi Mallardı canlandıran "Ördəklərə yol verin!" adlı bir qrup heykəl Bostonun İctimai bağının (Boston Public Gardens) fəxri hesab edilir.

Heykəllər Robert Maakkloski (Robert McCloskey) tərəfindən yazılmış və 1941-ci ildə dərc olunmuş nağıla əsaslanırlar.

Almaniya, Bremendə "Bremen musiqiçiləri"

Dünyanın ən məşhur və qeyri-adi heykəlləri"Bremen musiqiçiləri" Qrim qardaşlarının nağılından 1857-ci ildə Bremendə bələdiyyə binasının qərb hissəsində yerləşdirilən bürünc heykəl qismində ölümsüzləşdirilib. Uzunqulaq, it, pişik və xoruz 1951-ci ildən etibarən orada dururlar. Nağılda heyvanlar azad həyat axtararaq öz sahiblərindən qaçırlar.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriOnlar Bremenə getməyə qərar verirlər, lakin yolda bir kotteci soyğundan xilas edirlər. Heykəl heyvanların bir-birilərinin belinə çıxdığını göstərir. Bu hiyləni onlar soyğunçuları qorxutmaq üçün və həmçinin yemək almaq üçün istifadə edirdilər.

Almaniya, Halmendə (PiedPiperofHameln) "Halmen siçan tələsi"

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriAlmaniyada, Bezer çayının (River Weser) üzərində, Aşağı Saksoniya regionunda (Lower Saxony) yerləşən Halmen şəhəri 13-cü əsrdə şəhərin başına gəlmiş faciədən bəhs edən orta əsrlər tarixinin sayəsində məşhurlaşmışdı. Əfsanəyə əsasən, 1824-cü ildə şəhər siçovulların hücumundan əziyyət çəkirdi. Bir müddətdən sonra rəngarəng libaslar geyinmiş bir kişi gəlir və şəhəri siçovullardan azad etməyə razılaşır. Kişi tütəkdə çalaraq siçovulları Vezer çayına cəlb edirdi. Həmin kişinin işinin öhdəsindən uğurla gəlməsinə baxmayaraq şəhərin meri ona onun pullarını ödəməkdən imtina edir. Kişi qəzəblənərək şəhəri tərk edir, lakin geri qayıtmağa və qisas almağa and içir. Müqəddəs bayramlardan biri qeyd olunanda və sakinlərin kilsədə olduqları zaman həmin kişi yenə də tütəkdə çalır. Lakin bu dəfə o, öz tütəyinin səsi ilə Hamelnin uşaqlarını cəlb edirdi. Şəhərdən 130 oğlan və qız onun ardıyca gedir və onları bir dəfə də heç kim görməmişdi.

Dünyanın ən məşhur və qeyri-adi heykəlləriBütün şəhərdə siçovul və siçovul tutan mövzusunda rəmzlərə, loqotiplərə, heykəllərə rast gəlmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4541   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364