Doğuş zamanı ölən ananın həyat yoldaşına son sözü

Bakıda 5 saylı Doğum Evində baş verən ana ölümünün təfərrüatlarını üzə çıxarıb.
Doğuş zamanı ölən ananın həyat yoldaşına son sözüBiG.AZ saytı bildirirki, ötən gün 5 saylı Doğum Evində qeysər əməliyyatından sonra dünyasını dəyişən Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşova əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.

Bu Z. Göyüşovanın ikinci hamiləliyi olub. Qaradağ rayon Ələt qəsəbəsinin 32 nömrəli Şəhər Poliklinikası nın baş həkimi Əlisəfa Hüseynov əməkdaşı ilə söhbətində bildirib ki, Z. Göyüşova Ələt qəsəbəsində pasport qeydiyyatında olsa da, Salyan rayonunun Xıdırlı kəndində ərdədir. Odur ki, polikilinikada qeydiyyatda olmayıb.

Mərhumun yaxınları dəfndə olduğundan, Əməkdaşı Salyan rayon Xıdırlı kəndinin icra nümayəndəsi Vaqif Hüseynovla əlaqə saxlayıb. V. Hüseynov bildirib ki, hadisə gözlənilmədən baş verib: "Z.Göyüşova bizim kəndə ərə gəlsə də, Ələt qəsəbəsində pasport qeydiyyatında olduğundan, onu doğuş üçün 5 saylı Doğum Evinə göndəriblər. Mərhumun bu ikinci hamiləliyi olub. Onun 2 yaşında evdə bir övladı da var. Z. Göyüşova əməliyyatdan çıxdıqdan sonra həyat yoldaşı da onunla görüşüb. Həkimlər bildiriblər ki, ananın da uşağın da vəziyyəti yaxşıdır, əməliyyat normal keçib. Z. Göyüşova həyat yoldaşı ilə görüşdən sonra ona doğum evində gözləməyin lüzumsuz olduğunu, evdəki balaca qızından narahat olduğunu söyləyib.

Deyib ki, get evə uşağımızın yanına. Həyat yoldaşı onunla görüşdən sonra evinə qayıdarkən, yolda həkimlər ona zəng edərək Z. Göyüşovanın vəziyyətinin qəfil pisləşdiyini, nəfəs almasında çətinlik yarandığını söyləyiblər. Həyat yoldaşı xəstəxanaya çatınca Z. Göyüşova dünyasını dəyişib. Hələki mərhumə dəfn edilməyib. Ailəsi də şok içindədir. Hamı məəttəl qalıb ki, əməliyyat normal keçibsə, uşaq da salamat qalıbsa necə olub ki, doğuşdan bir neçə saat sonra ana ölüb? Z. Göyüşova əməliyyatdan iki gün əvvəl doğum evinə yerləşdirilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2610   Tarix: 23 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001