Prokurorluq serialla bağlı araşdırmaya başladı

Prokurorluq serialla bağlı araşdırmaya başladıBiG.AZ xəbər verir ki, "Möhtəşəm Yüzyıl" serialında Səfəvilər dövlətinin fars dövləti kimi göstərilməsi ilə əlaqədar istintaq başlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Hacettepe Universitetində diş həkimi olan Azərbaycan türkü Mahboub Əmrahi sözügedən serialın 115-ci bölümündə Səfəvilər fars dövləti kimi göstərildiyinə görə, Ankara Baş prokurorluğuna şikayət edib. O, bildirib ki, Səfəvilər şiə və türk dövlətidir. Onun fikrincə, Səfəvilər dövlətinin fars olduğunu söyləmək təhqirdir. Əmrahi serialı sifariş edən şirkət haqqında iddia açılmasını istəyib.

Əmrahi ərizəsində belə yazıb: "Serialın dekabrın 11-də yayımlanan 115-ci hissəsində Səfəvilər dövlətinin açıq şəkildə fars dövləti olduğu iddia edilərək xalqımın tarix və keçmişinin inkar və təhqir edildiyini iddia edirəm. Türk mənşəli İran azərbaycanlısı olaraq adıçəkilən firmadan şikayətçiyəm".

Prokurorluq artıq istintaqa başlayıb. Serialın istehsalçı firması İstanbulda olduğu üçün istintaq materiallarının oraya göndərilib-göndərilməyəcəyi yaxın günlərdə məlum olacaq.

Əmrahi isə Facebook sosial şəbəkəsində bu barədə xəbər paylaşaraq "dostlar, qəzamız mübarək olsun" yazıb. M.Əmrahi qeyd edib ki, açdığı dava yaxın zamanlarda Türkiyə mediasında əks-səda doğuracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2503   Tarix: 18 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040