Gələn il dünyanın siyasi mənzərəsini dəyişəcək 5 önəmli seçki

Gələn il dünyanın siyasi mənzərəsini dəyişəcək 5 önəmli seçkiGələn il bir çox ölkələrdə dünyanın siyasi mənzərəsinə önəmli təsir edəcək seçkilər keçiriləcək. Bu seçkilərdən 5 ən önəmlisini təqdim edirik.

1. Əfqanıstanda prezident seçkiləri (5 aprel)

Seçkilərin necə bitəcəyi indidən dünya liderlərini qayğılandırır. Buna əsas səbələr seçki sistemində reformların aparılmaması, seçki günü baş verə biləcək terror hadisələridir. Ən asas isə, 10 ildən çoxdur Əfqanıstanı idarə edən və Qərbin maraqlarına xidmət edən Həmid Karzayıni kim əvəz edəcək? Əfqanıstan qanunları Karzayıyə üçüncü dəfə namizədliyini irəli sürməyə imkan vermir. Onun yerinə keçə biləcək ən güclü namizədlər isə 2009-cu ildə də seçkilərdə iştirak edən Abdullah Abdullah və Əşrəf Qəni Əhmədzaydır. Karzayınin qardaşı Kayumda güclü namizədlər sırasındadır.

Nəzərə alsaq ki, gələn il beynəlxalq hərbi güclər Əfqanıstandan çəkiləcək, bunun fonunda isə "Taliban" hələ də ölkədə gücünü qoruya bilir, deməli yeni prezidenti çətin günlər gözləyir.

2. İraqda parlament seçkiləri (30 aprel)

Hazırki baş nazir Nuri Əl-Maliki üçüncü dəfə hökuməti idarə etməyi hədəfləyir. İraq Yüksək Şurasının rədd etdiyi iki dəfədən artıq baş nazir seçilməyi qadağan edən qanunun qəbul edilməməsi sayəsində Maliki yenidən baş nazir ola bilər. Amma bu il keçirilən əyalət seçkilərində Malikinin partiyası uduzmuşdu. Onun şiələrin çoxluq təşkil etdiyi bölgələrdə nüfuzu xeyli aşağı düşüb.

Malikinin hakimiyyətdən getməsi zamanı ölkədə xaos olacağından qorxan rəqib partiyalar ona dəstək verə bilər.

Ölkədə məzhəb toqquşmaları getdikcə artmaqdadır. Bunun fonunda seçkilərin necə keçəcəyi və kimin qalib gələcəyi böyük maraqla gözlənilir.

Qeyd edək ki, İraqda parlament idarəçiliyi mövcuddur və seçkilərdə qalib gələn partiya yeni hökuməti formalaşdırır.

3 Hindistan Qanunvericilik Məclisinə (Lok Sabha) seçkilər (Aprel və ya may ayında baş tuta bilər)

700 milyon insan, 1.3 milyon seçki qutusu və 1300 siyasi partiya....Hindistandakı seçkilər bu rəqəmlərlə dünyanın gündəmindədir. Bu seçkilər hakim Konqres Partiyasının 10 illik hakimiyyətinə son verə bilər. Qandi ailəsinin uzun illərdir idarə etdiyi partiya son illər Hindistanda nüfuzunu itirməkdədir. Sözügedən partiyanın seçkiləri uduzacağını ehtimal etməyə əsas verən digər məqamlar ölkə iqtisadiyyatında zəifləmə, yoxsulluq, cinayət hallarının kəskin artmasıdır.

4. Avropa Parlamentinə seçkilər (22-25 may)

Avropa uzun zamandır ki, iqtisadi böhranla mübarizə aparır. Amma ortada heç bir nəticə yoxdu. İşsizlik rəqəmləri hələ də yüksəkdir. Bir çox Avropa ölkələrində iqtisadi böhran getdikcə dərinləşir. Bütün bunların fonunda may ayında keçiriləcək seçkilərdə populist və millətçi gedişlərə meyillənmə artacaq.

Avropa Parlamentindəki İngilis Birləşmiş Krallıq Müstəqillik Partiyası, Finlandiya Gerçək Finlər Partiyası və Fransa Milli Cəbhə Partiyası səslərin çoxunu qazanarsa, bu ölkələrin hökumətləri çətin durumda qalacaqlar.

5. Türkiyədə prezident seçkiləri (Avqust)

Türkiyədə ilk dəfə prezident seçkiləri keçiriləcək. Hazırki baş nazir Rəcəb Tayyip Ərdoğanın namizəd olub-olmayacağı maraq doğurur. Mart ayında yerli seçkilərin nəticəsinə uyğun olaraq, Ərdoğanın namizədlik məsələsi bilinəcək.

Seçki sisteminin dəyişməsinə baxmayaraq, Türkiyənin siyasi elitası prezidentin səlahiyyətlərinin artırılmasına maraq göstərmir.

Türkiyədə Atatürkün təməl idarəçilik üsullarını bir-bir ortadan qaldıran AKP hökumətinin nüfuzu xeyli aşağı düşüb. Bu baxımdan yerli seçkilərdə və prezident seçkilərində partiyanın qalib gləcəyi sual altındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1144   Tarix: 15 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580