Hindli iş adamı ispanları qəzəbləndirdi

Hindli iş adamı ispanları qəzəbləndirdiBelə ki, hindli iş adamı, milyarder Lakşmi Mittal qardaşıoğlu Şristi üçün Barselonada möhtəşəm toy mərasimi təşkil edib.

"Arselor Mittal" polad sənaye şirkətinin Prezidenti tərəfindən təşkil olunan toya ümumilikdə 60 milyon dollar xərclənib. Üç gün davam edən mərasim səbəbi ilə Barselonanın mərkəzində fəaliyyət göstərən "Art otel" yalnız Mittalın ailəsinə xidmət edib.

Toy katalan (İspaniyanın şimal şərqində yerləşən Kataloniya muxtariyyətində yaşayan xalq. Müasir dövrdə Katalanların ən iri yaşayış məskəni Barselona sayılır) siyasətçilərinin böyük marağına səbəb olsa da, ispan hökumət adamlarından heç kəs mərasimdə iştirak etməyib.
Hindli milyarder qonaqların qəbulu üçün katalanların məşhur sənət muzeyini kirayələyiblər. Yerli əhali tərəfindən heç də xoş qarşılanmayan bu hadisə İspaniyada böyük səs-küyə səbəb olub. Xalq xristian tarixinin əsərlərinin nümayiş olunduğu bu muzeyin pul qarşılığında hindlilər tərəfindən istismar olunmasını hörmətsizlik kimi qiymətləndirib.

Xalqın narazılığına münasibət bildirən Mittal "İspaniya Avropa Press" agentliyinə verdiyi müsahibəsində "pulla hər şeyi almaq mümkündür", deyib. Məlumat üçün bildirək ki, 2011-ci ildə Mittal digər qardaşıoğlu Vartika Mittal üçün bənzər mərasim təşkil etmişdi. Türkiyədəki "Çırağan Sarayı"nda keçirilən toy uzun müddət gündəmdə olmuşdu. Qeyd edək ki, Lakşmi Mittal 31.1 milyard dollarlıq sərvətilə dünya milyonçuları arasında 6-cı yerdədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 518   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490