Qripdən necə qorunmalı?

Qripdən necə qorunmalı?Barmaqarası baxdığımız qrip xəstəliyi hansı ağır fəsadlar yaradır və onunla mübarizədə nələri etməliyik?

Havaların tez-tez dəyişməsi ilə bərabər insanın səhhətində də müəyyən problemlər yaranır. Xüsusən də payız mövsümündə. Bir balaca hava soyuyan kimi çoxları asqırmağa və öskürməyə başlayır. Payızın gəlişi qrip mövsümünün başlanğıcını qoyur.
Bəs insanların baş bəlası olan qripdən necə qorunmaq olar? Qripi önləmək üçün hansı tədbirlər görülməlidir? Niyə havanın soyuması ilə bərabər infeksion xəstəliklərin yayılması da artır? BiG.AZ saytı ətraflı şəkildə bu suallara cavab verəcək.

Xəstəlik necə başlayır?

Qriq infeksiyası sentyabr-oktyabr kimi mövsümün dəyişdiyi aylarda, məktəblər açıldıqdan sonra xüsusilə şagirdlərdə artır. Qrip mövsüm dəyişəndə daha çox yayılır, yüksək hərarət, əzələ və oynaq ağrıları, baş və boğaz ağrıları, iştahsızlıq, gözlərdə qızartı, quru öskürək və həddindən artıq halsızlıqla müşahidə edilən üst tənəffüs yolu infeksiyasıdır. Qrip - qrip virusu tərəfindən yaranan bir xəstəlikdir. Baş ağrısı, titrəmə və öskürək qripin ilk əlamətlərindəndir. Çox qısa müddətdə isə qızdırma, iştahsızlıq, əzələ ağrıları və yorğunluq bu əlamətlərə əlavə oluna bilər. Bəzən, xüsusilə uşaqlarda ürək bulanması, qusma və ishalla müşahidə olunur. Xəstəliyin ömrü böyüklərdə 3-5, uşaqlarda 7 günədək olur.
Qrip virusunun ömrü az olduğu üçün xəstəlik 3-5 gündən çox çəkmir. Əgər orqanizmdə qripdən başqa digər xəstəlik varsa bu zaman həmin xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə də qripə bütün "xəstəliklərin açarı" deyirlər.

Qripin daha çox soyuq havada yayılmasının səbəbi nədir?

Qrip mövsümü payızın ilk aylarında başlayıb, noyabr-dekabrda artar, aprel-maya qədər davam edər. Əslində qripin mövsümü bəlli deyil. Amma qış aylarında daha çox yayılır. Səbəbi də insanların daha çox qapalı və sıx məkanlarda toplu halda cəmləşməsidir. İçəridəki havanın quru olması virusların uzun müddət yaşamasına səbəb olması əsas təsiredici faktorlardan biridir.

Qrip virusu, insandan insana çox asanlıqla tüpürcək damlacıqları, öskürək və asqıraq yolu ilə keçir. Xüsusilə qapalı mühitlər infeksiyanın yayılması üçün uyğun məkanlardır. Ayrıca, qrip olan adamın tutduğu qapı dəstəyi, telefon dəstəyi ilə də keçə bilər. Təyyarə səfərləri ilə də virus bir ölkədən digərinə asanlıqla ötürülməkdədir.

Soyuqdəymə, yoxsa qrip?

Soyuqlamaq üşüyüb xəstə olmaq mənasını verir. Soyuqlamaq yolu ilə yaranan xəstəliyə çox vaxt soyuqdəymə də deyilir. Soyuqdəymə elmi dildə desək, üst tənəffüs yollarında virusların yaratdığı infeksiyanın nəticəsidir. Buna ingilis ədəbiyyatında "common cold" da deyilir. Soyuqdəymə ümumiyyətlə hərarət yüksəlmədən, yüngül yorğunluq, burun axması, boğaz ağrısı, qıcıqlanma, asqırma kimi əlamətlərlə özünü göstərər. Bir sözlə, soyuqdəymə - virusların səbəb olduğu burun iltihabı xəstəliyidir. Halsızlığa gətirib çıxarmadığı üçün yataq istirahəti tələb etməyən bir xəstəlikdir və qətiyyən, qriplə qarışdırılmamalıdır.

Özünəçarə tapanlar üçün məsləhət

Qripə yoluxan zaman şəxsin özünümüalicə üsullarından istifadə etməsi də fayda verə bilər. Məsələn, zoğal, böyürtkən, moruq, gilənar mürəbbələri ilə çay içmək təsirli ola bilər. Yaddan çıxarmaq lazım deyil ki, özünümüalicə yüngül qrip üçün keçərlidir. Xəstəlik 3-4 gün ərzində yavaşlamazsa, həkimə müraciət etmək lazımdır. Əks halda xəstəlik daha ağır formaya keçə bilər və nəticədə ağciyərlər, ürək və böyrəklərin fəaliyyətində pozulmalar yarana bilər.

Təbii yollarla, təbii bitkilərin köməyilə də xəstəliyin qarşısını almaq mümkündür. Bunlardan bir neçəsi daha çox məşhurdur:

- 1 litr suya limon doğrayıb, az miqdarda şəkər əlavə edib qaynatmaq lazımdır.Bu şərbətin qəbulu qriplə mübarizə üçün çox xeyirlidir.

- Soğanın suyunu bir çay stəkanı su və bir qaşıq balla qarışdırıb hər gün qəbul etmək qripdən qorunmaq üçün ən təsirli vasitədir.

- Bir stəkan qaynamış südə 5 qram adaçayı əlavə edilir və 6-7 dəqiqə dəmlənilir. Bu içkinin qəbulu da insanı infeksion xəstəliklərdən qoruyar.

Qripdən necə qorunmalı?

Qripdən qorunmaq üçün insanlar ilk növbədə C vitamini ilə zəngin olan qidalar qəbul etməlidirlər. Virusa yoluxmamaq üçün itburnu, kök, soğan, sarımsaq, apelsin və limondan da çox istifadə etmək məsləhətdir. Xəstəliyə tutulmayan insanlar isə sadə bir yolla özlərini qoruya bilərlər. Küçəyə çıxmamışdan qabaq adi sabundan kiçik bir hissə kəsib qısa müddətə buruna qoymaq qripə qarşı kəskin mübarizə aparır. Çünki burun sabundan qıcıqlanır və qripə qarşı təbii dərman olan interferon ifraz etməyə başlayır. Xəstəlikdən qorunmaq üçün apteklərdə satılan "Oksalin" mazından istifadə etmək də məsləhət görülür.

Qrip virusunun orqanizmə daxil olması 5-7 gün ərzində sağalma ilə nəticələnməyinə baxmayaraq, bəzi hallarda qulaq və ağciyər (sətəlcəm) infeksiyalarına da yol aça bilər.
Sonradan orqanizmdə müxtəlif problemlərin yaranmasının qarşısını almaq üçün qorunmaq çox vacibdir. Bunun üçün həkimlər aşağıdakı məsləhətlərə əməl etməyi tövsiyə edirlər:

Balanslı qidalanma – Orqanizmin zülal, yağ, şəkər, vitamin ehtiyacı yetərincə təmin olunmazsa, bədənin müqaviməti aşağı düşər və tənəffüs orqanları virusların təsirilə zədələnə bilər. Xüsusilə bəslənmə dəyəri aşağı olan, yalançı vitaminlərlə zəngin, yağdan bol olan əlüstü yeməklərin (hamburger, dönər, cız-bız, hazır suplar) həddindən artıq qəbul edilməsi qrip kimi infeksion xəstəliklərə tutulmaq üçün açardır. Antibiotik dərman qəbulu həkimin göstərişi ilə qəbul edilə bilər. Qrip əsnasında aspirin istifadə edilməməlidir.

Yetərincə su içilməli – Tənəffüs orqanları hüceyrələrinin nəmli olması virus daşıyan damlacıqların təsirinə qarşı müqavimət göstərməyi təmin edir. Buna görə də su içmə ehtiyacının azaldığı qış fəsli daxil olmaqla hər gün 10-12 stəkan maye qəbul edilməlidir.

Nizamlı şəkildə idman etməli - Yetkin bir insan üçün həftədə 3 gün, gündə 1 saat olmaq üzrə idmanla məşğul olmaq vacibdir. İdman bədən müqavimətinin artırılması üçün çox əhəmiyyətlidir. "İdman sağlamlıqdır" şüarı burda da keçərlidir. Hər səhər soyuq bir duş, xüsusilə burun – qırtlaq hissəsində qan dövranını nizamlar və təcavüzkar viruslara qarşı yaxş bir müdafiə təşkil edər. Bu üsulu vərdiş edənlər uğurla həyata keçirə bilərlər.

Stressdən uzaq olmalı - Stress, bədən müqavimətini azaldaraq xəstəliklərə qapı açan əhəmiyyətli faktorlardan biridir.

Siqaret çəkməməli - Siqaret də eynilə stress kimi bədən müqavimətini azaldır. Bundan əlavə virus dolu damlacıqlar siqaret çəkilən mühitlərdə tüstüyə yapışır və tənəffüs yolları ilə orqanizmə daxil olur.

Qucaqlaşmayın - Qrip olan bir adam ilə qucaqlaşmaq, epidemiya vaxtlarında iş yerlərində bir çox şəxslərin istifadə etdiyi cihazlardan yararlanmaq xəstəliyə yoluxmaq riskini çoxaldır. Çünki virus belə yerlərdə 2-3 saat canlı qala bilər. Bu səbəbdən təmizliyə fikir vermək, şəxsi gigiyenanı qorumaq əhəmiyyətlidir.

İzdihamlı yerlərdən uzaq durun – Adamların və nəqliyyat vasitələrinin çox olduğu məkanlarda, kino, teatr, kafelərdə bir adamın asqırması ilə viruslar böyük bir sürətlə (160 km/saat) hərəkət edərək 3-4 metr uzağa yayıla bilər.

Nizamlı yatın – Bir gecə yuxusuz qalanda bədən hüceyrələri zəifləyir və onların virusla mübarizə qabiliyyəti yarıbayarı azalır.

Ayaqyalın gəzməyin – Xüsusilə qış aylarında istilik aşağı düşür, refleks olaraq tənəffüs mukoza hüceyrələrini də bəsləyən damarlarda daralma olur, nəticədə qan dövranı yavaşlayır. Mukoza hüceyrələrindəki nəmlilik nisbətinin azalması ilə birlikdə müdafiə etmə gücü də azalacaq və virusların girişi asanlaşacaq.

İsti mühitlərdən qaçın - Xüsusilə qış mövsümündə daha çox bağlı və isti mühitlərin seçilməsi də tənəffüs mukoza hüceyrə pərdələrinin qurumasına səbəb olur, bu da virusların bədənə girişini asanlaşdırır.

Mövsümə görə geyinin - Mövsümə görə geyinmək bədən istiliyini normada saxlamaq baxımından önəmlidir. Tərlətməyən, pambıqdan hazırlanmış geyimlərin seçilməsi vacibdir.

Qripin düşməni olan 5 Vitamin

Yeni mövsümə keçid zamanı havanın tez-tez dəyişməsi ilə bağlı olaraq qrip infeksiyaları aktivləşir. A, C, E, selenium, sink vitamini ilə zəngin olan qidaları nizamlı şəkildə qəbul edənlərin qripə tutulmaq riski çox az olur.
Balıq, qırmızı ət, süd, qatıq, kök, düyü, şüyüd, cəfəri, brokoli, ispanaq, kök kimi qidalar A vitamini ilə, yaşıl bibər, sitrus bitkiləri, soğan, kərəvəz, kivi C vitamini ilə zəngindir. C vitamini bədənin müqavimətini artırır, immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Bitki mənşəli yağlar, yaşıl yarpaqlı tərəvəzlər, yumurta kimi qidalarda isə antioksidan xüsusiyyətlərə malik bol-bol E vitamini var. E vitamini də immunitet sistemini qüvvətləndirir. Turp, göbələk, sarımsaq, balıq növləri kimi dəniz məhsullarında da selenium var və xəstəliklərə qarşı bədənin müdafiə etməsini artırar. Ət, pendir, yumurta, quru paxlalılar, kəpəkli taxıl məhsulları da sink baxımından zəngindir. Balanslı bəslənmə üçün bu 5 vitaminlə zəngin olan qidaların nizamlı şəkildə istehlak edilməsi çox əhəmiyyətlidir.

Qrip necə müalicə edilir?

Hər şeydən əvvəl insan orqanizmi üçün istirahət, mümkünsə yataq istirahəti əhəmiyyətlidir. Yatarkən başın yuxarıda tutulması (İki və daha çox yastıq ilə yatmaq) burun axıntısının yaratdığı narahatlığı azaldır. Sağalmağa doğru dərhal normal fəaliyyətə dönmək məsləhət deyil, bir müddət istirahət etmək vacibdir. Qrip xəstəsi olan mühitin normal istilikdə olmasına və yaxşı havalandırılmasına diqqət etmək lazımdır. Otaqda havanın qurumasına mane olmalı, nəmliliyi təmin etmək lazımdır. Xəstəlik zamanı qızdırma yüksəkdirsə bol maye qəbul etmək vacibdir. Su içində əridilərək istifadə edilən anti-qribal dərmanlar, maye qəbulunun artırılması sürətli təsir gücünə malikdir. Su, meyvə şirəsi və kafeinsiz içkilər seçilməlidir. Kifayət qədər maye qəbulu sinədəki ifrazatın daha az yığılmasına və bədəndən daha asan təmizlənməsinə kömək edər. Bol meyvə və tərəvəzdən hazırlanmış qidalara üstünlük vermək lazımdır. Ağartı məhsullarını da yaddan çıxartmaq olmaz.

Uzun illər sınaqdan keçirilmiş təbii üsullardan və preparatlardan istifadə etmək lazımdır. Məsələn, yüngül və orta dərəcəli temperaturun aşağı salınması üçün bütün dünyada 124 ildir parasetamol etibarla istifadə edilir. Sirkə, kamfora yağı ilə bədəni oxalamaq da yaxşı nəticə verir.

Qrip peyvəndi nədir və nə zaman edilməlidir?

Bəzi həkimlər qripi önləmənin ən yaxşı yolunu peyvənd edilməkdə görürlər. Qrip peyvəndi, bir il əvvəl epidemiya yaradan öldürülmüş və saflaşdırılmış qrip viruslarından alınır. Qrip peyvəndindəki bu viruslar toyuq embrionlarında çıxarılır. Daha sonra virus, yumurtadan çıxardılıb inaktivə edilərək peyvənddə istifadə ediləcək hissələrə ayrılır. Əlləri yumaq, müəyyən bir ölçüdə infeksiya riskini azaltsa da, təsirli olaraq bilinən tək qorunma üsulu qrip mövsümü başlamadan 2 həftə əvvəl tətbiq olunması lazım olan qrip peyvəndidir.Qrip peyvəndi hamilə qadınlara və yumurtaya qarşı allergiyası olanlara məsləhət deyil. Peyvənd etdirmək üçün ən uyğun zaman sentyabr və oktyabr aylarıdır. Peyvənd hər il yenidən edilməlidir. Təsiri iki həftədə başlayır və 6 aya qədər qoruyur.
Amma qrip peyvəndi, soyuqdəyməni önləməz. Xüsusilə məktəb və körpələr evində çalışanlar, sağlamlıq personalı, astma, serroz və şəkər xəstələri, xroniki xəstəliyi olan şəxslər, körpələr və s. qrip peyvəndi olunmalıdır.

Qrip və soyuqdəyməni önləmək üçün nə etmək lazımdır?

Qripə yoluxan şəxs digərlərinə də bu virusun keçməməsi üçün diqqətli olmalıdır. Gigiyenik qaydalara əməl edilməsi həm qripin qarşısını almağa, həm də digərlərini bu xəstəliyə tutulmamağa kömək edir. Həmin qaydalar bunlardır:
1. Əllərinizi tez-tez yuyun.
2. Burun və gözlərə toxunmaqdan qaçının.
3. Dəsmal, qab-qacaq (yemək) dəstini ayırın.
4. Burun iltihabını birdəfəlik salfetlərlə təmizləyin.
5. İnsanlardan uzaq durun. Asqıranda və ya öskürəndə əlinizlə və ya dəsmalla ağzınızı tutun.
6. Olduğunuz yerin havasını tez-tez dəyişin. Normal temperaturlu otaqda yatın.

Qripdən qorunması vacib olan xüsusi risk qrupları

Qrip daha əvvəldən də bilinməsinə baxmayaraq, əslində 1918-ci ildə gətirib çıxardığı böyük epidemiya ilə gündəmə gəlmiş bir xəstəlikdir. İspan qripindən 1918-ci ildə təxminən 20 milyon adam ölüb. Daha sonra da kiçik diametrdə epidemiyalar yayılıb. 1957-1985-ci illər arasında ortaya çıxan 16 epidemiyanın hər birində ABŞ-da 10 min-40 min arasında ölüm qeydə alınmışdır. Müasir dövrümüzdə də qrip minlərlə insanın həyatına son qoymaqdadır. "Quş qripi", "donuz qripi" dünya ölkələrinin iqtisadiyyatına milyonlarla ziyan vurdu, minlərlə insanın ölümünə səbəb oldu.

Qripdən hamı qorunmalıdır. Amma elə insanlar vardır ki, onlar bu xəstəliyə xüsusilə fikir verməlidirlər: 65 yaşdan yuxarı şəxslər, astma və xroniki ağciyər, şəkər, ürək-böyrək xəstələri, orqan nəqli edilmiş, immun çatışmazlığı olan kəslər, hamilə qadınlar, körpələr və s.

Vitaminlərlə deyil, təbii qidalarla özünüzü qoruyun

İnsanlarda xəstələnən kimi dərman şəklində vitamin qəbul etmək artıq vərdiş halını alıb. Yadda saxlamaq lazımdır ki, quru vitamin əvəzinə təbii qidalar qəbul etmək orqanizmə daha çox fayda verər. Məsələn, vitamin möhkəmlətməsi olaraq C vitamini almaqdansa (həblər şəklində), portağal və ya naringi (mandarin), limon qəbul etmək daha sağlam bir yanaşmadır. Çünki portağalda C vitamini ilə birlikdə maqnezium, kalium, B6 - vitamin və antioksidanlardan zəngin flavonoidlər də vardır.
İmmun sistemini gücləndirmək üçün daha çox miqdarda təzə tərəvəz və meyvə qəbul etməli olduğunu hamı bilir. Ancaq ən əhəmiyyətli məsələ bunu reallaşdıra bilməkdir.

Yaddan çıxarmaq lazım deyil ki, orqanizmin sağlam olması insanın öz əlindədir. Belə bir deyim də vardır: "Kim uzun ömür yaşamırsa, günah onun özündədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4718   Tarix: 09 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164