Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?

Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?Qeysəriyyə kəsiyi əməliyyatının üstünlükləri və riskləri
BiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, Son illərdə qadınlar qeysəriyyə kəsiyi əməliyyatına daha çox üstünlük verirlər. Bəs qeysəriyyə kəsiyi əməliyyatı nədir, onun üstünlükləri və riski nədən ibarətdir?
Bununla bağlı, Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev müsahibəsində hamiləlik zamanı qadınların orqanizmində əlavə tələbatlara ehtiyac yarandığından daha həssas və tez təsirlənən olduqlarını deyib. Ancaq bu proses həm ana, həm də uşaq üçün böyük stress yaradır və bəzən xüsusi tibbi müdaxilə tələb olunur.

Professor bildirib ki, ilk baxışda qeysəriyyə kəsiyi əməliyyatı uşaq dünyaya gətirməyin tez və asan üsuluna bənzəyir. Digər cərrahi müdaxilələrlə müqayisədə, o daha təhlükəsizdir. Təbii yolla doğuşdan fərqli olaraq daha rahat, tez və qabaqcadan düzgün proqnoz verilə bilən bir metoddur. Əməliyyat narkoz altında aparıldığı üçün, adətən ağrısız olur. Bu cəhətlər qeysəriyyə kəsiyi əməliyyatını hamilələr üçün daha cəlbedici edir.
Lakin daha dərindən araşdırdıqda, mühüm çatışmazlıqlar meydana çıxır ki, bu zaman qeysəriyyə kəsiyi əməliyyatının istifadəsini məhdudlaşdırmağa ehtiyac yaranır.

N.Quliyev deyib ki, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Daha uzun müddət hospitalizasiyaya ehtiyac yaranır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır.

Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur.

Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, ümumiyyətlə, sancılar hələ başlamamış hallarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır. Hətta uzun müddət davam edən və çətin doğuşlarla müqayisədə qeysəriyyə əməliyyatında bu risk mövcuddur. Bəzən yanlışlıqla uşağı skalpellə zədələmək olar.
Professor deyib ki, qeysəriyyə kəsiyi əməliyyatına qərar verməzdən əvvəl hər bir hamilə qadın həkimi ilə birgə bu əməliyyatın risk və üstünlüklərini ölçüb-biçməlidir. Normal doğuşda ana və uşaq daha az riskə məruz qaldıqları halda qeysəriyyə əməliyyatında bu riskin səviyyəsi daha yüksək ola bilər.

N.Quliyevin sözlərinə görə, təbii yolla doğuşu reallaşdırmaq üçün qadınlar öz sağlamlıqlarının qayğısına qalmalı, o cümlədən düzgün qidalanmalı, fiziki hərəkətlər etməli, stressdən, alkoqoldan və tütündən uzaq olmağa çalışmalı, əvvəlcədən xəstəxanaya və həkimə müraciət etməlidirlər. Dərman və tibbi müdaxiləni yalnız ehtiyac yarandıqda istifadə etməyi qabaqcadan müəyyənləşdirmək lazımdır, çünki adətən onlar doğuşun normal gedişini poza bilər.

Əgər hamilə qadın bütün bu məsləhətlərə riayət edirsə və buna baxmayaraq ana və uşağın həyatı üçün ciddi problem yaranırsa, təhlükəsizlik baxımından yalnız o zaman qeysəriyyə kəsiyi əməliyyatına ehtiyac yaranır.
N.Quliyev diqqətə çatdırıb ki, anada və döldə heç bir patologiya yoxdursa, təbii yolla normal doğuşa üstünlük vermək məsləhətdir.

Səhiyyə Nazirliyinin baş pediatrı bildirib ki, qeysəriyyə kəsiyi əməliyyatı ilə doğulmuş uşaqlar daha çox patologiyalarla qarşılaşırlar. Əməliyyat ilə doğulan uşaqlarda daha çox tənəffüs yolu xəstəlikləri, kəllə-beyin zədəsi, sinir sistemi və həzm prosesinin pozulması hallarına rast gəlinir. Bu körpələr allergik xəstəliklərə daha çox meylli olurlar.

Azərbaycanda qeysəriyyə yolu ilə hər il 30 minə yaxın körpə doğulur ki, bu da doğuşların təxminən 20 faizi deməkdir. Halbuki Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu rəqəm 15 faizi keçməməlidir. Əslində isə qeysəriyyə əməliyyatına yalnız patoloji hallarda üstünlük verilməlidir. Professorun fikrincə, bu kimi hallar baş vermirsə, mütləq şəkildə təbii doğuşa üstünlük verilməli və hamiləlik dövründə ana həkim tərəfindən təbii doğuşa hazırlanmalıdır. Çünki qeysəriyyə doğuşu bir əməliyyatdır və bunun da riskləri və fəsadları var.

Ölkəmizdə başqa sahələrlə yanaşı, səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2013-cü il 25 noyabr tarixli Fərmanına əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1523   Tarix: 08 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817