• Sübh namazı 03:09
  • Gün çıxma vaxtı 05:13
  • Zöhr namazı 12:44
  • Əsr namazı 16:44
  • Axşam namazı 20:15
  • İşa namazı 22:10
 Bakı
  • Gündüz +35
  • Gecə +25
AZN məzənnəsi
USD
1.5363
EUR
1.7004
RUB
0.0240

İlanlar haqqında bir nəçə faktlar

İlanlar haqqında bir nəçə faktlar

BiG.AZ saytı xarici mətbuata istinadən xəbər verirki, Afrikada yaşayan qara mamba quruda ən sürətli ilan hesab olunur. O, 19 km/ s sürətlə hərəkət edə bilir.

DƏNİZ İLANLARI

Dənizdə 47 növ ilan yaşayır.Onların çoxu quruda heç bir hərəkət edə bilmir. Dəniz ilanları balıq, krevet yeyirlər. Hamısı çox zəhərlidir. Engidrin ən qorxulu zəhər daşıyıcısıdır.

ZINQROVLU İLANLAR

Zınqrovlu ilanlar səs salıb düşmənlərini xəbərdar edir ki, ondan aralıda dursunlar. Onun quyruğundakı bərk halqalar tərpəndikcə səs çıxarır. Hər dəfə qabığını dəyişdikdə həmin halqalar yenidən əmələ gəlir.

İLANLARIN NÖVLƏRİ

Dünyada 2700 ilan növü mövcuddur. Antarktikadan başqa bütün materiklərdə yaşayırlar. İrlandiyada, İslandiyada və Yeni Zelandiyada ilan yoxdur. Bütün ilanlar başqa heyvanları yeyir.

ZƏHƏRLİ İLANLAR

İlan növlərinin ancaq üçdə biri zəhərlidir. İnsana zərər yetirə bilən ilanların sayı daha azdır. Zəhərsiz ilanlar öz ovlarını ya boğur, ya da diri-diri udurlar.

ƏN UZUN İLAN

Cənubi-Şərqi Asiyada yaşayan torlu pitonun uzunluğu 10 metrə çatır. Cənubi Amerikada yaşayan anakonda pitondan ağır, lakin ondan gödəkdir. Pitonlar və anakondalar zəhərsizdir. Onlar öz qurbanlarını ya dişləri ilə öldürür, ya da boğurlar. Piton gizlənərək pusqu qurur, ovu yaxınlaşdıqda çıxıb ona dolanır və boğur.

İLAN QABIĞI

İlanlar böyüdükcə, ya da zəhərləndikdə qabıqlarından çıxırlar. Birinci ilində ilan sürətlə böyüyür, ona görə də bu müddətdə qabığını yeddi və daha çox dəfə dəyişir. Sonrakı dövrdə hər ildə bir dəfə qabığını dəyişir.
f Paylaş
Bölmə: Maraqlı Müəllif: ramalqarabaqli Oxunub: 4604 Tarix: 08.12.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fikrini bildir !
SAYTA GİRİŞ
Bölmələr
USD: 1.5363
EUR: 1.7004
RUB: 0.0240
TRY: 0.5288
GEL: 0.6594
GBP: 2.0482

Valyuta konverter

Satıram:
Alıram: 0