Goldman Sachs Olimpiada haqqında inanılmaz faktlar açıqladı

Goldman Sachs Olimpiada haqqında inanılmaz faktlar açıqladıBiG.AZ banker.az-a istinadən bildirir ki,Londonda baş tutacaq yay olimpiya oyunlarının açılışın bir həftədən də az vaxt qaldı (Qeyd edək ki, olimpiyada iyulun 27-dən avqustun 12-dən Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək). Artıq çoxsaylı idman pərəstişkarları kimin bu il çempion olacağı, kimi hansı idman növündə qalib gələcəyi və yeni rekordlara imza atacağına dair ehtimallar qururlar. Goldman Sachs mütəxəssisləri də yay hərarətli Olimpiya həyəcanından yayına bilmədilər, amma onlar deyəsən bu və ya digər milli komandaların nə qədər medal qazanacağını artıq indidən bilirlər. Bundan əlavə onlar keçiriləcək Olimpiadanın iqtisadi plyus və minuslarını da hesablayıblar.

Keçirilmiş son 10 Olimpiadanın nəticəsinə əsasən ev sahibi olan ölkənin komandası adətən digər illərdə, yəni adi iştirakçı kimi qatıldığı vaxtdan 54% daha çox medal toplayır. Məsələn Çin İdmançıları Pekində keçirilən Olimpiada zamanı müxtəlif əyarlı 100 medal qazanmışdı, amma bundan öncə onların qatıldıqları olimpiadalardan qazancı 40 medaldan bir az artıq olmuşdu. Eyni situasiya 2000-ci ildə Avstraliyada da də qeydə alınmışdı: 2000-ci ildə Sidneydə keçirilən Olimpiada zamanı, ev sahibi olan ölkə demək olar ki, 60 medal əldə etmişdi, digər olimpiya oyunlarında isə onların qazancı cəmi 20 medal olmuşdu.

Bu faktları nəzərə alan Goldman Sachs mütəxəssisləri belə proqnoz edirlər ki, Londonda keçirilən Olimpiada zamanı Britaniya idmançıları Pekindəki yarışlardan 11 medal daha çox qazanacaq. Beləliklə onlar ümumi komanda hesabında(amerikan və çinli idmançılardan sonra) üçüncü yeri tutacaqlar. Bank həmçinin güman edir ki, Çin bu il öz meydan sahib olduğu dövr ilə müqayisədə 18 medal daha az qazanacaq. Rusiya isə komanda hesabında 25 medal ilə dördüncü yeri tuta bilər.

Mütəxəssislər həmçinin Olimpiadan keçirilməsinin iqtisadi effektini də hesablayıblar. Goldman Sachs-ın verdiyi məlumatlara əsasən, Olimpiya oyunlarının keçiriləcəyi şəhərdə daşınmaz əmlakların, yaşayış yerlərinin, kirayə haqlarının qiyməti kəskin şəkildə yuxarı qalxır, bu onunla əlaqədardır ki, belə miqyaslı bir yarışa hazırlaşarkən şəhərin infrastrukturu kardinal şəkildə yaxşılaşır, o cümlədən də yollar və şəhər nəqliyyatı. Bundan əlavə olimpiada zamanı şəhər turistlər üçün daha cəlbedici və maraqlı olur, ora dünyadan çoxlu insanlar axışıb gəlir, əlbəttə ki, bu yerli biznesin inkişaf üçün əlverişli bir ortam yardır. Məsələn, 1984-cü ildə Los-Ancelesdə keçirilən yay olimpiya oyunlarından sonra daşınmaz əmlakın orta qiyməti 25% artmışdı, qonşu şəhərdə isə artım cəmi 15% olmuşdur. Oxşar situasiya 1996-cı ilə Atlantda keçirilən Olimpiya oyunlarından sonra da qeydə alınmışdır.

Goldman Sachs Olimpiada haqqında inanılmaz faktlar açıqladıBaxmayaraq ki, Olimpiada əcnəbi valyuta bazarına bir-başa təsir göstərmir, amma o gördündüyü kimi ev-sahibi olan ölənin milli valyutasının öz mövqeyini gücləndirməsinə kömək edir. Keçirilmiş son yeddi Olimpiadanı təhlil edərkən, Goldman Sachs mütəxəssisləri qeyd edir ki, bütün ölkələrdə ABŞ, Cənubi Koreya, İspaniya, Yunanıstan, Çin -hamısı Avstraliya istisna olunmaqla, yay olimpiya oyunlarının keçirildiyi zaman milli valyuta güclənmişdir.

Olimpiadanın təsirini onun hansı ölkədə keçiriləcəyi bəyan edildikdən sonra fond birjasında aydın şəkildə hiss etmək mümkündür. Olimpiya Komitəsinin qərarı adətən investorları daha da həvəsləndirir, onlar inanırlar ki, Oyunlara hazırlıq investisiya kapitalı üçün çox səmərəli mühit yaradacaq. ABŞ, Yunanıstan və Cənubi Koreyada oyunların keçiriləcəyi barədə elan verildikdən sonra fond bazarında nəzərə çarpacaq qədər indeks sıçrayışı qeydə alınmışdı.

Amma olimpiya oyunları həm də ümidləri doğrultmaya da bilər. Bu Avstraliyaya aiddir, burada iqtisadçılar oyun keçirilənə qədər iqtisadçılar Olimpiadanın ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyini gözləyirdilər. Çində Olimpiya investisiyaları 6,5 il ərzində ümumi hesabda 40 milyard dollar üstələmişdi, amma olimpiadanın qlobal maliyyə böhranının ən qaynar mərhələsinə təsadüf etdiyini nəzərə alsaq, onun Çin xalq respublikasının iqtisadiyyatı üçün nə dərəcədə effektli olduğunu dəyərləndirmək mümkün olmur. Bundan əlavə Çin hökuməti Olimpiada keçirilən zaman və ondan əvvəl Pekin ətrafında zavodların bağlanmasına qərar vermişdi ki, bu da ekoloji mühitin yaxşılaşması ilə bağlı idi, bu isə həmin müəssislərin əhəmiyyətli dərəcə də iqtisadi itkilər ilə üzləşməsinə səbəb oldu.

Olimpiadanın Londonda keçirilməsi Böyük Britaniyaya 8,5 milyard funt sterlinqə başa gələcək (13 milyard dolar), bu isə ölkənin illik ÜDM-in 0,55%-nə və ya Britaniya hökumətinin gəlirlərinin 1,4%-nə bərabərdir. Ekspertlərin rəyinə əsasən bu məbləğin böyük bir hissəsi kifayət qədər qısa müddət ərzində torpaq sahəsi və tikililərin satışı nəticəsində geri qayıdacaq.

Amma Olimpiadanın qısamüddətli olduğu kimi, uzun müddətli effekti də olur. Qısamüddətli üstünlüklərin sırasına satışların kəskin artması, kifayət qədər böyük miqdarda insanın müvəqqəti iş yeri ilə təmin olunması, həmçinin digər dolayı müsbət cəhətlər daxildir. Goldman Sachs belə güman edir ki, Olimpiada ölkəyə əcnəbi turistlərin axınını gücləndirməyə kömək edəcək, həmçinin Londonu əcnəbi sərmayəçilər üçün daha da cəzbedici edəcək. 2012-ci ilin 3-cü rübü ərzində Böyük Britaniyanın iqtisadiyyatının təxminən 0,3-0,4% yüksəlməsinə səbəb olacaq, lakin bu artım dördüncü rüb ərzində dayanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1348   Tarix: 11 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490