Bu gün Beynəlxalq Könüllülər Günüdür

Bu gün Beynəlxalq Könüllülər GünüdürBu gün 5 dekabr – Beynəlxalq Könüllülər Günüdür.

1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən bu gün qeyd olunur.

Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir:

Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.

Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır.

Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Bu, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir.

Ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Bu gün Azərbaycanda könüllülər daha çox ölkəmizdə fəaliyyət göstərən QHT-lər, xüsusən də gənclər təşkilatları ətrafında birləşiblər.

Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib.

Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın 6.5.9-cu bəndində "Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi" xüsusilə qeyd olunub.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007-2013-cü illəri əhatə edən "Gənclər fəaliyyətdə" proqramı fəaliyyət göstərir və bu proqramın ikinci "Avropa Könüllülük Xidməti" adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə könüllülər həm ölkəmizdə, həm də Avropa ölkələrində həyata keçirilən müxtəlif layihələrə cəlb olunurlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1064   Tarix: 05 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 725
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 294
.

Sabahdan bu ölkədə teleqram işləməyəcək

İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İspaniyada teleqramın istifadəsi Atresmedia, EGEDA, Mediaset və Telefonica media şirkətlərinin tələbindən sonr

24.03.2024 293
.

Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı - VİDEO

Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub. Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib. Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyü

23.03.2024 436
.

Süni intellekt intihar etmək istəyən insanları müəyyənləşdirməyə başladı

Tailandda süni intellekt texnologiyasından depressiyaya düşən və intihar etmək istəyən insanlara kömək etmək üçün istifadə olunmağa başlanılıb. Tailandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı süni intellekt texnologiyası xəstələrin psixoloj

23.03.2024 299
.

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər. Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır. Tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalınd

10.03.2024 493
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 336
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 273