DİQQƏT: Bu nömrədən gələn zəngi götürməyin

DİQQƏT: Bu nömrədən gələn zəngi götürməyin

Telefonunuza +359 kodu ilə zəng gələrsə, geri yığmayın!

Bolqarıstanda fəaliyyət göstərən cinayətkar şəbəkə öz istiqamətini Azərbaycana çevirib.

Bir müddət öncə Türkiyədə minlərlə insanı aldadaraq, onların konturlarını istismar edən bolqarıstanlı şəbəkə üzvləri yeni hədəf kimi Azərbaycanı seçiblər.

Belə ki, şəbəkənin dələduzluq istiqaməti çox sadədir. Telefonunuza +359 kodu ilə qısa zəng gəlir. Siz isə sizə zəng edən bu xarici ölkə vətəndaşının kim olduğunu bilmək üçün zəng gələn nömrəni yığırsınız. Vəssalam, siz artıq tələyə düşdünüz.

Şəbəkənin məqsədi onlara zəng vuran insanların konturlarını korlamaqdır. Bolqarıstan kodlu nömrəyə geri yığan şəxslər avtomatik dələduzların qurbanı olurlar.

Türkiyə mətbuatının yazdığına görə, bolqar dələduzları qardaş ölkədə daha mütəşəkkil şəbəkə qurublar. Belə ki, məlumatlarda bildirilir ki, +359 kodlu nömrələrə zəng edən Türkiyə vətəndaşları səlis türkcə danışan bolqarların tələsinə düşərək, onların şirin dilinə aldanıb, onların bir sıra istəklərini yerinə yetirirlər.

Türkiyə mətbuatı yazır ki, şəbəkə üzvləri aldatdıqları şəxslərdən onların sənədlərinin düzəldilməsinə, bilet alınmasına və s. üçün pul alırlar və Türkiyəyə gələcəklərini vəd edirlər.

Məsələ ilə bağlı Rabitə və İnformasiya Nazirliyindən bildiriblər ki, qanunla bu hala qarşı hər hansı addım atmaq mümkün deyil. Bununla belə, bildirilib ki, bu zəng dələduzluğu xüsusilə təhlükəli hal alarsa, bu məsələ ilə bağlı əhalini xəbərdar etmək mümkündür. Nazirlikdən o da bildirilib ki, əhali özü də bu cür dələduzluq tələlərinə düşməməli və bu kimi hallarda diqqətli olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12633   Tarix: 04 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862