Bu gün əlillər günüdür

Bu gün əlillər günüdür3 dekabr-Beynəlxalq Əlillər günüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən davamlı islahatlar əlil pensiyaçıların etibarlı sosial müdafiəsini təmin edib.

Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş verib. Bu barədə BiG.AZ-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 01 yanvar 2006-cı il tarixə 32,3 manat olduğu halda, 01 oktyabr 2013-cü il tarixə bu məbləğ 147,6 manata çatıb. Hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylığ məbləği isə 251 manat təşkil edib.

2006-cı ilin 1 yanvarından qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.

Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.

2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 274 342 nəfərin 27,1 faizi (345,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır.

Onlardan 6,9 faizi (23,9 min nəfəri) I qrup, 85,9 faizi (296,8 min nəfəri) II qrup, 7,2 faizi (24,8 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7872 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,9 faizi isə dövlət qulluqçularıdır. Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2767   Tarix: 03 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 245
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 401
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 393
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 268
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 279
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 517
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 450
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 469
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 287