Kamran Həsənli: Bığlı-saqqallı kişisən, əl ver, görüş də

Kamran Həsənli: Bığlı-saqqallı kişisən, əl ver, görüş dəMəşhur şoumenKamran Həsənli "şou verilişlərin aparıcılarının əksəriyyətinin qız kimi əzilib-büzülməsi"nə münasibət bildirərkən deyib: "Başqa millətlərdə belə əzilib-büzülən kişi aparıcısı görmüsünüz? Yox. Əgər bu kişi aparıcıdırsa, ondan bir kişi aurası gəlməlidir. Qadındırsa, qadın incəliyi hiss olunmalıdır. Bu gün 5 faizi qoyaq qırağa, 95 faiz aparıcılar o gündədir".

K.Həsənli aparıcıların efirdə özlərini tərifləməsinə də münasibət bildirib: "Bu təkcə teleaparıcaların deyil, ümumilikdə cəmiyyətin xəstəliyidir. Müğənnidə də var bu, siyasətçidə də, məmurda da. Hətta dayanacaq gözətçisi kimi sadə bir insanda da bu xüsusiyyət var. Gəlirsən yanına, deyir ə, bu işi mənim kimi görən yoxdur. Bu bir virusdur, bundan xilas olmalıyıq. Bir də görürsən, kimsə efirdə çıxıb pafosla bağırır: Azərbaycan dünyanın ən gözəl ölkəsidir, bizim xanımlardan heç yerdə yoxdur. Sual verirəm ki, qardaş neçə ölkədə olmusan, deyir Rusiyada və Türkiyədə. Deyirəm, cəmi iki ölkədə olmusan, nə bilirsən ki, bizdən heç yerdə yoxdur. Bir də görürsən bağırırlar ki, Qarabağ geri qaytaracağıq, Cıdır düzündə mahnı oxuyacağıq. Deyirəm, Qarabağ qız deyil e, geri qayıda, Cıdır düzündə də mahnı oxumazlar, at çaparlar. O vaxt Cıdırda at çapıb, güləşirdilər, erməni də baxıb qorxurdular. Elə ki, başladılar kabab çəkib mahnı oxumağa, erməni də tutub əlimizdən aldı. Yəni yalan gözümün düşmənidir, səmimi də olanda düşürlər üstünə".

O, vaxtilə dediyi "kişi kişiylə öpüşməz" sözündən də danışıb: "Mən heç vaxt kişi dostlarımla öpüşmürəm. Kişi kişiylə öpüşməz. Kişinin dodağı digər kişinin yanağına necə dəyə bilər? İranda, Türkiyədə belə biabırçılıqlar yoxdur. Bığlı-saqqallı kişisən, əl ver, görüş də. Mən efirdən bu sözləri deyəndən sonra yolda çoxları üstümə düşdülər ki, Kamran müəllim, niyə öpüşməyək ki? Dedim ə, gedin, nə qədər istəyirsiniz, qucaqlaşın, öpüşün. Təsəvvür edin, Abbasqulu bəylə Kərbəlayi öpüşür. Mən görüşəndə yalnız qızlarla öpüşürəm. Əgər icazə verərsə. Təbii ki, mən özümü atmaram onun üstünə"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1906   Tarix: 05 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1189
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 606
.

Çiyni sındı, 5 saat əməliyyat olundu

Türkiyəli komediya ustası Hasan Can Kaya xəstəxanalıq olub. Axşam.az xəbər verir ki, aktyor evinin bağında futbol oynayarkən çiyninin üstünə yıxılıb. O, şiddətli ağrılar səbəbindən xəstəxanay aparılıb. Çiyni sınan Hasan 5 saat davam edən əməliyyat olunub. Hazırda vəziyyəyinin yaxşı olduğu bildirilir

21.04.2024 432
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1030
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 502
.

Popstar Bayhanın SON HALI - TANINMAZ HALDA + FOTO

Türkiyədə keçirilən "Popstar" yarışmasına qatıldıqdan sonra məşhurlaşan Bayhan uzun müddət sonra gündəmə gəlib. xəbər verir ki, o, ifa etdiyi "Fly Me To The Moon" mahnısını sosial media hesabında paylaşıb. Uzun müddət sonra kamera qarşısına keçən Bayhanın son halı maraqla qarşılanıb

21.04.2024 1343
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3744
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər ünvanlayıblar. Həmin paylaşımı təqdim edirik:

21.04.2024 10536
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1721