Azərbaycanın cənub regionunda həyəcan

Azərbaycanın cənub regionunda həyəcanCənub regionunda QİÇS-ə yoluxmuş şəxslərin sayında artım müşahidə olunur.
BiG.AZ-ın məlumatına görə, yeni yoluxma faktlarının statistikası belə deməyə əsas verir. Labaratoriyanın müdiri Rəmiəli İbişovun sözlərinə görə, bu ilin 10 ayı ərzində regionun 6 rayonunda 81 yeni yoluxma faktı aşkar olunub. Onlardan Lənkəranda 25, Astarada 18, Masallıda 21, Cəlilabadda 5, Lerikdə 2 yoluxma qeydə alınıb. Umumiyyətlə cənub bölgəsində QİÇS-li xəstələrin sayı 699 nəfərdir. Onların 80 faizini kişilər, 20 faizini qadınlar təşkil edir. Yaş həddinə gəlincə, 20-60 yaş arasında yoluxma faktları daha çoxdur.

"Aşkar olunan şəxslər narkoqəbul edicilər arasında idi. Sonra onların ailə üzvlərinə keçib. Onlar arasında doğulmuş uşaqlar da olub. Hazırda tendensiya dəyişmək üzrədir. Yəni qadınlar arasında da bu xəstəlik qeydə alınır", - deyə Rəmiəli İbişov bildirib.

Yoluxmuş şəxslər arasında təkcə Lənkəranda 67 ölüm faktı baş verib. Onlardan dördü bu il həyatını dəyişib. Həkimlərin fikrincə əsas çıxış yolu tibbi maariflənmədir. Yəni xəstəliyin əsas yoluxma yollarını bilmək və mübarizəni də buna müvafiq yönəltmək.

Qeyd edək ki, QİÇS-li xəstələrin müayinə və müalicəsini bilavasitə onların yanında təşkil etmək məqsədilə ötən ildən Lənkəran rayon Mərkəzi Xəstəxanası nəzdində "Antiretrovirus" terapiyası mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin rəhbəri Həsənağa Cəbiyevin sözlərinə görə, orda region üzrə 100-ə yaxın xəstə qeydiyyatdadır: "Xəstələrin həm müayinəsini, həm müalicəsini və onların sonrakı durumlarına nəzarəti həyata keçiriririk. Xəstələrin 60-ı kişi, 40-ı qadındır".

Qeyd edək ki, paytaxtda müalicə alan xəstələrin regionda anonim müalicəsinin təşkili xəstəliyin səmərəli müalicəsinə müsbət təsir edəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2486   Tarix: 03 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 538
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16:21 0
.

İsrail ordusu İordan çayının qərb sahilində evlərə basqın ediblər-VİDEO

İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin bəzi şəhər və qəsəbələrinə basqın edib. BİG.AZ xəbər verir ki, həmin ərazidə çoxlu sayda fələstinlini həbs edilib. İsrail işğalçıları aprelin 12-dən İordan çayının qərb sahilindəki Muğayyir kəndində də evləri və torpaqlar

14:11 0
.

Bu il keçid balları arta bilər?

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək nəticə göstərənlərin sayı da çoxluq təşkil edib. Qeyd edək ki, son illərd

11:08 0
.

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

10:55 202
.

Əfqanıstanda daşqın: 50 nəfər ölüb, 36 nəfər yaralanıb

Əfqanıstanda leysan yağışları gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, yağışlar daşqınlara səbəb olub. Ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub. Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyi sözçüsü Janan Saeq verdiyi açıqlamada

15:51 0
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 545
.

Qatar hava yolları İrana uçuşları bərpa edib

Qatar hava yolları İrana uçuşları bərpa edib. BİG.az xəbər verir ki, aprelin 13-də başlayan hücumlardan sonra İrana uçuşları ləğv edib. Bu barədə Qatar hava limanı açıqlama bildirilib. Açıqlamada qeyd olunub ki, Tehran, Məşhəd, Şiraz və İsfahan ilə həftəlik 20 uçuş bərpa edilib

15:28 109
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

09:29 493