Şimal bölgəsində oğlanlar niyə oxumaq istəmirlər? - VİDEO

Şimal bölgəsində oğlanlar niyə oxumaq istəmirlər? - VİDEOTələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin şimal rayonunda abuturiyentlər arasında araşdırma apararkən maraqlı faktlar ortaya çıxarıb. Məlum olub ki, bu regionda oğlanlardan çox qızlar oxumağa üstünlük verirlər.

TQDK-nın sədri Məleykə Abbaszadənin sözlərinə görə, şimal bölgəsində qızların məktəbdən yayınması hələki aşkar olunmayıb. "Amma şimal bölgəsində biz görürük ki, oğlanların sayı bir az azalır. Təəssüflər olsun ki, bu şimal bölgəsində ayrı problemdir. Burda qızlar üstünlük təşkil edir. Ali məktəbə sənəd verənlər arasında oğlanlar bir az azdır. Onlar öz təhsilini davam etmək istəmirlər".

Komisiya sədrinin açıqlamasına Quba və Qusar rayonların təhsil şöbələrindən münasibət öyrənmişik. Qusar təhsil şöbəsindən son qəbul prosesində sənəd verən abuturiyentlər arasında qızların çox olduğu təsdiqləndi.
Qusar Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Rövşən Bünyadov: "Bizdə 2012-2013-cü tədris ili üzrə cəmi 465 nəfər abuturiyent ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onların 270 nəfəri qız, qalanı oğlan abuturiyentlər".

Qusar təhsil şöbəsinin aparıcı mütəxəssisi son illər oğlan abutriyentlərin sayının azalmasını müxtəlif səbəblərlə əlaqələndirdi: "Ona görə ki, məncə qızlar daha çox elmə təhsilə meyillidilər. Mən fikirləşirəm ki, qızların sayının oğlanların sayından çox olmasının bir səbəbi budur. Digər səbəbləri oğlanların müəyyən ailələrdə fiziki işlərlə məşğul olması ola bilər".

Qubada da vəziyyət fəqli deyil. Burada bu ilki 586 abuturiyent arasında qız və oğlanların konkret sayı açıqlanmasa da hesab edirlər ki, keçən qəbul imtahanlarında rayonda ali və orta ixtisas məktəblərinə daxil olmaq istəyənlərin əksəriyyəti qızlar olub. Quba təhsil şöbəsinin müdüri Süleyman Aslanov bu il yüksək balla ali məktəblərə qəbul olunmuş 40 nəfərdən 24-nün qız olduğunu dedi. Qızların təhsilə üstünlük veridyini deyən cənab Aslanov oğlan abuturiyentlərin azlığını isə onların müxtəlif peşələrə meyilliyində gördü: "Bəlkə də oğlanların seçimi başqa bir istiqamətlərə olur, sənətkarlığa, peşə hazırlıqlarına olan istiqamətlər var. Ola bilsin ki, uşaqlarımızın əsas meyil marağı da bu tərəfə olur. Amma mən sizə deyim ki, qızların son illər həm keçən ildə, həm də əvvəlki illərdə qızların da ali məktəbə qəbulda başqa regionlardan fərqli olaraq burda qızların çoxluğu nəzərə çarpır".

Amma bu statistika qarşıdakı illərdə stabil qalmaya bilər. Qubada hazırda mövcud 23701 şagirddən 10859 nəfərinin qız olduğunu söyləyən şöbə müdiri gələcəkdə oğlan abuturiyentlərin sayının artacağını istisna etmədi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 737   Tarix: 29 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 252
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 378
.

Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur. Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu "Science"

20.04.2024 320
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 335
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 281
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 244
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 273
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 179
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 493