Azərbaycanın xarici ticarət dövriyyəsində artım dinamikası müsbətdir

Birləşmiş Ərəb Əmirliklərində geniş oxucu kütləsinə malik, Fransa, Böyük Britaniya, Almaniya, Küveyt, Suriya, Misir, Livan və Tunisdə yayımlanan "Əl-Manara" jurnalının 128-ci sayında respublikamızın son on ildə siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlar barədə məqalələr dərc olunub.

Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən verilən məlumata görə, "Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 33,6 milyard dollardır" və "Azərbaycan regional səviyyədə investisiya üçün cəlbedici bir iqtisadi istiqamətə çevrilir" sərlövhəli məqalələrdə ölkəmizin dinamik inkişafından söhbət açılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev ötən 10 ildə Azərbaycanı regionun iqtisadi baxımdan ən qüdrətli dövlətinə, eyni zamanda, xarici investisiyalardan asılı ölkədən sərmayə qoyan ölkəyə çevirib. Azərbaycanın maliyyə potensialı 2004-cü ildən etibarən ildən-ilə güclənib, iqtisadiyyatın sürətli inkişafı ölkənin maliyyə imkanlarının genişləndirilməsinə və xarici ölkələrə investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasını təmin edib.

Ölkə iqtisadiyyatının bir çox sahələrində fəaliyyət göstərən və sürətlə inkişaf edən özəl şirkətlər yaranıb. Bu holdinqlər yalnız Azərbaycan iqtisadiyyatı ilə kifayətlənməyib xarici ölkələrdə də yatırımlar qoymağa başlayıb. Həmçinin, dövlət şirkətləri imkanlarını genişləndirərək xarici bazarlara çıxıb. Nəticədə Azərbaycan Avropa ölkələri, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə iri kapital qoyuluşları həyata keçirən investor ölkəyə çevrilib.

Bildirilib ki, son illər ərzində Azərbaycan xaricə 10 milyard dollardan çox investisiya qoyub. Bu investisiyalardan 5 milyard dollardan çoxu Türkiyəyə, bir milyard dollara yaxını isə Gürcüstana yatırılıb. Dünyanın nüfuzlu maliyyə institutları qarşıdakı dövr ərzində Azərbaycanın investisiya potensialının daha da güclənəcəyini qeyd edirlər. Məsələn, Dünya Bankının proqnozlarına görə, ortamüddətli perspektivdə Azərbaycan sırf xarici sərmayə qoyan ölkəyə çevriləcək.

Vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanı sərmayə qoyan ölkəyə çevirmək yönündə ardıcıl addımlar ataraq Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) cəmlənən vəsaitlərin bir hissəsini dünyanın iri şəhərlərində kommersiya əhəmiyyətli daşınmaz əmlaka yatırmaq qərarı verib. Dövlət başçısının bu qərarına uyğun olaraq ARDNF Avropa və Asiyanın mərkəzi şəhərlərində ofis tipli daşınmaz əmlaka investisiya qoymaq üçün işlərə başlayıb. 2012-ci ilin dekabrında ARDNF daşınmaz əmlaka ilk investisiyasını həyata keçirib. Fond Londonun West End səmtində yerləşən və dəyəri 217 milyon avro olan ofis kompleksini alıb. ARDNF 2012-ci ilin dekabrında Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksini də satın alıb. Fond həmçinin Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16" ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən "Qalereya Aktyor" ofis-ticarət mərkəzini də satın alıb.

2003-cü ilə qədər ancaq Azərbaycan daxilində neft-qaz hasilatı ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu siyasətin nəticəsi olaraq dünyanın onlarla ölkəsində işgüzar əlaqələr yaradan qlobal əhəmiyyətli enerji şirkətinə çevrilib. Şirkət Azərbaycanda neft-qaz hasilatından əldə etdiyi gəlirlərin bir hissəsini xarici ölkələrdə ölkəmizin strateji maraqlarına xidmət edən layihələrə investisiya kimi yatırmağa başlayıb.

Yazılarda qeyd olunur ki, İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini təsdiq edən məqamlardan biri də kosmik sənayenin inkişafıdır. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılıb və elə həmin il dövlət başçısı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncam imzalayıb. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq cari il fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – "Azərspace-1" uğurla orbitə buraxılıb.

Prezident İlham Əliyevin Azərbaycanın uzunmüddətli inkişafına yönəlmiş siyasətinin nəticəsi olaraq turizm sahəsinin canlanması beşulduzlu otellərin sayının dəfələrlə artması ilə yanaşı, dünyanın ən məşhur hotel brendlərinin də ölkəyə gəlməsinə imkan yaradıb. Ötən 10 il ərzində hotellərin və hotel tipli müəssisələrin sayı dəfələrlə artıb. Həmin artım həm də "Hilton", "JV Mariott", "Kempinski" , "Fairmont", "Excelsior", "Four Seasons", "Sheraton" , "Jumeirah", "Fairmont" kimi dünyada məşhur hotel brendləri altında istifadəyə verilən beşulduzlu hotellərin sayı hesabına olub.

Azərbaycan həm məşhur brendlərdən olan hotellərin sayına, həm də ümumiyyətlə beş ulduzlu hotellərin sayına görə regionda lider ölkəyə çevrilib.

Məqalələrdə oxucuların diqqətinə çatdırılır ki, 2003-2013-cü illəri əhatə edən dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində ümumi artım dinamikası müsbət olub. 2005-ci ildə xarici ticarət dövriyyəsi artıq 8.55 milyard ABŞ dollarına yaxın olub. Həmin il ölkədən 4.35 milyard dollarlıq mal ixrac edilib, idxal isə 4.2 milyard ABŞ dolları təşkil edib. Beləliklə, xarici ticarətdə müsbət saldo yaranıb və 146 milyon dolları keçib. Həmin il Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələrin sayı 137-yə çatıb. 2004-cü ilə nisbətən 2005-ci ildə ixrac əməliyyatlarının həcmi 20 faizdən çox, idxal əməliyyatlarının həcmi isə 19,4 faiz artıb.

2012-ci ilin rəqəmlərinə əsasən, xarici ticarət dövriyyəsi 33.6 milyard ABŞ dollarına yaxın olub, bunun 23.9 milyard dolları ixracın, 9.6 milyard dolları idxalın payına düşüb. İxrac-idxal əməliyyatlarında müsbət saldo davam edib. Ticarət əməliyyatlarının aparıldığı ölkələrin sayı 155-ə çatıb. Beləliklə, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 10 ildə xarici ticarət dövriyyəsinin həcmi 6.6 dəfə artıb.

Ötən 10 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənibr. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı qəbul edilib. Bu plan Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı inkişaf etdirir. Əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır.

Qeyd olunur ki, hasilatın artımı ilə paralel olaraq Azərbaycanın neftdən əldə etdiyi gəlirlər də sürətlə artıb, Azərbaycanın neftdən il ərzində əldə etdiyi gəlir ilk dəfə 2006-cı ildə 1 milyard ABŞ dollarını ötüb. 2008-ci ildə isə "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun istismarı üçün investisiya borcları bütünlüklə ödənilib. Nəticədə, Azərbaycanın neftdən əldə etdiyi gəlirlər də kəskin artaraq həmin ilin sonunda 11 milyard manat (təqribən 14 milyard ABŞ dolları) təşkil edib. 2012-ci ilin birinci yarısında isə Azərbaycan artıq 61 milyard manata yaxın (78 milyard ABŞ dolları) neft gəliri əldə edib.

Proqnozlara əsasən, neftin qiyməti 80 ABŞ dolları səviyyəsində qalacağı təqdirdə 2024-cü ilin sonlarınadək neftdən gələn gəlirlərin həcmi 145 milyard 300 milyon ABŞ dollarına çatacaq.

Azərbaycanın xarici ticarət dövriyyəsində artım dinamikası müsbətdirAzərbaycanın xarici ticarət dövriyyəsində artım dinamikası müsbətdir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1455   Tarix: 28 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264