Messi əfsanəsi

Messi əfsanəsiSon günlərin, son həftələrin, son ayların ən çox dartışılan adamlarından biridir Messi. Maradonanın vəliəhdi sayılırdı elə ilk günlərindən.

Argentina futbolunun Maradonadan sonra yetişdirdiyi ən böyük ulduzlardan olan Ariel Orteqa, Marsello Qallardo, Xavier Saviola kimi bir çox futbolçunun adı "Maradonanın vəliəhdi" adına layiq görülüb futbol dünyası tərəfindən.

Amma gəl ki, hər kəs yanıldı. Muzeydən çıxardılan əfsanəvi 10 nömrəli formanı Maradonadan sonra geyinən ilk argentinalı futbolçu olan Ariel Orteqa təkəbbürü sayəsində özünü bitirdi, Qallardo parlamağa macal tapmamış söndü, Saviola isə hələ də batmamaq üçün çabalayır.

Çəlimsiz ulduz

Fəqət bütün bu adamlardan sonra yep-yeni bir gənc çıxdı meydana. Zəif, çəlimsiz, uşaq... Bəli, düz tapdınız, Lionel Messidən bəhs edirəm. Mətbuatın, futbol ictimaiyyətinin deyil, birbaşa Maradonanın özünün vəliəhdi adlandırdığı adamdan.
Onun hər oyununu izləmək üçün milyonlarla futbol tamaşaçısı ekran başına keçir. Ayaqlarına sanki yapışdırdığı topla davranışlarını izləmək üçün ekrana yapışan futbol azarkeşləri onun oynadığı oyunu futbol adlandırmağa çətinlik çəkir. Doğurdan da, əgər, Messi də futbol oynayırsa, digər futbolçular nə edir? Yox, bu oğlan ayrı oyun oynayır.
Amma bu qədər möhtəşəm və klas oyunuyla dünyanı özünə heyran qoyan bu gəncin acı, yoxsul və kədərli həyatı barədə çoxlarının məlumatı yoxdu.
Əgər düşünürsünüzsə ki, onu "Barselona" Argentinada kəşf edərək İspaniyaya gətirib ulduz edib, yanılırsınız.

Messinin hormonal problemləri

Messi 1987-ci il iyunun 24-də Argentinanın Rozario şəhərində həddən artıq yoxsul bir ailədə doğulub. Ailəsinin tək övladı olan Messi çox xəstə idi. Müalicəsi üçün peşəkar həkimlər lazım idi və təbii ki, pul. Tələb olunan pulu Argentinada qazanmaq mümkünsüzdü. Bu üzdən də ailəsi İspaniyaya köçdü.
Messinin hormonal problemləri var idi. Yeniyetməlik dövründə digər bütün yaşıdlarından fərqli olaraq, inkişaf edə bilmir, böyümürdü. Buna baxmayaraq, xəstəliyi onun futbol oynamasına əngəl olmurdu. 5 yaşında futbola başladığı ilk klubu "Qrandoli"də oynadığı zaman futbolu ilə hər kəsin dilində gəzirdi. Yeni bir ulduz yetişirdi, ta o zamandan bəlli idi.
Argentinanın "Newells Old Boys" komandası gecikmədi. Messi bir müddət bu klubda oynadı. Bütün argentinalı ulduzların oynamalı olduğu "River Plate" və "Boka Juniors"dan birincisi cəld tərpənərək yeniyetmə Lioneli heyətinə qatdı.

Zirvəyə doğru

Amma müalicə olunmalı idi... Bu üzdən də sevimli futbolunu yarımçıq qoyub, İspaniyaya müalicəyə getməli idi. Messi 13 yaşında İspaniyaya getdi. Həm müalicə olundu, həm futbol oynamağa davam elədi. İspaniyada bir çox klubun uşaqlardan ibarət komandalarında oynadı. Bu arada "Barselona" da onu izləməyə davam edirdi. Və tezliklə Messi "Barsa"ya gəldi. İlk öncə əvəzedicilərin çempionatında oynadı, amma Messi bu çempionata ağır gəldi. Raykard qısa bir müddət sonra onu əsas heyətə dəvət etdi. İndinin ulduzu, o vaxtın kəşfi "Barselona" formasında çıxdığı ilk rəsmi oyunda meydana sonradan girməsinə baxmayaraq, qol vurdu. Bu da onun öz adını "Barsa" tarixinə yazdırmasına kifayət etdi. O, 17 il, 10 ay, 7 günlük ikən "Barselona"da qol vuraraq, klub tarixində qola imza atan ən gənc futbolçu oldu.
Bunun ardınca 2005-ci ildə Argentinanın 20 yaşlılarından ibarət milli komandası ilə birlikdə dünya çempionatına getdi. Orada da özünü sübut etdi, onu izləyən hər kəsi oynadığı futbola heyran buraxdı. Komandası çempion oldu. Messi özü isə həmin çempionatın həm qol kralı oldu, həm də ən dəyərli oyunçusu. Bu da, yaxın zamanda futbol aləmini yerindən oynadacaq birinin gəldiyinə işarə idi.
Messi Argentina millisinin formasında çıxdığı ilk oyunda - Macarıstanla maçda meydana girdikdən cəmi 20 saniyə sonra rəqibini dirsəklə vurduğu üçün qırmızı kart alaraq oyunu tərk etmişdi. Həm də necə tərk. Göz yaşları içərisində, hönkürərək. Bu onun hələ də uşaq olduğuna işarə idi. O yaşlar oyuncağını əlinə alan kimi sındırmış uşağın gözyaşları idi. O oyundan sonra artıq Messinin ulduz xəstəliyinə tutulduğunu deyənlər var idi. Amma...

Yığmanın ən böyük "Silahı"

Messi Argentinanın bu ilki dünya çempionatında ən böyük "silahı" olacaq. Millinin baş məşqçisi dahi Maradona komandanın bütün oyununu "vəliəhdi" elan etdiyi Messinin üzərində qurur demək olar ki.
Hazırda Messinin oynadığı futbolu bəyənməyənlər də ola bilər. Bəlkə də, kimlərsə iddia edir ki, "Barselona"nın bu uğuru, Messinin hər oyunda vurduğu bir-birindən gözəl qollar komanda oyunun nəticəsidir və Messinin bu qədər şişirdilməsi "Katalonlar"ın digər oyunçularına qarşı ədalətsizlikdir. Bəli, razıyam, "Barselona" bu gün Avropanın ən güclü komanda oyunu oynayan klubudur. Amma...
Amma tarixin bütün dövrlərinə nəzər salsaq görərik ki, bütün böyük uğurlarda ortaya çıxan liderləri saymasaq, onları böyütməsək, əldə olunan uğur bir xeyli öz əhəmiyyətini itirər. Bu baxımdan, bu gün Messinin "Barsa"nı təkbaşına çiyinində daşıdığını söyləmək ədalətsizlik olar, razıyam, amma Messisiz "Barselona" da bu futbolu oynaya bilməz. Bəlkə də mən şişirdirəm, amma Messisiz futbol sanki futbol olmaz, Messisiz futbol bu cür gözəl, bu cür baxımlı, bu cür möhtəşəm və zövqlü olmazdı.
Bu gün onun oyununu, topla davranışlarını izləyərkən, ancaq bu sözləri demək keçir adamın könlündən: "Messi! Messi! Messi!!!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6340   Tarix: 16 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027