`Euronews` `Baku 2015` haqqında – VİDEO

`Euronews` `Baku 2015` haqqında – VİDEO`Euronews` kanalı Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi loqosu barədə süjet yayımlayıb.

Tarixdə ilk dəfə 2015-ci ilin iyin ayında Bakıda keçiriləcək Avropa Oyunları və bu oyunlara hazırlıqla bağlı Azərbaycanda reallaşdırılan layihələr dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

BiG.AZ xəbər verir ki, bu dəfə dünyanın aparıcı televiziya kanalı olan "Euronews" Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı barədə `alov, su, simurq quşu, xalı və nar` adlı süjet yayımlayıb.

Süjet Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun müsahibəsi ilə başlayır. Avropa Oyunlarını həvəslə gözləyənlər üçün loqonun əsas element olduğunu deyən nazir bildirir ki, Azərbaycan Avropa cəmiyyətinin bir hissəsidir və Avropaya inteqrasiya prosesləri siyasi sahə ilə yanaşı, mədəniyyət sahəsini də əhatə edir. İdman isə mədəniyyətin əsas bir hissəsidir.

Süjetdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinın çıxışı da maraqlıdır. Onun fikrincə, bu loqo gənc nəslin imicidir və təkcə Azərbaycan gəncləri deyil, eləcə də onların avropalı həmyaşıdları üçün cəlbedici olacaq.

Süjetdə bildirilir ki, 35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş loqo Azərbaycanın qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi - alov, su, əfsanəvi simurq quşu, xalı və narı bir araya gətirir.

Daha sonra Olimpiya çempionu Fərid Mansurov deyir: "Biz adımızı Azərbaycanın idman tarixinə yazmışıq. Bu loqo ilə birlikdə isə gələcək Avropa idmanının bir hissəsinə çevriləcəyik".

Süjetdə vurğulanır ki, futbolsevərlərin bu loqonu daha əvvəl görmək imkanı vardır. Çünki loqo İspaniyanın "Atletiko Madrid" futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcək. Elə həmin futbol klubunun oyunçusu David Villa düşünür ki, ilk Avropa Oyunları gənc insanları idmanla məşğul olmağa cəlb edəcək və Avropada Olimpiya ruhunun yayılmasına töhfə verəcək.

"Xalqları və dövlətləri idmanın köməyi ilə birləşdirən ilk Avropa Oyunlarının Bakıda olacağından çox şadam". Bu sözləri isə nüfuzlu klubun digər tanınmış oyunçusu Arda Turan söyləyir.

"Euronews"un hazırladığı süjetdə oyunlara hazırlıqla bağlı yaradılan infrastruktur, loqotip və yüksək əhval-ruhiyyə barədə də məlumat verilir, bu oyunların Avropanın idman tarixinə töhfə verəcəyi vurğulanır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5651   Tarix: 30 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232