İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?

İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?Bu vəziyyətdə olan şəxs neqativ və bədbəxt hadisələri belə sevinclə qəbul edir
Eyforiya insanın məmnuniyyət duyduğu və özünü yaxşı hiss etdiyi bir ruhi vəziyyətdir. Psixiatriyada eyforiya hər zaman patoloji məna daşıyır və çox vaxt beyinlə bağlı xəstəliklərin ilkin əlamətidir.

Psixoloq Emil Bağırovun sözlərinə görə, eyforiya zamanı insan hədsiz və səbəbsiz yerə özünü şən və xoşbəxt hiss etməyə başlayır. Bu sindrom strukturuna görə mürəkkəbdir. Narkoz və ya narkozdan sonra da, oksigen çatışmazlığında da eyforiya vəziyyəti yaranır. Bu cür vəziyyət qandakı spirt miqdarıyla əlaqədar olaraq da meydana gələ bilər. Ayrıca morfin, meperidin və daha az olmaqla birlikdə metadon kimi narkotik ağrıkəsicilər də eyforiyaya səbəb ola bilər.

"Əgər eyforiya zamanı əhvalın yüksəlməsi ilə yanaşı, şəxsdə çox hərəkətlilik, psixi fəallıq müşahidə olunursa, maniakal vəziyyətdən xəbər verir. Bu cür eyforiya vəziyyəti maniakal sindromun strukturuna daxildir", - deyən E.Bağırov bildirir ki, bu cür vəziyyətlərdə, psixi fəallıq müşahidə olunur. Somatogen eyforiya zamanı isə əksinə, aşağı düşməyə başlayır. İnsan özünü xoşbəxt hiss edir, narahatlıqları, problemləri sanki onu tərk edir. Patoloji şən əhval-ruhiyyə müşahidə olunur. "O, hər şeyə pozitiv baxmağa başlayır. İnsan o qədər şən olur ki, ətrafda baş verən xoşagəlməz hadisələr onun əhvalını poza bilmir. Patoloji hal ondan ibarətdir ki, eyforiya vəziyyətində olan şəxs neqativ və bədbəxt hadisələri belə sevinclə qəbul edir. Əgər xəstədirsə, öz xəstəliyinə qarşı da tənqidi münasibəti itir. Xəstə özünün pis vəziyyətdə olduğunu qəbul edə bilmir".

Onun sözlərinə görə, kənardan eyforiya vəziyyətində olan şəxs çox xoşbəxt və sağlam görünə bilər. Lakin əslində səbəbsiz xoşbəxtlik psixi xəstəliklərin və sağlamlıqla bağlı problemlərin mövcudluğundan xəbər verir.

E.Bağırov bildirib ki, pasientdə eyforiya müşahidə olunursa, şəxs yuxu dərmanlarından, spirtli içkilərdən istifadə etməməlidir: "Bəzi hallarda eyforiya zamanı pasient sadə suallara cavab verə bilir, çətin suallara isə cavab verməkdə çətinlik çəkir. Eyforiya vərəm xəstəliyinin son mərhələlərində və qarın yatalağı xəstəliyindən sonra da baş verir. Ümumiyyətlə, çətin müalicə olunan və ağır xəstəliklərin müalicəsindən sonra da insanda eyforiya müşahidə olunur. Bəzi psixi xəstəliklər də eyforiyanın yaranmasına səbəb ola bilər. Misal üçün, maniakal-depressiv psixoz zamanı insan eyforiya vəziyyətinə də düşə bilər".

Mütəxəssis məsləhət görür ki, yaxınlarından kiminsə uzun müddət eyforiya vəziyyətində olduğunu görən şəxs diqqətli olmalıdır: "Belə ki, bəzi hallarda eyforiya ağır xəstəliklərdən xəbər verə bilər. Eyforiya vəziyyətini daxili qanaxma da yarada bilər. Əksər hallarda isə eyforiya affekt pozuntusu və maniakal sindrom zamanı yaranır. Onkoloji xəstəliklərin müəyyən mərhələlərində də xəstələrdə eyforiya özünü göstərir".

Həmsöhbətimiz qeyd edib ki, eyforiya vəziyyətində olan şəxs reallığı olduğu kimi qəbul edə bilmir. O, özünü çox güclü və xoşbəxt hiss edir. Üzləşdiyi vəziyyəti real qiymətləndirə bilmir. Bu cür vəziyyətdə olan insan obyektiv düşünə və işlərinə lazımi diqqəti ayıra bilmir. O, özünü bu halda yaxşı hiss etsə də, öz davranışı ilə bir sıra problemlərin yaranmasına səbəb ola bilər. "Əgər insan uzun müddət eyforiya vəziyyətində olursa, mütəxəssisə müraciət etməlidir. Belə ki, spirtli içkilərdən istifadə, yuxu dərmanları və s. tərkibində narkotik maddələr olan vasitələrdən sui-istifadə eyforiyanın inkişaf etməsinə gətirib çıxara bilər", - deyən Bağırov bu zaman ilk növbədə, bu vasitələrin qəbulundan imtina edilməsini vacib sayır. Dediyinə görə, əgər eyforiya psixi və somatik xəstəliklərin nəticəsidirsə, diqqət bunu yaradan əlamətlərin aradan götürülməsinə yönəlməlidir.

Onun sözlərinə görə, fiziki və ruhi sağlamlığı ilə ciddi problemləri olmayan insanlarda da eyforiyaya bənzər hal müşahidə olunur: "Bu zaman şəxs çox gülür, şənlənir, əhvalının yüksəlməsi ilə diqqəti cəlb edir. Bu halda insan kiminsə əhvalını soruşar və cavaba qulaq asmaya da bilər. Belə ki, eyforiya vəziyyətində insan sanki uçur. Baş verən hadisələrə pozitiv baxır, hər kəsə mehriban yanaşır, gülərüz olur. Bu cür hal insan xoş xəbər eşidəndə, arzularına çatanda, sevdiyi insanla görüşəndə, evlənmək təklifi alanda və s. baş verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1349   Tarix: 22 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168