Rusiyada "uçan boşqab" hazırlanır - FOTO,VİDEO

Rusiyada "uçan boşqab" hazırlanır - FOTO,VİDEOBiG.AZ axar.az-a istinadən xəbər verir ki,Son bir neçə ildə özündə təyyarə və vertolyotların xüsusiyyətlərini daşıyan hibrid uçuş aparatları ilə bağlı layihələr həyata keçirilir. Məqsəd daha keyfiyyətli hava nəqliyyatı vasitələrinin hazırlanmasıdır. Belə layihələrlə bir neçə ölkə məşğul olur. Bəzilərinin tarixi isə 1980-ci ildən əvvələ dayanır.

Həm təyyarə, həm vertolyot 2012-ci ildə Avropada hər cür səthə maksimal dərəcədə qısa məsafədən uçuş və enişlər edə bilən hibrid təyyarələrin layihəsi hazırlandı. Layihəyə Avropa Komissiyası nəzarət edir, rəhbər isə Riqa Texniki Universitetindən Aleksandr Qamalevdir.

Bu aparat təyyarənin, dirijablın, vertolyotun bütün keyfiyyətlərini özündə birləşdirməlidir.

Hazırda təyyarənin 4 yeni versiyasının hazırlanması planlaşdırılır. Yeni təyyarənin layihəsi 2014-ci ildə tamamlanacaq.

Rusiyada "uçan boşqab" hazırlanır - FOTO,VİDEORusiyada "uçan boşqab" hazırlanır - FOTO,VİDEORusiyada "uçan boşqab" hazırlanır - FOTO,VİDEOTümendən gələn ideya

Avropa layihəsinin bünövrəsində Rusiya mühəndisi Aleksandr Filimonovun 1987-ci ildə təklif etdiyi ideya və inkişafı yatır. Təyyarənin eksperimental nümunəsi Tümendə 10 il ərzində hazırlanıb.

"Bella – 1"in çəkisi 1,2 ton, uzunluğu 10 m, diametri isə 1,8 m olub. O, hərəsi 64 at gücünə malik iki hərəkət mühərriki ilə təchiz edilib. Disk formalı açılıb-qatlanan qanadları ilə "Bella-1" 300 km məsafəyə qədər 60-250 km/s sürətlə uçmağa qadirdir.

1997-ci ildə "Bella-1" sənaye nümunəsi və icad kimi Rusiya, ABŞ və Almaniyada patent alıb.

ESTOLAS və "Bella-1" oxşar tədqiqatlar ABŞ-ın hərbi maraqlarına uyğun olaraq 2010-2012-ci illərdə aparılıb.

Digər təyyarənın adı LEMV-dir. Onun uzunluğu 91,5 m, yükqaldırma gücü isə 1,1 tondur. Aparat 21 gün ərzində 6000 m hündürlükdə havada qalmalı idi. İlk uçuşu 2012-ci ilin avqustunda həyata keçib. Uçuşun müddəti 90 dəqiqə çəkib.

2012-ci ilin payızında LEMV layihəsi bağlanıb. İlkin plana görə 2013-cü ilin fevralında Əfqanıstanda sınaqdan keçməsi planlaşdırılsa da, bu, baş tutmayıb. Əvvəlcə layihəyə 517 milyon dollar pul ayırmaq düşünülsə də, yalnız 154 milyon dollar xərclənib.

2010-cu ildə Rusiyanın Ulyanovsk vilayətində "uçan boşqab" yaratmaq üçün beş illik proqram təsdiq edilsə də, layihə kağız üzərində qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4151   Tarix: 27 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882