Azərbaycanda uşaqlarını küçəyə atanlar cəzalandırıla bilər - VİDEO

Azərbaycanda uşaqlarını küçəyə atanlar cəzalandırıla bilər - VİDEOBiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, Azərbaycanda yeni hazırlanan yeni bir qanun layihəsi ilə valideyn övlad münasibətləri tənzimlənəcək. Valideyn məsuliyyəti barədə qanunu Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi hazırlayır. Yeni qanunda uşaqlarını küçəyə atan, uşaq evlərinə verən, onların həyat və sağlamlığını təhlükə altına qoyan valideynlərin cəzalandırılması nəzərdə tutulub.

Etiraf etmək lazımdır ki, bu gün ailələrdə uşaqlara münasibət fərqlidir. Övladları qarşısında öz məsuliyyətini dərk edən valideynlərlə yanaşı, bu hissi olmayanlar da var. Elə bu səbəbdəndir ki, hər il onlarla uşağın həyatı sual altına düşür. Onların həyatını sual altına qoyan isə ailədəki sosial çətinlikləri, maddi imkansızlığı bəhanə edərək uşaqlarından imtina edən valideynlərdir.

Uşaq hüquqları üzrə QHT-nin sədri Nazir Quliyev hesab edir ki, yeni qanun bir çox valideynləri məsuliyyətə cəlb edəcək. İnkişaf etmiş ölkələrdəki kimi. Amma bu işlər sənəd üzərində deyil, real mexanizmlərlə həyata keçirilməlidir.

Bəzən valideynlərin məsuliyyətsizliyi övladlarının həyatı bahasına başa gəlir. Küçədə, evdə, ictimai yerlərdə diqqətsiz qalan azyaşlılar bədbəxt hadisələrin qurbanı olur. Diqqətsizlik səbəbindən uşağın başına ya televizor düşür, üzərinə qabla dolu qaynar su tökülür, ya da pəncərədən yıxılır. Yeni qanun belə halların qarşısını almaq üçün 8 yaşadək uşaqların valideyn nəzarətindən kənar qalmamasını da özündə ehtiva edir.

Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova valideyn məsuliyyətsizliyi səbəbindən 2006-2012-ci illərdə 79 uşağın suda boğulduğunu, 112 uşağın isə yandığını bildirdi: "Təbii ki, valideynlər cəzalana bilər, həbs də ola bilər. Bu onların törətdikləri əməllərdən asılıdır".

Yeni qanun tam hazırlandıqdan sonra baxılması üçün Milli Məclisə göndəriləcək. Qanun layihəsi Milli Məclisdə təsdiqlənəndən sonra məlum olacaq ki, valideynlər müvafiq əməllərinə görə hansı cəzanı alacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1568   Tarix: 23 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190