NATO xeyriyyə bazarı təşkil edildi - FOTO

BiG.AZ Anspress.com-a istinadən xəbər verir ki, Brüsseldə NATO Mənzil Qərargahında NATO xeyriyyə bazarı təşkil olunub. 39 ölkənin iştirak etdiyi xeyriyyə bazarında Azərbaycan milli məhsullardan ibarət stend və milli mətbəxlə təmsil olunub.
Milli stenddə Azərbaycan istehsalı olan xalçalar, ipəkçilik və dulusçuluq məhsulları, gümüş bəzək əşyaları, suvenirlər, içkilər və digər məhsullar satışa çıxarılıb. Xeyriyyə bazarının beynəlxalq restoran hissəsində Azərbaycan mətbəxinin təamları təqdim olunub.
Azərbaycanın milli stendi və milli mətbəxi ziyarətçilərdə böyük maraq doğurdu və ölkəmizin mədəniyyəti, tarixi və incəsənətinin uğurlu təbliği baxımından faydalı olub. Tədbir zamanı toplanan bütün vəsaitlər NATO tərəfindən xeyriyyə layihələrinə sərf olunacaq.

Azərbaycanın tədbirdə iştirakı ARDNŞ-nin sponsorluğu və Azərbaycanın NATO yanında Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Xeyriyyə bazarında Azərbaycan tərəfindən NATO yanında Nümayəndəliyin əməkdaşları, Azərbaycanın Belçikadakı Səfirliyinin əməkdaşları, ARDNŞ-in Brüssel Nümayəndəliyi, İslam Əməkdaşlığı Təşkilatının Brüssel Nümayəndəliyi və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər iştirak ediblər.

Qeyd edək ki, "NATO Xeyriyyə Bazarı" 2005-ci ildən qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Məqsədi müxtəlif fəaliyyətlər və sosial tədbirlər təşkil etmək yolu ilə xeyriyyə üçün pul vəsaitləri toplamaq, həmçinin NATO hərbi heyəti və hərbi nümayəndəliklr arasında dostluğu möhkəmləndirməkdir. NATO-nun 39 üzv və tərəfdaş dövləti təşkilatın üzvüdür. Təşkilatın əsas və ən böyük xeyriyyə tədbiri hər il noyabr ayında keçirilən NATO Xeyriyyə Bazarıdır, burada hər bir üzv dövlət öz milli məhsullarını xeyriyyə satışına təqdim edir. Azərbaycan 28 may 2013-cü il tarixdə üzvlüyə qəbul olunub və ilk dəfə bu il xeyriyyə bazarında milli məhsullarla təmsil olunub.

NATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTONATO xeyriyyə bazarı təşkil edildi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1958   Tarix: 23 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti