Bu dəhşət barədə siz də oxuyun!

Bu dəhşət barədə siz də oxuyun!Gördüyünüz şəkil fotoşop məhsulu deyil. Bu, əslində bir bakteriyadır.

İngiltərədəki Surrey Universiteti Mikrobiologiya Fakültəsinin tələbələri mobil telefonlarına yaxından baxmaq qərarına gəliblər və bu cür bakteriyalarla rastlaşıblar. İnanmaq çətindir, amma cib telefonlarında ayaqyolundan 18 dəfə daha çox bakteriya tapılıb.

Tələbələr bakteriyaları laboratoriyada götürərək inkişaf etdiriblər. Mobil telefonu bakteriya çıxarmaq qablarına qoyan tələbələr 3 gün sonra bu qəribə varlıqla rastlaşıblar. Universitetin Doktoru Simon Park mobil telefonların yalnız ünsiyyət vasitəsi olmadığını, bizim şəxsi izlərimizi də daşıdığını söyləyir. Təbii ki, yediklərimizi, içdiklərimizi də bir şəkildə telefonlara bulaşdırırıq.

Universitetdə aparılan işlər zamanı bakteriyaların fotoşəkli çəkilib və bu görüntülər böyüdülüb. Bu bakteriyaların hamısı iyrənc görünmələrinə baxmayaraq, elə də zərərli deyil. Ancaq telefonlarda "Staphylococcus aureus" kimi bəzi təhlükəli bakteriyalar da var. Bu bakteriya "xəstəxana infeksiyası" kimi də tanınır. Müasir sensorlu telefonlarda köhnə klaviaturalı telefonlara nisbətən daha az bakteriya var.

Bəs bu bakteriyalardan xilas olmağın yolu varmı? Ən yaxşı yol telefonları təmiz saxlamaq və mümkün qədər tez-tez silməkdir. Mobil telefonlarda tualetlərə nisbətən 18 dəfə daha çox bakteriya olduğunu deyən mütəxəssislər bakteriyalardan xilas olmaq üçün yaş dəsmalların istifadə edilməsini təklif edirlər. Mobil telefonlara bakteriya düşməməsinin yollarından biri də tualetə gedərkən telefonu özünüzlə aparmamaqdır. Bakteriyaların çoxu telefonlara əldən keçdiyi üçün əllərin təmizliyi, telefona kənar şəxslərin toxunmasına icazə verməmək də mühümdür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5918   Tarix: 22 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024