Kolbasadan telefon çıxdı - FOTO

Kolbasadan telefon çıxdı - FOTOHəbsxanaya gətirilən sovqatdan qanunsuz əşya çıxıb. Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Ans press-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1; 185.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Kamil Tamerlan oğlu Vəlixanova tanışı, Bakı şəhər sakini Rəşid Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib. Kolbasının içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır. Kolbasadan telefon çıxdı - FOTOKolbasadan telefon çıxdı - FOTOKolbasadan telefon çıxdı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7823   Tarix: 21 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş