Dünyanın danışdığı şəkil - FOTO

Dünyanın danışdığı şəkil - FOTOBolqarıstanda universitet tələbələrinin etirazları zamanı çəkilən bir şəkil bütün dünyada maraqla qarşılanıb.

Sosial şəbəkələrdə paylaşılan bu şəkildə tələbələrdən biri papaq və qalxanlı bir polisin çiyinlərindən tutaraq göz yaşı tökür.

Desi Nikolova adlı qız saytdakı şəklin altına belə yazıb:

"Polislərin arasında yaxşıları da var idi. Çiyinlərinə əllərimi qoyduğum polisin burnunda bir az qan var idi. Gördüm ki, etirazçıları digər polislərdən qoruyur. Duyğulandım və göz yaşları içində yanına gedərək özünü qorumasını söylədim. Onun da gözləri doldu və mənə "Özündən muğayat ol. Hər şey düzələcək" dedi".

Şəkil təxminən 2 mindən çox bəyəni yığıb, 5 min dəfə də paylaşılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 6133   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti