Silahlı Qüvvələrimiz üçün hazırlanmış xüsusi səhra hospitallarının fotoşəkilləri

Silahlı Qüvvələrimiz üçün hazırlanmış xüsusi səhra hospitallarının fotoşəkilləriTurmaks şirkətinin Azərbaycan Silahlı Qüvvələrinə çatdırdığı iki səhra hospitalının fotoşəkilləri təqdim edilib. BiG.AZ-ın Müdafiə Nazirliyinin Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, mobil hospitallarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmış Turmaks şirkəti iyun ayında Azərbaycan Silahlı Qüvvələrinə iki səhra hospitalının çatdırılmasını tamamlayıb. Bu hospitallar istənilən əməliyyat ərazisinə daşına vəqısa müddətdə qurularaq işlək vəziyyətə gətirilə bilir.

On ildir mobil hospitalların və açılıb-yığılan konteynerlərin istehsalı sahəsində fəaliyyət göstərdiyini deyən Turmaks şirkətinin sədr müavini İlkər Hunərin sözlərinə görə, onların təqdim etdiyi hospitalların özəlliyi konteynerlərdir: "Konteynerlər işlərimizin təməl hissəsindədir. Hazırda dünyada bu işlə məşğul olan 3-4 firma var. Açılıb-yığılan konteynerlərdə öz dizaynımız mövcuddur, daha doğrusu, biz burada nou-hau yaratmışıq. Çadırları hər yerdən əldə etmək mümkündür. Konteyner isə obrazlı şəkildə desək bu işin qəlbidir. Turmaks olaraq biz konteynerlər sahəsində xüsusi araşdırmalar aparırıq. Örnək olaraq deyə bilərəm ki, BMT-yə verdiyimiz konteynerlər ilə Azərbaycana verdiyimiz konteynerlər arasında çox fərq var. Sonuncular daha təkmilləşdirilib.

Şirkət nümayəndəsi konteyner istehsalından sonra əsas işin sistemin inteqrasiyası olduğunu deyib: "Bir yerdən çadırın, digər yerdən konteynerin alınıb bir yerə yığılması ilə iş bitmiş hesab olunmur. Bunun içindəki avadanlıqlar da var. Sistem inteqrasiyası konteyner, çadır, içindəki medikal avadanlıqların, eləcə də generatorun, kondisionerin hamısının sistemləşdirilməsi və bir araya gətirilməsidir. Bildirmək istəyirəm ki, bizim istehsal etdiyimiz konteynerlər tək hospital kimi deyil, uzaq dağlıq və çöllük ərazilərə helikopterlərlə götürülüb müvəqqəti yaşama yeri, komanda-qərargah mərkəzi və s. kimi də istifadə oluna bilər".

Azərbaycan Müdafiə Nazirliyi ilə görüşmələrə 3 il yarım əvvəl başlanıb. Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bakıda təqdimat keçirilib, eyni zamanda Azərbaycan tərəfi Türkiyədə şirkətin istehsal prosesi ilə tanış olub. Bundan sonra Azərbaycan tərəfinin istəyi nəzərə alınmaqla yeni modelin dizaynı hazırlanıb. İl yarım davam edən müzakirələrin nəticəsində tərəflər arasında 2 ədəd mobil səhra hospitalının alğı-satqısına dair 13 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində iki hospitalın 10 ay içində sifarişçiyə çatdırılması nəzərdə tutulsa da, Turmaks işləri 6 ay ərzində həyata keçirərək iyun ayının birinci yarısında müqaviləni yerinə yetirib. Həmçinin bu hospitalları istifadə edəcək heyətə təlimlər verilib.

Hər bir hospitalda 36 yataq, 8 ədəd reanimasiya yatağı, 12 ədəd müayinə masası və 4 əməliyyat masası mövcuddur. Ümumilikdə iki mobil hospitalın yataq sayı 120 çarpayıdır. Hospitalın içində çeşidləmə bölməsi, komanda-idarəetmə və rabitə bölməsi, diaqnostika bölməsi, əməliyyat bölməsi, reanimasiya və hospital bölmələri mövcuddur. Bir çadır kompleksinin tutduğu ərazi 2500 kvadratmetrdir. Azərbaycan üçün hospital dizayn olunarkən yerli şərait öyrənilib və nəzərə alınıb. Çadırların içərisində istifadə olunan ləvazimatlar da sifarişçi ilə razılaşdırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1949   Tarix: 14 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 338
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 896
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 199
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 361
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 457
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583