Mentalitet nədir?

Mentalitet nədir?BiG.AZ bu sualın cavabını kayzen.az-a istinadən xəbər verir,Elə suallar var ki, bir yox, bir neçə cavab tələb edir. «Mentalitet nədir?» sualına cavablardan biri də mənə görə belədir: «Mentalitet — cəmiyyətin inkişafına mane olan yazılmamış qanunlar yığnağıdır». İstənilən problemli quruluş, xalqın etimadını itirmiş, xalqın etimadını itirməkdə olan hakimiyyət milliliyi, ibtidailiyi təbliğ edir. Belə quruluşlara mütləq xarici duşmən lazımdır ki, bütün problemləri onların üstünə atsınlar. Səsini çıxarana, ifadə azadlığı tələb edənlərə «vətən dardadı, indi vaxtı deyil» — deyə bilsinlər.

Son illərdə meyxananın, muğamın, ibtidailiyin kəskin təbliğ olunması heç də təsadüfi deyil. Mentalitet gücə yaltaqlanmağa meyllidir. Elastikdir. Mentalitet gücə yaltaqlanmağı asanlıqla əsaslandırmağı bacarır. Özündən vəzifəcə böyüyə, pulluya yaltaqlanıb adını da «hörmət edirəm» qoyacaq. Bəşəri dəyərlər, insaniyyətlik qalır kənarda, insanlar öz münasibətlərini ibtidai qaydalarla tənzimləyirlər. Nəticədə abstrakt qeyrət anlayışı demokratiya, inkişaf, tərəqqi anlayışlarından irəli çıxır. Belə olduğu halda bir çox insanlar qeyrətli olmağı demokratiya uğrunda mübarizə aparmaqdan, öz haqlarını tələb etməkdən daha üstün tuturlar. Çünki indiki vəziyyətdə qeyrətli olmaq həqiqi vətəndaş olmaqdan daha asan başa gəlir. Bir qadının qeyrətini çəkməklə, ona nəzarət etməklə, arada zəng edib qadının harda olduğunu soruşmaqla bir kişi kimi məsuliyyətdən azad olduğunu düşünürlər. Sanki daha ölkədə heç bir problem yoxdur, hər şey qaydasındadır. Doğurdan da, necə də asandır. Bir qadın vasitəsiylə kişi olduğunu bütün aləmə sübut edə bilərsən. Bununla bərabər rüşvət almaq, baş verənlərə göz yummaq da olar. Üstəlik, öz əməllərinə «bacarana can qurban», — kimi sözlərlə haqq qazandırıb, başqalarını da həvəsləndirə bilərsən.

Mentalitet şəxsən mənə bir az xoşbəxt olmağa imkan vermədi. Bu ölkədə iki bir-birini istəyən adam bir yerdə yaşamaq qərarı verdisə, əlli milyonluq Azərbaycan xalqı birləşərək bütün güclərini səfərbər edib, onlara mane olacaqlar. Biri deyəcək, burda mənim anam-bacım yaşayır və s. Yaxud hansısa rayona təmiz hava almağa gedəcəksən, oteldə səndən nikah kağızı tələb edəcəklər. Halbuki beş-altı kişi bir otaqda rahat qala bilər və qalırlar da… Bir kişinin və bir qadının bir otaqda qalması isə qıcıq doğurur. Əslində tərsinə olmalıdır.

Hər kəs bacardığı qədər başqasının həyatına müdaxilə edir. Ev tapırsan, qız tapılmır, qız tapırsan, ev tapılmır. Nəticədə hərə bir tərəfdə əzab-əziyyət çəkir. Gərginlik, aqressiya, başqasının münasibətinə xələl gətirmək vərdiş halını alır. Sanki bu adamların yaşadığı ölkədə səhiyyə, ordu, təhsil bərbad gündə deyil. Gedib öz haqlarını tələb etmək, bir vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirmək əvəzinə, binanı, məhəlləni "çujoy«dan qoruyurlar. Adamları güdürlər. Doğurdan da yaşadığın binanın qeyrətini çəkmək bir ölkənin qeyrətini çəkməkdən qat-qat asandır.

Qeyrəti demokratiyadan üstün tutanların anlayışına görə, əgər iki adam bir yerdə yaşamaq istəyirsə, onlar mütləq xalqın diqtə etdiyi rituallara, adətlərə əməl etməlidirlər. Nişan, xınayaxdı, toy, boz və mənasız məclislər… Təəssüf ki, bu rituallara əməl edib xoşbəxt olmaq mümkün deyil. Saxtakarlıqla müşahidə olunan bu boz məclislər, bu iyrənc adət-ənənələr, xınayaxdı, nişan, cehiz adı qoyulmuş bu talançılıq ən təmiz ürəkləri, ən saf sevgiləri belə murdarlamağa qadirdir.

Onsuz da həyat fanidi. Biz çox ağır şərtlər altında yaşayırıq. İmkan vermirlər ki, bir-birini qiymətləndirən, bir-birini sevən iki adam rahat yaşasın. Həmən böyük bir insan ordusu hərəkətə keçərək, bütün qüvvələrini sevən iki şəxsə qarşı səfərbər edirlər. Mütləq onları öz oyunlarına çəkirlər. Oyunun nəticəsi isə budur: „Siz mütləq bədbəxt olmalısınız".

Misima deyir: „Xoşbəxtlik məlum olduğu kimi, tez xarab olan ərzaqdır, onu yoxa çıxmamış həzm eləmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 716   Tarix: 09 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882