"Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir"

"Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir"Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir. BiG.AZ-ın məlumatına görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Bağış Avropa Azərbaycan Cəmiyyətinin (AAC) regional əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən bildirib.

E.Bağış bildirib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi, biz həqiqətəndə "bir millət, iki dövlətik". Hazırda Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir. Ölkələrimizin enerji sektorundakı sıx əməkdaşlığı - söhbət Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrindən gedir - növbəti bir neçə onilliklər ərzində Avropanın enerji problemlərinin həllində əhəmiyyətli rol oynayacaq".

Türkiyəli nazirin sözlərinə görə, iki ölkənin rəhbərliyi arasında nümunəvi qardaş münasibətləri var: "Liderlərimiz bütün məsələləri səmimi və şəffaf şəkildə müzakirə edirlər. Bu da məndə inam yaradır ki, bizim gələcək münasibətlərimiz bugünkündən də parlaq olacaq".

Onun sözlərinə görə, Türkiyənin qonşuluq münasibətlərinin gündən-günə gücləndiyi digər bir ölkə isə, əlbəttə ki, Gürcüstandır:

"Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli müttəfiqlik əlaqələri var. Bu münasibətlərin xaricində qalan ölkə isə Ermənistandır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir".

Onun sözlərinə görə, ötən iyirmi ilə nəzər saldıqda, Azərbaycan və Gürcüstanın necə inkişaf etdiyi, Ermənistanın isə inkişafdan kənarda qaldığı aydın görünür.

E.Baxış qeyd edib ki, Baki-Tbilisi-Ceyhan boru kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə bir başlanğıc idi: "Sözügedən layihə Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etibarın yaranmasına kömək etdi".

Nazirin sözlərinə görə, son 10 ildə Azərbaycan hədsiz dərəcədə inkişaf edib: "Bu gün Azərbaycan və Bakı öz inkişaf tempinə görə dünyanın əsas beynəlxalq ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklərin ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökümətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir. İqtisadi cəhətdən onlar böyük itkidədirlər Təəssüf ki, Azərbaycanın 20 faizə qədər ərazisi hələ də Ermənistanın işğalı altındadır və bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır".

E.Baxış vurğulayıb ki, Ermənistan özünün işğalçılıq siyasətinə son qoymalıdır: "Bizim Azərbaycandakı bacı və qardaşlarımız erməni təcavüzündən hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacaq. Rəsmi Yerevan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. Düzgün olan da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanla yaxşı münasibətlər yaratmaq və bununla da Türkiyə və Gürcüstanla da yaxşı münasibətlər qurmaqdır ki, ermənilər də həmçinin onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1330   Tarix: 05 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 265
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 226
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 507
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 323
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 302
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 423
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 207
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 1398
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 656