Smartfon və elektron poçtlardan asılılıqdan necə azad olmaq olar?

Smartfon və elektron poçtlardan asılılıqdan necə azad olmaq olar?Time Managment üzrə aparıcı amerikan mütəxəssisi Culi Morgensterndən məsləhətlər

Biz elə bir dövrdə yaşayırıq ki, insanlar bir neçə işi bir anda görməli, bir yığın sənəd və onlarla elektron məktub üzərində işləməli olur, nəticədə iş vaxtını düzgün planlaşdırmaq çətinləşir. Ilk baxışda siz çox iş görürsünüz, müəyyən mənada bu elə belədir. Lakin nəticə əldə olunubmu? Işinizi daha rasional və effektiv keçirin, günü ümumilikdə nəzərdən keçirmək üçün gün ərzində vaxt ayırın, strategiya üzərində işləyin, "brainstorm" həyata keçirin. Sizcə, bütün bunları edə bilərsinizmi?

"Əlbəttə, edə bilərsiniz!" – effektivliyin artırılması üzrə aparıcı mütəxəssis, beş bestsellerin müəllifi Culi Morqenstern bildirir. O, insanlara həm işdə, həm də şəxsi həyatda daha çox şeyi çatdırmağa və əslində nəyin həqiqətən vacib olduğunu müəyyən etməyə kömək edir.

Morqenstern elektron məktublardan xroniki asılılıq, çox tapşırıqlılıq epidemiyası haqqında danışdı və vaxtı düzgün təşkil etmək üçün bir neçə məsləhət verir.

– Çox tapşırıqlılıq effektivdir?

Elmi cəhətdən sübut olunub ki, beyin bir tapşırıqdan digərinə sürətlə keçə bilmir. Deməli, bir neçə işi bir anda görməyə çalışmaqla siz hədər yerə vaxtınızı itirirsiniz. Birincisi, artıq mövcud olan informasiyaya nisbətən yeni informasiyanı mənimsəmək üçün beyinə dörd dəfə daha çox vaxt lazım olur. İkincisi, isə səhv edəcəksiniz. Təsəvvür edin ki, bir an sizin diqqətiniz yayınır və təsadüfən "Reply All" düyməsinə basırsınız və məktub həmkarlarınız ilə müzakirə etmək istədiyiniz insanın elektron poçtuna gedir.

Bu gün hamı yaddaşsızlıqdan şikayətlənir: bu, çox tapşırıqlılıq epidemiyasının simptomlarıdır. Həmçinin insanlar daha əsəbi olur ki, bu da digər insanlarla münasibəti qaydaya salmağa mane olur.

– Niyə son illər insanlar daha diqqətsizdir?

Əsas səbəblərdən biri gündəlik həyatımızın ayrılmaz bir hissəsi olan smartfonlardır. Artıq elə bir yer yoxdur ki, sizi tapa bilməsinlər. Siz həmişə məşğul olduğunuzu hiss edirsiniz, daima nə isə edirsiniz – bu lap narkotik təsiri bağışlayır. Bu gün smartfonların köməyi ilə işləmək, əylənmək, kinoya baxmaq, informasiya axtarmaq, Pinterest-də fotoqrafiya kolleksiyasını doldurmaq kimi işlərin öhdəsindən gəlmək olar. Real həyatda deyil, ekranda görəcəyimiz tapşırıqların sayı eksponent üzrə artır. Mən təkcə elektron poçt deyil, ekranda edə biləcəyiniz bütün əməliyyatlar haqqında danışıram.

– Fikrini bir yerə cəmləşdirmək və yayındırmamaq nə üçün çox vacibdir?

Beyninizin hansısa bir deyil, bütün bölmələrinin işləməsi zəruridir. Bu, daha az səhv etməyə və məşğul olduğunuz işdən daha çox zövq almağa imkan verəcək. İnsan bilməlidir ki, hər şey onun nəzarəti altındadır və əldə etdiyi nailiyyətlərdən məmnun olmalıdır. Və artıq mən bir sıra dəyişikləri müşahidə edirəm. Yaşından asılı olmayaraq, artıq bir çox insanlar ekrandan uzaqlaşaraq özlərinə istirahət verməyi bacarırlar. Məni sevindirir ki, onların daxili səsi onlara belə deyir: "Artıq, bəsdir!".
Hər şey plan üzrə getməlidir

– Insanları daha effektiv işləməyə imkan verəcək üç şey deyə bilərsiniz?

Birincisi. Həm ev, həm də iş qrafikinizdə ekrandan uzaqlaşaraq istirahət etmək üçün vaxt ayırın. Hər belə fasilə bir saatdan üç saata qədər davam etməlidir. Onda siz vacib problemi diqqətlə təhlil edə və ona müxtəlif nöqteyi-nəzərdən baxa bilərsiniz: onu dərk etmək, qeydlər aparmaq, fikirləşmək, müzakirə etmək.

Ikincisi. Elektron poçtu oxumayın və ayıqlığın ilk və son saatlarında kompüter ekranına baxmayın. Oyandığınız zaman siz hər hansı bir iş üzərində fikrinizi daha yaxşı toplaya biləcəksiniz. Günü vacib işdən başlamaq həmişə daha asandır, daha sonra xırda işlərlə məşğul olmaq olar.

Üçüncüsü. Bu gün, sabah və ertəsi gün üçün görüş və işləri əvvəlcədən planlaşdırın. Bu, diqqəti toplamağa və prioritetləri müəyyən etməyə kömək edəcək. Əgər siz hər şeyi planlaşdırmısınız, eləcə də səhər görəcəyiniz işlərin siyahısını axşamdan nəzərdən keçirmisinizsə, onda diqqətinizin ikinci dərəcəli şeylərə yayınması ehtimalı çox azdır. Günü iki hissəyə bölün: ən mühüm və mürəkkəb problemləri günün birinci yarısında həll edin, yerdə qalan vaxtı danışıqlara, təxirəsalınmaz işlərə və xırda tapşırıqlara ayırın.

– Çox vaxt biz yeni həyata başlamağa can atırıq – məsələn, çalışırıq ki, yeni il axşamı özümüzə söz verdiyimiz bütün tapşırıqları bir dəfəyə yerinə yetirək, nəticədə heç birini yerinə yetirə bilmirik. Nəzərdə tutulmuş işi sona çatdırmaq üçün nə etmək lazımdır?

Daha nizam-intizamlı olmaq üçün bunu edin: elektron poçtu nə vaxt və hansı tezliklə yoxlayacağınızı planlaşdırın. Əgər siz özünüzə elektron poçtu gün ərzində səhər saat 9-dan axşam saat 6-a qədər dörd dəfə yoxlayacağınıza söz versəniz, onda bu maksimal effekt verəcək. Ekrana baxmaq həvəsinizi öldürəcək qısa bir ifadə fikirləşin. Özünüzə "Tfu!" deyə əmr edin.

– Elektron poçt və sosial şəbəkələrə meylli olan insanlara daima smartfonların ekranına baxmaq vərdişindən azad olmaları üçün nə məsləhət verərdiniz?

Mobil cihazlara hədsiz meylilik axmaqlıqdır. Tez-tez elektron poçtu yoxlamağa meylli olmayın. Əvvəl də dediyim kimi sizi bu fikirdən çəkindirəcək qısa bir ifadə fikirləşin. Ya da özünüzdən soruşun: "İndi elektron poçtu yoxlamaq üçün ideal vaxtdır?". Bu sualı işdən yayınmağa hədsiz dərəcədə meyl olduğunuz an verin. Ekrandan uzaqlaşmaq vaxtı yetişdikdə mobil cihazı bir kənara qoyun. Əgər siz hesabat üzərində işləməlisinizsə, elektron poçt bildirişlərinin səsini söndürün və ya smartfonu gizlədin. Bu məsləhətlərə bir ay ərzində əməl etməyə çalışın, bu zaman özünüz görəcəksiniz ki ekrandan uzaqlaşmaqla mürəkkəb məsələləri effektiv həll edirsiniz. Hər gün işinizdəki irəliləyişi təhlil edin. Iki saatdan bir elektron poçtu yoxlamağı yadınıza salacaq xəbərdarlıq zəngi quraşdıra bilərsiniz.

Insanlar öz vərdişlərini dəyişməyə çalışırlar, lakin bir gün də olsun elektron poçtsuz yaşaya bilmirlər. Və təslim olurlar. Onlar başa düşmürlər ki, bu asılılıqdır. Lakin bir neçə gün dözə bilən insan bu "xəstəlikdən" azad olur. Bəzən insan kritik həddi keçməlidir və yalnız bu zaman o öz asılılığından azad ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1032   Tarix: 07 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024