19 dildə danışan robot VİDEO

19 dildə danışan robot VİDEONAO" robotu 19 dildə danışa bilir.İnsanabənzər "NAO" robotu ona edilən müraciətləri başa düşə bilir, fərqli dillərdə danışa bilir.

Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin "NAO"-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.

Boyu təxminən 58 sm olan "NAO" robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılma zamanı əlləri üstdə qalxa da bilir. Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı, 1 inersiyalı hiqrometr və akselerometr, 9 takt ötürücü və 8 təzyiq vericisi ilə təchiz olunub.

"NAO" 1,6 giqahers takt tezlikli "Intel Atom" prosessoru və "Linux" əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir, - "Computerworld" yazır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1523   Tarix: 05 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390