Rusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEO

Azərbaycan vətəndaşı 59 yaşlı Əlibəy Qurbanov, özündən 20 yaş cavan rus arvadı Marinanı necə aldadıb?

Rusiyanın "Birinci kanalı"nda Andrey Malaxovun aparıcı olduğu "Pust qovoryat" verilişində Azərbaycan verilişini təhqir edən sujet yayımlanıb.

Sujetdə 50 yaşlı Əlibəy Qurbanov adlı azərbaycanlı ilə onun özündən 20 yaş cavan gənc arvadı, milliyətcə rus Marina Bezzubova adlı qadın arasında gedən qalmaqaldan bəhs edilir. Göstərilir ki, Əlibəy Azərbaycanda evli ola-ola Marina ilə evlənib və təzə gəlinin ərinin ilk evliliyindən xəbəri olmayıb. Onların iki övladı olub. Uşaqlar bir qədər böyüdükdən sonra Əlibəy uşaqları analarının əlindən alaraq, Azərbaycana gətirir və birinci həyat yoldaşı Simaya təhvil verib.

Övladlarını itirən gənc ana "Pust qovoryat" verilişinə müraciət edərək, yardım istəyir. Sujetdə göstərilən qəribə hal budur ki. Əlibəyin birinci yoldaşı Sima, uşaqları öz övladları kimi qəbulı edib və uşaqlar da olun "Ana" deyə çağırırlar.

O, verilişin Azərbaycana gəlmiş müxbirinə müsahibəsində deyir ki, onların evlənməyindən xəbəri olmayıb: "Nəyi bilməliydim axı? Guya bilsəydim, yaxşı olmalıydı ki? Ərim bilirdi ki, mən bundan xəbər tutsam, yaxşı nəticə verməyəcək". Qadın bildirib ki, bu evlilikdən 10 il keçəndən sonra, yəni Əlibəy uşaqlarla evə dönəndə xəbər tutub.

Marina da, ərinin birinci evliliyindən sonradan xəbər tutduğunu deyir. O, bildirir ki, Əlibəyin birinci arvadı – Sima ona birgə yaşamağı, yəni bir yatağı üçlükdə bölüşməyi təklif edib.

"Mən onun evliliyindən xəbər tutandan sonra aramızda mübahisələr başladı. Əlibəy mənə bildirdi ki, mənim övladlarım var, amma artıq neçə illərdir xəstə olduğu üçün arvadı ilə görüşmürəm" - deyən qadın vurğulayır ki, o, uşaqları ilə tez-tez əlaqə saxlayırdı: "Bir müddət sonra bacısı və qardaşı da onlara gəlir və birlikdə yaşamağa başlayırlar. O, tez-tez mənim, qardaşının və bacısının üstünə qışqırır və bizi təhqir edirdi. Ondan olk dəfə belə şeylər gördüyüm üçün təccüblü qalırdım".

Malaxovun verilişinin qonaqları isə ölkəmizdə çoxarvadlığın dəbdə olmasından, Əlibəyin Marinanı birinci arvadının evinə gətirməsinin tamamilə normal olduğundan danışmağa başalyıblar.

Marina verilişdə başına gələnləri ağlaya-ağlaya bunları nəql edir:

Rusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEORusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEORusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEORusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEORusiyanın "Birinci kanalı"nda azərbaycanlılar təhqir olundu FOTO,VIDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4988   Tarix: 01 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040