"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO

"Futbol Mikelancelosu" olan Maradona bu gün doğum gününü qeyd edir.

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar "Los Kebollitas" komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

"Los Kobollitas" onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 12 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı Dünya Çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

Həmin mundialda Argentinanın çempion olmasında böyük pay sahibi olan Maradona dünyanın ən yaxşı oyunçusu seçilmişdi.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Xuniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

O karyerası ərzində ümumilikdə 680 oyunda 345 qola imza atıb.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib.

Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Maradona, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib:

"Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər".

2008-2010-cu illərdə ölkəsinin yığmasına başçılıq edən Maradona, uğursuz nəticədən sonra istefa vermişdi. Daha sonra Əl-Vəsl klubunun sükanı arxasına keçən yaşayan əfsanə, qalmaqallarla gündəmə gəlmişdi. Orada da uzun müddət qala bilməyən Maradona klubdan ayrıldı.

"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO"Yaşayan əfsanə Maradona 53 yaşında" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1585   Tarix: 30 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960