Ramil Səfərov

Ramil Səfərov

Həbsdəki zabitimiz atasının yanına gəlməsinə razılıq vermir

Avqustun 31-də 33 yaşı tamamlanan Azərbaycan zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərov bu gün ailəsinə zəng edib. Atası Sahib Səfərov deyib ki, oğlu vəziyyətinin normal olduğunu bildirib, nədənsə gileylənməyib: "Ona yaxşı baxırlar. Problemi yoxdur. Adətən şənbə günü zəng edirdi. Bu gün zəng gözləmirdim. Amma ad gününə görə zəng etməmişdi. Ramildə belə xüsusiyyət yoxdur. Başqa bir iş üçün zəng etmişdi. Həm mənimlə, həm də qardaşı ilə danışdı. Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin ermənilərdən alınıb-alınmadığını soruşdu. Özü ad günündən söz açmadı. Bir necə gündür ki, mənə xeyli təbrik zəngi olub. Təbrikləri çatdırdım. Ramil də onu yad edənlərə təşəkkürünü çatdırmağımı istədi".

Ailəsi Ramilin ad gününü qeyd etməyib: "Ola bilsin ki, oğlunun dostları yığışıb qeyd etdilər. Evə də gəlib-gedən olur".

S.Səfərov bildirib ki, səhhətində olan problemlər ona oğlunu görmək üçün Macarıstana getməyə imkan vermir: "Həm də Ramil özü razılıq vermir. Deyir ki, gəlib-getsəniz, vərdiş edəcəm, artıq bura öyrəşmişəm. Deyir ki, onsuz da hər həftə telefonla danışırıq, gəlib qayıtmaq narahatlıq yaradacaq. Mənə deyir ki, həm də gözüm yolda qalacaq ki, bir də nə vaxt gələcəksən. Özün də yenidən məni görmək üçün darıxacaqsan. Ona görə də Macarıstana getməyimə razı olmur".

2004-cü il fevralın 19-da Azərbaycan ordusunun zabiti Ramil Səfərov NATO-nun Macarıstanda keçirilən təlimləri zamanı erməni zabit Qurgen Markaryanı öldürüb. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu 30 il müddətinə əfv olunmaq hüququ olmamaqla ömürlük həbsə məhkum edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6940   Tarix: 07 sentyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0