Gənc yapon yazıçısı məktubuyla dünyanı sarsıtdı

Gənc yapon yazıçısı məktubuyla dünyanı sarsıtdı"Hisslərinizi gizlətməyin, ağlayın" 

Yapon yazıçısı Akira Terudanın dünya mətbuatında ölkəsində baş verən hadisələrlə bağlı məktubu yayımlanıb. O, məktubunda təhlükəyə baxmayaraq, Yaponiyada qalmasının səbəblərindən yazıb. 1977-ildə doğulan A.Teruda öz nəslinin tanınmış yazıçılarından biridir. Onun „Yaponiyada" debüt romanı xaricdə yaşayan yapon gəncliyi haqdadır. Roman 2000-ci ildə Yaponiyanın məşhur "Bungei" ədəbi mükafatını alıb. 

BiG.AZ ın " FAZ" qəzetinin məlumata istinadən verdiyi xəbərə görə məktubu sizlərə təqdim edirəm

„Əziz dostlar! Meksika yazıçısı və şamanı don Miguel Ruiz yazırdı ki, "Xoşbəxtliyin ən yaxşı yolu - həyat dəyişən kimi tez və dəqiq ona uyğun dəyişilməkdir". Sizə demək istəyirəm ki, mən artıq öz qorxumun əsiri deyiləm. Mən doymuşam. Qorxmaqdansa nə baş verdiyi dərk edilməli və vəziyyət tamamilə başqa yöndən qiymətləndirilməlidir. Qorxu və kədər durğunluğu ifadə edə bilər, amma buna tabe olmamalıyıq. Xahiş edirəm, öz hisslərinizi və ya günah hissini gizlətməyə çalışmayın, çünki zaman keçdikcə daha pis ola bilər. Hər kəslə açıq danışın. Dünyada heç kəs təkcə özü üçün yaşamır. Hisslərinizi açıq büruzə verin və bu haqda danışın. Əgər göz yaşlarınızı boğduğunuza görə qəlbinizdə ağırliq varsa… o zaman göz yaşlarınızı azad buraxın. Göz yaşlarınızın temperaturuna, burnunuzdakı kəskin ağrıya diqqət edin, o zaman siz yenidən sakitləşəcəksiniz. Çünki bədəninizin tamamilə normal işlədiyini dərk edəcəksiz. Həyatda olduğunuza görə Tanrıya təşəkkür edin. Ona görə ki, siz ağrını və kədəri hiss edirsiz. Həmişə düşünürdüm ki, bizimlə dəhşətli nəsə baş versə, mən dərhal qaçacam. Amma zəlzələdən sonra mənim mövqeyim tamamilə dəyişdi. Mən bu ölkəyə və onun insanlarına özümü elə bağlı hiss edirəm ki… Mən Yaponiyanı əvvəlkindən də çox sevirəm. Və bütün dünyanı sevirəm (yeri gəlmişkən bunu təkcə mən yox, söhbət etdiyim bütün insanlar deyir).Biz sizi sevirik - dünyanın bütün xalqları. Biz sizə qəlbinizin dərinliyindən gələn köməyə görə, dəstəyinizə görə təşəkkür edirik. Sizin dostluğunuz, köməyiniz, dualarınız bizi göz yaşlarınadək mütəssir etdi. Çünki biz sizin insanlığınızı hiss etdik. Çox, çox təşəkkürlər! Xahiş edirəm, bundan sonra da bizimlə birgə dua edin. Mənim qəlbimdə ağrı və kədər var. Bu məni ağrıtsa da artıq qorxmuram. Nəsə baş verirsə, bu artıq məndən asılı deyil. Mən sadəcə zəruri olanı etməliyəm. Məsələn, sizə yazmalıyam. İndi bu vəziyyətdə başqa insanların ağrısını doğrudan da anlaya bilirəm. Amerikalılar ümumdünya ticarət mərkəzinin uçulduğunu, iraqlılar bombaların şəhərləri məhv etdiyini, indoneziyalılar xarabaya çevrilmiş sahillərini görəndə, çinlilər dəhşətli zəlzələni yaşayanda– bütün bu hadisələrin gətirdiyi ağrı həm də bütün başqa insanların ağrısı idi. Bu sizin və mənim ağrımdır. Bu bizim ağrımızdır. Siz onu hiss edirsiz? Bu o deməkdir ki, biz biz-birimizə bağlıyıq. Biz həm də bir-birimizin xoşbəxtliyini bolüşəcəyik. İndi mənə Yaponiyanın qərbində yaşayan bir dostum zəng etdi. O dedi ki, çox gec olmamış mən dərhal Tokiodan çıxıb getməliyəm. Bilirəm, bir çox dostlarım artıq bu fikirə gəliblər. Mən xəbərlərə baxır və eşidirəm ki, daha böyük bir reaktor partlayıb. Bəlkə də mən çox axmağam, amma bunun fərqində deyiləm. Mən yalnız onu bilirəm ki, artıq qorxmuram. Hələ ki, mən Tokioda qalıram və sizə yazıram". Akira.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2761   Tarix: 30 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329