Azərbaycan ailəsi ərzağa nə qədər pul xərcləyir və əsasən nə yeyir? - STATİSTİKA

Azərbaycan ailəsi ərzağa nə qədər pul xərcləyir və əsasən nə yeyir? - STATİSTİKABiG.AZ Modern.az-a istinadən xəbər verir ki, Hər gün qida rasionumuza kifayət qədər ərzaq məhsulları daxil edirik. Bu ərzaq səbətinə gün ərzində çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məhsulları, bitki yağı, marqarin və digər piylər, mal-qara yağı, çay və duz kimi qida maddələri aiddir.

Öncə qeyd edək ki, BMT mütəxəssislərinin açıqlamalarına əsasən, minimum istehlak səbətinə əsasən hər bir insanın il ərzində 120 kq çörək və çörək məhsulları, 41 kq kartof, 94 kq tərəvəz və bostan məhsulları, 51 kq meyvə və giləmeyvə, 221 kq süd və süd məhsulları, 5 kq balıq və balıq məhsulları, 132 ədəd yumurta, 17 kq şəkər və qənnadı məhsulları, 9 kq bitki yağı, marqarin və digər piylər, 6,5 kq kərə yağı, 3 kq çay və duz qəbul etməsi tövsiyə edilir. Amma bunlar minimum tələbdir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti 30 noyabr 2012-ci il tarixində "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Qanunu təsdiq edib. Həmin qanuna görə, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib.

Yaşayım minimumunun ildə bir dəfə təsdiq edildiyini deyən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) İdarə Heyətinin sədri Qalib Toğrulun fikrincə, hazırkı göstəricilər reallıqdan uzaqdır.

"Ötən ilin sonuna kimi İTM həmin göstəriciləri aylıq hesablayırdı. Müqayisə üçün deyim ki, bizim hesablamalarımıza görə, dekabr ayında yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 168.75 manat, pensiyaçılar üçün 152.23 manat, uşaqlar üçün isə 211.30 manat təşkil edib. Hansı rəqəmin reallığı əks etdirməsinə sübut kimi bircə faktı deyim ki, əksər banklar, xarici təşkilatların Azərbaycandakı nümayəndəlikləri daxili istifadə üçün bizim inflyasiya və minimum istehlak səbəti göstəricilərimizə istinad edirdilər".

Yaşayış minimumunun ildə bir dəfə deyil, hər ay hesablanması gərəklilini vurğulayan İTM sədri istehlak səbətinin tərkibinə də mütəmadi olaraq baxılmasının vacibliyini önə çəkib:

"Yaşayış minimumu haqqında" Qanun 3-cü maddəsinin 2-ci bəndinə görə, minimum istehlak səbətinin tərkibi dövlət elmi idarə və müəssisələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə Nazirlər Kabineti tərəfindən üç ildə bir dəfədən az olmayaraq müəyyənləşdirilməlidir. Çox təəssüf ki, qanunun tələblərinə məhəl qoyulmayıb, Azərbaycan hökuməti 2009-cu ildən bəri müəyyənləşdirdiyi normalara yenidən baxmayıb. Həmin normaların beynəlxalq təcrübə və milli xüsusiyyətlər əsasında yenidən hesablanması bu gün bir vəzifə kimi Nazirlər Kabinetinin qarşısında durur. Normaların dəyişməsi həm ərzaq məhsullarını, həm qeyri-ərzaq məhsullarını, həm də xidməti əhatə etməlidir. Ola bilsin ki, hər üç tərkibə əlavə məhsul və xidmətlər əlavə olunsun. Ancaq bütün bunlara dərin araşdırma və əsaslandırılmış hesablamalardan sonra qərar vermək lazımdır".

Ekspertin sözlərinə görə, yaşayış minimumunun məbləği haqqında qərar Milli Məclisdə qəbul olunsa və onu Prezident təsdiq etsə də, ölkəmizdə işçilərin sosial müdafiə məsələləri ilə məşğul olan bir əsas qurum var ki, o, buna nəzarət etməlidir:

"Bu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası ilə birlikdə Baş Kollektiv Saziş imzalayıb. İlk belə saziş 1 iyun 2001-ci ildə, sonuncusu isə 6 mart 2012-ci ildə 2012-2013-cü illər üçün bağlanılıb. Həmin sənədin "Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi" adlı ikinci bölməsinin 12-ci hissəsində minimum istehlak səbətinin tərkibinə yenidən baxılması nəzərdə tutulsa da, çox təəssüf ki, bu günə qədər minimum istehlak səbətinin tərkibinə baxılması ilə bağlı konkret addım atılmayıb".

Sənəd 2013-cü ili də əhatə etdiyindən bu ildə minimum istehlak səbətinin tərkibinə baxılması imkanı var. Ancaq ekspertin hesab edir ki, bu o qədər də inandırıcı görünmür: "Çünki ötən illərin təcrübəsi göstərir ki, Baş Kollektiv Saziş rəsmiyyət xətrinə bağlanılan bir sənəddir. Sənəddə nəzərdə tutulanların icrası ilə bağlı adətən real iş görülmür".

Azərbaycan ailəsinin əsas qida rasionu isə bol çeşidlidir. "Çörək yeyən" xalq olduğumuzdan süfrəmizdə həmişə çörəyin yeri başda olur. Dövlət Statistika Komitəsinin məlumatına diqqət yetirsək görərik ki, Azərbaycanda çörək və çörək məhsulları uşaqsız ailələrdə il ərzində 152, 9 kq, uşaqlı ailələrdə isə bu məhsula tələbat 153, 6 kq təkşil edir.

İkinci çörək sayılan kartofa tələbat heç də çörəkdən az deyil. Belə ki, bu qidaya tələbat uşaqsız ailələrdə 55,6 kq, uşaqlı ailələrdə isə 54,2 kq-dır. Ancaq fəsildən aslı olaraq bizim də qidalanmamız yaz-yay aylarında dəyişir. Daha çox müraciət etdiyimiz ərzaqlar sırasına tərəvəz və bostan məhsulları daxil olur. Buna görə də bu məhsulların uşaqlı ailələrdə 83,1, uşaqsız ailələrdə isə 87 kq olması əbəs deyil. Eyni zamanda Azərbaycan xalqı "çayxor" olduğundan şəkər və qənnadı məhsulları onlar üçün vazkeçilməz nemətidir. Bu səbəbdən həmin məhsullar uşaqlı ailələrdə 31,5 , uşaqsız ailələrdə isə 31,7 kq təşkil edir. Evlərimizdə yeməkdən sonra xüsusi məşğuliyyət kimi sevdiyimiz meyvə və gilə meyvənin statistik göstəricisi isə uşaqlı ailələrdə 64,5, uşaqsız ailələrdə isə 66,2 kq-dır. El arasında göz zəifliyinin dərmanı hesab edilən balığı və balıq məhsullarını ailələrimiz uşaqların məxsusi olaraq yeməsini istəyir. Uşaqlı ailələrdə bu məhsulun istifadə miqdarı il ərzində 66,6 , uşaqsız ailələrdə isə 7,7 kq arası dəyişir. Kənd təsərrüfatına bağlı olduğumuzdan uşaqlı ailələrimizdə yumurta 130,7 , süd və süd məhsulları 293,6, uşaqsız ailələrdə isə yumurta 133,4 , süd və süd məhsulları 321,5 kq-dan ibarətdir. Gündəlik ərzaq səbətində öz payı olan bitki yağları uşaqlı ailələrdə 8,6, uşaqsızlarda 9,3 kiloqramdır.

Ümumi nəticəyə görə, faktiki istehlaka diqqət yetirdikdə görürük ki, ölkəmizdə adambaşına il ərzində 155 kq çörək və çörək məhsulları, 55 kq kartof, 84 kq tərəvəz və bostan məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 65 kq meyvə və giləmeyvə, 6,9 kq balıq və balıq məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 131 ədəd yumurta, 300 kq süd və süd məhsulları, 8,8 kq bitki yağı və marqarin istehlak edilir.

Sonda onu da qeyd edək ki, ötən ilin son aylarının nəticələrinə görə, əmək qabiliyyətli əhali ərzağa 168,75, pensiyaçılar 152,23, uşaqlar isə 221,30 manat pul xərcləyiblər.modern.az.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3393   Tarix: 21 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 358
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 756
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 225
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 954
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 201
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 335
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 408
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 293
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 508