Veneraya robot göndəriləcək

Veneraya robot göndəriləcəkVenera Günəş sisteminin ən sərt yerlərindən biridir. Buna görə də o, tədqiqat üçün ideal obyektdir. Şübhəsiz ki, Marsa Rover deyilən robot göndərib onun səthi barədə məlumat əldə etmək əla ideya olsa da, weblaboratory.org. saytının verdiyi xəbərə görə, NASA yeni üfüqlər açmaq istəyir.

Venerada inanılmaz istidir, orada atmosfer təzyiqi yüksəkdir, çox böyük tünd rəngli sulfat turşusu buludları vardır, daha doğrusu, onu "cəhənnəm" adlandırmağa əsas verəcək hər şey var.
Bu şəraitdə salamat qalmaq üçün robot möhkəm və ağıllı, həm də əla vindserfer olmalıdır.
Ən maraqlısı odur ki, bu "tədqiqatçı" külək yelkəni ilə təchiz edilmiş Zefirin eyni olacaq.
Çox yüksək temperatura davam gətirə biləcək Roverin quraşdırılması nəzəri cəhətdən mümkündür. Selsi cədvəli üzrə 450 dərəcə çox yüksək temperaturdur, amma o dərəcədə yox ki, Yerin bütün metalları ondan qorxsun.

Deməli, Rover çox ağır olacaq və çətinliklə hərəkət edəcək. Bununla yanaşı NASA komandası küləkdən istifadə ideyasını araşdırır. Orada hava nisbətən sakit olsa da və güclü külək əsməsə də, çox böyük təzyiq o deməkdir ki, ən xəfif yel belə çox enerji verə bilər.

Klivlenddə NASA-nın Qlenn adına elmi-tədqiqat mərkəzində layihənin başçısı Ceffri Lendis izahat verərək deyib: "Roverin yelkəni bir qədər qeyri-adi olacaqdır. Daha az enerji sərf etməsi üçün onun yalnız iki səyyar hissəsi olacaq. Əslində onun idarə olunması üçün heç bir təchizat lazım gəlməyəcək".

Rover çox hərəkət etməli olmayacaqdır, o, sadəcə yerini dəyişərək tədqiqatlar aparacaqdır. Veneranın səthinin kifayət qədər yastı olduğu nəzərə alınarsa, Roverin külək enerjisi vasitəsilə irəli-geri hərəkət edə bilməsi ideyası çox maraqlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1227   Tarix: 19 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001