Azərbaycanlılar rus oğlana diz çökdürdü- VİDEO

Azərbaycanlılar rus oğlana diz çökdürdü- VİDEORusiyada qafqazlılar rusları döydülər.

"Diz çök!" – azərbaycanlı rus oğlanın üstünə qışqırır, dostları onları dövrəyə alıblar.

Rus tabe olur və yeni əmr gəlir: "De ki, mən meymunam!", qırmızı gödəkçəkli oğlan tələb edir. Rus oğlan razılaşır: "Mən meymunam". Və elə bu zaman kimsə təpiklə onun çənəsindən vurur və oğlan yerə yıxılır. Onu dövrəyə alanlar yalandan özünü huşunu itirmiş kimi göstərməməyə çağırır, qırmızı gödəkçəli oğlan isə yenə kimdənsə diz çökməyi tələb edir.

BiG.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, ruslar və qafqazlılar arasında Nijni Taqil şəhərinin 6 saylı məktəbinin ərazisində baş vermiş davanın videosu hələ bir həftə əvvəl sosial şəbəkələrdə yerləşdirilib.

Videodan görünür ki, davada eyni sayda adam iştirak edir, onların sayı təxminən on nəfərdir (hər tərəfdən). Qafqazlılar rəqiblərini tez bir zamanda döyüb yerə yıxırlar, bu zaman onlar yerdəki yeniyetmələri təpikləməkdə davam edirlər. "VKontakte" sosial şəbəkəsinin şərhçilərinin yazdıqlarına görə, davaya taqillilərin qafqazlıları təhqir etməsi səbəb olub və onlar bunun üçün rusları "razborkaya" çağırıblar.

Davanın milli münaqişə səbəbindən baş verməsini anonimlik şərti ilə "Mejdu strok" Xəbərlər Agentliyinin jurnalisti ilə söhbətə razılıq vermiş iştirakçılardan biri də təsdiqləyib.

"Şərt belə idi ki, heç kim heç kimi yerə yıxılanda vurmur, lakin onlar şərti pozdular. Bundan başqa, onların tərəfindən gələnlər hamısı yaşca böyük olsa da, bizim uşaqların ən böyüyünün yaşı 17-yə çatırdı. Onların hamısı idmançılardır, biz bunu bilirdik, amma qorxmadıq. Lakin çox xoşagəlməz haldır ki, hər şey belə başa çatdı və video İnternetə düşdü".

Öz növbəsində "Mejdu strok" Xəbərlər Agentliyi dava edən idmançıları tanıyıb – bunlar taekvondo üzrə Avropa mükafatçıları Tahir Məmmədov və Şamil Ədilovdur. Qırmızı gödəkçəli oğlan Ədilovdur. O, yerə yıxdığı gəncin üstünə qışqırır: "De ki, mən xaçam! De mənə bunu! Bir də "Vkontakte"də yazacaqsınız?!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 830   Tarix: 03 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390