"Yox" deməyi də bacarmaq lazımdır

"Yox" deməyi də bacarmaq lazımdır"Yox" deməyi bacarmaq cəsarət tələb edir
Çünki "yox" demək aid olma bağlarını qırır, bəyənilmə, istənilmə hisslərinin qarşısını kəsir. Amma "yox" demək, eyni zamanda, insanı azad edir. Zamanımızı, pulumuzu, enerjimizi bizim üçün mənası olmayan vəziyyətlərə və insanlara xərcləməkdən qutarır.

İnsanların görüşmək ehtiyacını "bəli", ayrılmaq, can qutarmaq istəyini isə məhz "yox" sözü ödəyir. Hər zaman "hə" demək, "oldu" söyləmək insanların tək qalmaq, azad olmaq, fikirlərə qarşı çıxmaq istəyini boğur. Biz nəyinsə xatirinə yaxınlarımıza, dostlarımıza, ətrafdakı insanlara həmişə "hə" demək məcburiyyətində qalırırq. Digər insanların bizə qarşı dedikləri "hə"ni, təsdiqi hər zaman gözləyirik. Bəs öz-özümüzə verdiyimiz təsdiq necə, bunun bizim üçün bir əhəmiyyəti varmı? Axı "yox" demək bizi rahatladır, bunu niyə bacara bilmirik?

Mütəxəssislərin fikrincə, "yox" deməyə başlamaq, həyatımızın daha təminedici ola bilməsi üçün ilk addımıdır. Psixoloq Aynur Əlibəylinin fikrincə, bir şeyə "yox" demək, başqa bir şeyə "hə" deməkdir. "Gecə çölə çıxmağa "xeyr" deyirsinizsə evdə səssiz bir gecə keçirməyə "bəli" deyirsiniz. Film izləməyə "xeyr" demək, bəlkə də çöldə velosiped sürməyə "bəli" demək ola bilər".

Xüsusilə içində yaşadığımız cəmiyyətin "yox"u qəbul etməyən bir cəmiyyət olması, bizim "yox" deməyimizi bir daha çətinləşdirir. Bizim üçün dəyərli olan insanların istəklərinə "hə" demək bizi istəmədiyimiz vəziyyətə sala bilər. Bunun üçün də biz öz həyatımızı düşünüb, istədiyimiz kimi yaşamağı öyrənə bilmək üçün "yox" deməyi öyrənməliyik. ""Yox" deyib sonradan ondan imtina etməkdənsə, elə "hə" demək yaxşıdır. Ancaq çox zaman "yox" demək insanı daha irəliyə aparır. Bunun üçün "yox" deməyi öyrənmək lazımdır. "Yox" deyəkən çalışın ki, özünüzdən əmin və etibarlı şəkildə deyəsiniz. Bunun üçün əvvəlcə aynanın qarşısına keçərək yüksək səslə söyləyin və sizə verdiyi gücü və rahatlığı hiss edin. Əvvəlcə kiçik və əhəmiyyətsiz vəziyyətlərdə "xeyr" deməyə başlayın. Məsələn: yolda sizə israrla bir şey satmağa çalışanlara "yox" deyin. Birini xəyal qırıqlığına uğratmağınıza şahidlik etmək sizə güc verəcək. "Yox" deməmişdən öncə fikirlərinizi konkretləşdirin, nəyə "hə", nəyə "yox" deyəcəyinizə əmin olduqdan sonra qərar verin. Yəni peşman olacağınız sözlər işlətməyin. Əgər nə istədiyinizi bilmək sizin üçün çətindirsə, istəmədiyiniz şeylərin siyahısını tutun. İstəmədiklərizinin siyahısına baxıb, istədiklərinizin nə olduğunu bilə biləcəksiniz".

Psixoloqa görə, hər hansı bir addımı atmamışdan öncə bilmək lazımdır ki, bu, sizin həyatınızdır və həyatınızı istədiyiniz kimi qurmaq sizin əlinizdədir. "Bizə bəxş edilmiş yüzlərlə, minlərlə imkan var, məlumatımız, təcrübəmiz və təcrübəmiz nəticəsində əldə etdiklərimiz. Həyatda elə addım atmaq lazımdır ki, özünüzü istifadə edilmiş kimi hiss etməyəsiniz. İstifadə edildiyinizi hiss etdiyiniz müddətə qədər insanlara yaxşılıq edə bilərsiniz. Qarşılıq gözləmədən edilən yaxşılıq sizi daha dəyərli və uca edər".

A.Əlibəyllinin sözlərinə görə, bəzi vəziyyətlərdə insana "yox" demək çətin gəlir. İtirmə qorxusu yaşanılan, bəyənilməmək qorxusu üstünlük təşkil etdiyində, sevilməmək qorxusu olan zamanı insan "yox" deməyə çəkinir. "Xeyr" deyə bilməməyimiz çox zaman xeyrimizə olmur. Çünki "yox" deyə bilmədiyimiz üçün qarşımızdakının bizi sevməsinin, bəyənməsinin, təqdir etməsinin də bir dəyəri qalmır. Süni və zahiri əlaqələrin içində getdikcə boğulur, getdikcə itirik.

Bu üç qorxu bizi təsiri altına aldığından istəmədiyimiz halda "yox" deyə bilmədiyimiz bəzi təkliflərə, ya da fikirlərə "bəli" demək məcburiyyətində qalırıq.

"Yox" deyə bilməmək eyni zamanda bizə qarşı olan inamı da sarsıdır. Çünki biz "yox" deyə bilməyəndə süni oluruq. İstəmədiyimiz şeylərə məcburən "hə" demək bizim səmimiyyətimizi, inandırıcılığımızı itirir. ""Yox" deyə bilmirsinizsə, xüsusiliyinizi itirirsiniz, özünüzə aid fikriniz olmur, özünüzə olan inamı itirirsiniz, özünüzə hörmət etməməyə başlayırsınız. Özünüzü itirirsiniz, bir də baxarsınız ki, bir başqasının həyatını yaşayırsınız".

"Yox" demək üçün heç bir zaman bəhanə uydurmaq məcburiyyətində deyilsiniz. Öz qürurunuzu uca tutmağı bacarmalı və yalan danışmamalısınız. Əslində insanlar "yox" deməkdən deyil, "yox"u necə deyəcəklərindən qorxurlar. Unutmamalıyıq ki, hər insana hər bir sözün deyilmə forması var.

Müsahibimizin dediyinə görə, insan hər hansı bir fikrə münasibət verməmişdən öncə sözlərin dəyərlərini öyrənməlidir. Əlibəyli hesab edir ki, bütün sözlərin mənalarını və dəyərlərini düşünərək istifadə etməklə "xeyr" deməklə "bəli" arasında bir fərq qalmayacaq. "Çünki ikisi də bizim seçimimizdir. Öz doğrumuzu tapmalıyıq. Hamımız özümüzdən məsuluq. Müsbət düşünün, istədiklərinizə, edəcəklərinizə qarşı fikirlərinizi cəmləyin".

Psixoloq təcrübələrdən istifadəni vacib sayır. Dediyinə görə, keçmişi, eyni səhvləri təkrar etməmək üçün qərarlarınn nələr yaşatdığını düşünmək lazımdır. "Səbirsizlik etməyin, səbirli olun, özünüzə bunu öyrənmək üçün də zaman verin. Kiçik "xeyr"lərdən başlayın. Özünüzə dəyər verin, sizə necə davranılmasını istəyirsinizsə, özünüzə elə davranın. Özünüzə verdiyiniz dəyəri ilk göstərən şey özünüzü sevmək, etmək istədiklərinizə çalışmaq, seçim etmək, sevdiklərinizlə zaman keçirmək, həyat enerjinizi balanslı istifadə etməkdir.

Əgər "xeyr" demək istəyirsinizsə, hörmətlə və sevgiylə deyin. İstəmədiklərinizə "yox" deməyə başlayın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1873   Tarix: 16 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292