Tənhalıq: ruhi təskinlik, yoxsa xəstəlik

Tənhalıq: ruhi təskinlik, yoxsa xəstəlikTənhalığa meyl edənlər səbəbi, ilk növbədə, özlərində axtarmalıdırlar.

İnsanların çoxu başqaları ilə münasibət qurmağa, deyib-gülməyə meylli olurlar. Belələri toya, şənliklərə həvəslə hazırlaşır, evdə tək qaldıqda belə kiməsə zəng vurub söhbət edirlər. Gün ərzində yalnız 1-2 saat tək qalmağa ehtiyac duyurlar. Lakin elə də adamlar var ki, özünə qapanır. Diqqəti çəkməmək üçün sakit durur, heç kimlə söhbət etmək, münasibət qurmaq istəmir. Səs-küylü yerlərdənsə kimsənin olmadığı yeri, dost-tanışları ilə vaxt keçirməkdənsə tənhalığı seçir.

Alimlərin fikrincə, tənhalıqdan daha çox qadınlar əziyyət çəkir. Belə ki, qadınlar kişilərdən fərqli olaraq daha emosional olduqları üçün insanlardan dostluğa, ünsiyyətə, sevgiyə, emosional bağlılığa, problemlərini həll etmək üçün məsləhətə, köməyə ehtiyac duyurlar. Bu səbəbdən də çox tələbkar olan qadınlar tənha qalmaq riski ilə üzləşirlər.

Psixoloq Elnarə Bağırovanın sözlərinə görə, tənhalıq insanın sağlamlığına mənfi təsir göstərir: "Bu təsir, hətta spirtli içkilərin, siqaret çəkməyin təsirinə bənzəyir. Belə ki, insanın özünü tənha hiss etməsinin sağlamlığa olan zərərli təsiri gündə çəkilən 15 siqaretin təsirinə bərabərdir. Tənha insanlar psixi xəstəliklərə, ürək-damar xəstəliklərinə daha meylli olur. Onlar əsəbi və gərgin olur, əhvallarının aşağı olmasından, depressiyadan əziyyət çəkirlər".

Psixoloq qeyd edib ki, tənha insanlar öz hisslərini başqaları ilə bölüşəndə, həyatlarından şikayət edəndə həmin insanlar da ani də olsa, özlərini tənha hiss edə bilərlər. Lakin tənha insanların başqaları ilə bu barədə bölüşməsi nadir hallarda baş verir. Ona görə ki, onlar cəmiyyətdən təcrid olunur, özlərinə qapanırlar. Belə adamlar nəticədə ona yaxın olanlardan da uzaqlaşırlar: "Onlar özlərinə olan güvəni itirir, başqalarının onlarla vaxt keçirməyinin istəmədiyini düşünərək belə hərəkət edirlər. Bu isə həm onların özünə, həm də ayrıldıqları insanlara pis təsir edir".

Həmsöhbətimizin sözlərinə görə, insanlar çox vaxt inandıqlarından ayrıldıqda və ya ondan xəyanət gördükdə tənhalığa meyl edirlər. Güclü stress keçirən belə adamlar yenidən bunu yaşamaqdan qorxur, bəzi hallarda bütün insanların pis olduğunu zənn edir, hamıdan qaçıb gizlənmək, sakit öz həyatını davam etmək istəyirlər: "Çox vaxt insanlar daha kiməsə inana bilmədiyi üçün də tənha qalırlar. Bəzən ətrafında xeyli insanlar olanlar da özlərini tənha hiss edə bilərlər. Belə ki, tənhalıq səni başa düşə bilən, sevən, qayğına qalan, səni düşünən bir insanın olmadığı halda da yaranır".

Müvəqqəti tənhalığın müsbət tərəflərinin olduğunu deyən E.Bağırovanın bildirdiyinə görə, bəzən tənha qalmaq lazımdır: "Müvəqqəti tənhalığın xeyri var. İnsan buna ehtiyac duranda tənhalığa çəkilməli, yorulduğu insanlardan, həyat rejimindən dincəlməli, fikirləri və istəklərini təhlil etməli, özünün daxili aləmi ilə tək qalmalıdır. Müvəqqəti tənhalıq zamanı insan özü ilə xoşbəxt ola bildiyini, özü ilə harmoniyada olduğunu anlamalı, həyəcan və qorxulardan uzaqlaşıb sakitləşməlidir. Bununla yanaşı, müvəqqəti tənhalıq zamanı insan başa düşə bilər ki, xoşbəxtlik onun ürəyindədir və əgər o, özündə bu hissi duymasa, başqalarını da xoşbəxt edə bilməz".

Müsahibimiz məsləhət görür ki, əgər insan məcburi tənhalıqla üzləşibsə, bunun müsbət tərəflərini tapmalı, bir müddət gözləməli, lakin özünə qapanmamalı və başqalarından təcrid olunmamalıdır: "Elə olur ki, insan kimdənsə ayrılır. İstər- istəməz özünü tənha hiss edir. Bu zaman insan yalnız öz acısını düşünməməli, boş vaxtında da hansısa bir işlə məşğul olmalıdır. Misal üçün, nəsə düzəltmək, çəkmək və ya bişirmək olar. Kitab oxumaq, idman zalına getmək, kino və ya teatra getmək, nəsə tikmək və s. Çalışın, asudə vaxtınızın keçirilməsi üçün zövq alacağınız məşğuliyyət növünü seçəsiniz. Belə ki, nə iləsə məşğul olduğunuz zaman fikriniz həmin istiqamətə yönəlir və sizi məhv edən fikirlərdən uzaqlaşa bilirsiniz. Stresdən qurtulmaq üçün olanları çevirdiyiniz bir səhifə kimi də düşünə bilərsiniz".

Psixoloq onu da qeyd edib ki, tənha insanlar özünə çox tənqidi yanaşırlar. Onlar özlərini günahsız olduqda belə günahlandırır, özlərinə qarşı tələbkar olurlar. Bu cür münasibət isə başqaları ilə ünsiyyət zamanı çətinlik yaradır: "Tənha insanlar başqalarına qarşı da şübhə ilə yanaşırlar. Başqalarını özlərinə yaxın buraxmaqdan qorxurlar. Bir sözlə, tənhalığa meyl edənlər səbəbi, ilk növbədə, özlərində axtarmalıdırlar. Belə ki, təkrar artıq nə vaxtsa yaşanmış streslə üzləşmək qorxusu onları başqalarından təcrid olunmağa məcbur edir".

Onun sözlərinə görə, tənha insanlar xarici görünüşcə sərt, soyuq və güclü görünsələr də daxildə çox zəif və kövrəkdirlər. Bu səbəbdən də ətrafdakılar onları düzgün başa düşmür. Nə qədər çətin olsa da, tənhalıqdan qurtulmaq üçün özünü dəyişməyə, daha çox gülümsəməyə başlamaq lazımdır:

"Çox vaxt uşaqlıqda həmyaşıdları tərəfindən sevilməyən, paxıllıq obyektinə çevrilən və ya təhqiredici zarafatlarla üzləşən, lağa qoyulan, gülüş hədəfi olan, ünsiyyətdən təcrid olunan adamlarda da bu baş verir. Onlar böyüdükcə özləri başqalarından uzaqlaşır, ünsiyyət qurmaqda çətinlik çəkir, uşaqlıqda hiss etdiyi zərbələrin yenidən yaşayacağından şüuraltı olaraq qorxurlar. Bu da onları tənha və özünə qapalı edir. Belə adamlar çox vaxt "salam"ına cavab almadıqlarından qorxaraq birinci salam verməkdən çəkinir, söhbətə birinci başlamır. Bütün bunlarla mübarizə aparmaq üçünsə insanların heç də hamısının pis olduğunu düşünməmək, kiminsə səndən daha mehriban olduğunu anlamaq, özünü günahlandırmamaq və özünü sevmək lazımdır".

Bağırovanın dediyinə görə, bəzən insanlar tənha olmağa o qədər öyrəşir ki, bununla mübarizə aparmaq istəmir. Bunun isə fəsadları pis olur. Belə ki, mənəvi dəstək, qayğı və sevgi olmadan həyatda baş verən çətinliklərə sinə gəlmək çox çətindir. Həm də bir gün həyat mənasını itirə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3649   Tarix: 12 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798