Ağlamaq ömrü uzadır.

Ağlamaq ömrü uzadır.BiG.AZ publika.az-a istinadən xəbər verir ki,Göz yaşlarının gözəlliyə də faydası varmışNormal halda insan dünyaya göz açandan son günlərinə qədər ağlayır. Psixoloqların bildirdiyinə görə, göz yaşları müxtəlif səbəblərdən yaranır. Orqanizm üçün ən xeyirlisi isə güclü emosiyaların təsirindən axan göz yaşlarıdır. Bu cür göz yaşları insanı rahatladır, stressə davamlı edir və ömrü uzadır.Göz yaşları gözün yuyulması və təmizlənməsi üçün çox vacibdir. Belə ki, göz qişası çox həssas olur və əgər göz yaşarmasa, o, tezliklə quruya bilər. Çox vaxt da kompüter qarşısında uzun müddət keçirən insanların gözlərində quruluq müşahidə olunur. Bu quruluq özünü elə göstərir ki, sanki gözün içində nəsə qalıb. Ona görə də bu cür narahatlıqla üzləşən adamlara gözlərini tez-tez yumaq məsləhətdir. Lakin bəzilərinə bu kömək etmir. Quruluğun qarşısını almaq üçünsə onlara süni göz yaşlarından istifadə etmək lazımdır. Qeyd edək ki, göz yaşı əsas olaraq su və duzdan meydana gəlir və göz üzərimizin sürüşkən qalmasını təmin edir. Göz yaşı orta hesabla gündəlik 150-300 qrama qədər ifraz olunur. Və bir müddət sonra burun boşluğuna axır.Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, refleks və emosional göz yaşları olur. Refleks göz yaşları gözü qorumaq məqsədilə ifraz olunan göz yaşlarıdır. "Refleks göz yaşları soğan doğradıqda, gözə toz düşdükdə gözlərimizin yaşarması nəticəsində ortaya çıxır. Refleks gözyaşları ifraz olunanda, bu, ağlamaq kimi hesab olunmur. Əslində isə insan güclü emosiyaların təsirindən ağlayır. Məhz bu cür göz yaşları sağlamlıq üçün olduqca vacibdir".A.Qurbanova qeyd edib ki, bəzi insanlar əhvalını pozmamaq və şüuraltı olaraq öz zəifliyini qəbul etməmək üçün ağlamaqdan çəkinirlər. Bu isə olduqca ziyandır. Onun sözlərinə görə, ağlamağı saxlayan insan daha əsəbi olur və belələri arasında psixi xəstəliklərdən əziyyət çəkənlər də çoxdur. Bəzi insanlar isə ağlamaq istəsələr də, bunu edə bilmirlər. Bu isə ona görə baş verir ki, uşaqlara həyatının ilk illərindən ağlamaq qadağan olunur. "Xüsusilə də oğlanların ağlamağı zəiflik və kişiyə yaraşmayan hərəkət kimi qiymətləndiyi üçün onları ağlamağı qoymurlar. Bu səbəbdən də insan uşaqlıqdan ağlamağını saxlamağı öyrənir. Bəzi insanlar isə o qədər göz yaşlarını saxlayırlar ki, ağlamaq istədikdə göz yaşı əvəzinə onların burunları axır".İnsan ağlayarkən orqanizmdən zərərli kimyəvi maddələr ixrac olunur. Ağlamaqla stressi yaradan və onun daha da çoxalmasına səbəb olan maddələr də azalır. Bu maddələr əsasən də cavan orqanizm üçün təhlükəlidir. Bu səbəbdən də uşaqlar böyüklərə nisbətən daha çox ağlayırlar. Uşaqların ağlamağı təbii özünü müdafiə reaksiyasıdır və uşağın sağlamlığını qoruyur. Göz yaşlarında bakteriyaları öldürən maddələr də zəngindir. Ən qəribəsi isə göz yaşlarının süd vəzilərini fəallaşdırmasıdır. Bununla yanaşı, ağlamaq ömrü uzadır. "Belə ki, çox ağlayan adamlar daha çox yaşayır və sağlam olurlar. Ürəkdən ağlayıb və ürəyini boşalda bilən adamlar stresslə də asan mübarizə apara bilərlər".Qadınların kişilərdən daha çox yaşadığını deyən müsahibim bunu qadınların daha emosional olması və çox ağlaması ilə əlaqələndirir. Kişilər arasındasa ağlayanlar isə nadir hallarda olur. Onlar bir qayda olaraq ağlamadığı üçün emosiyalarını boşalda bilmirlər. Nəticədə də mənfi emosiyalar daxildə toplanır və tədricən sağlamlığa mənfi təsir göstərirlər. Qadınlarsa emosiyalarını gizlətmir və ağlamağa meylli olur.Statistikaya görə, qadınlar ildə 64 dəfə ağlayır, kişilər isə 17 dəfə. Lakin çox ağlamağın da ziyanı var. Belə ki, müntəzəm ağlamaq bəzi insanların əsəb sisteminin gərginləşməsinə, insanın haldan düşməsinə səbəb ola bilər. Ağlayarkən də sərhədi gözləmək və elə ağlamaq lazımdır ki, orqanizmə xeyri olsun. Ümumiyyətlə, insanlar ağladıqdan sonra özlərini fərqli hiss edə bilərlər. Əksər insanlar özlərini rahat hiss etsələr də, bəziləri ağladıqdan sonra özlərini daha da pis hiss etməyə başlayırlar. Adətən belə insanlar psixoloji pozğunluqlardan və yüksək həddə çatan narahatlıqdan əziyyət çəkirlər. Bu cür insanlar ağladıqdan sonra özlərini daha da ağır və gərgin hiss edirlər.Psixoloqun dediyinə görə, insan adətən ağlayan adama baxanda ona yazığı gəlir və göz yaşlarına laqeyd qalmaq çətin olur. Çox vaxt da bunu nəzərə alan uşaqlar və böyüklər də göz yaşlarından kiməsə psixoloji təzyiq göstərmək üçün istifadə edirlər. Bu səbəbdən də həqiqi emosiyaların təsirindən yaranan göz yaşlarını süni şəkildə yaradılan göz yaşlarından ayırmaq lazımdır.Nəzərə çatdıraq ki, ağlamağın gözəllik üçün də böyük faydası var. Belə ki, göz yaşları xırda yaraları sağaldır, gözün altındakı dərinin qocalmasını ləngidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5204   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 360
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 426
.

Şotlandiyadan NASA-ya qeyri-adi müraciət: Göldə əjdahanı tapmaq üçün kömək istədilər

Lox Ness Mərkəzinin mütəxəssisləri göldə yaşayan əjdahanı tapmaq üçün ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) müraciət ediblər. Rəvayətə görə, o, Şotlandiyanın şimalındakı Lox-Ness gölündə yaşayır. "Biz ümid edirik ki, NASA mütəxəssisləri göldə axtarış aparmaq üçün bəzi qabaqcı

14.04.2024 333
.

Norveçlilərdən qeyri-adi addım: Günün daha iki saat uzadılmasını tələb etdilər

Norveçin Vadso şəhərinin meri Vençe Pedersen bölgədə sutkada 24 saat əvəzinə 26 saatın təsbit edilməsi xahişi ilə Avropa Komissiyasına müraciət edib. O, hətta bununla bağlı planını da göndərib. Merin sözlərinə görə, təklif olunan tədbir sayəsində sakinlər ailələri ilə daha çox vaxta sahib olacaqlar

14.04.2024 415
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 447
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 266
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 716
.

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Bir çox mütəxəssis yaz aylarında eynəkdən istifadə etməyi məsləhət görürlər. BİG.AZ -a istinadən bildirir ki, yazda günəş işığı gözlərə daha çox zərər verir. Günəş eynəkləri gözlərinizi zərərli ultrabənövşəyi şüalardan qorumaqda əsas rol oynayır. Yaz aylarında, xüsusilə parlaq günəşli günlərdə ultrabənövşəy

20.04.2024 268
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 283