Niyə şərh yazmırıq?

Niyə şərh yazmırıq?BiG.AZ bakuinfo.az-a istinadən xəbər verir ki,İnsanlar bir yazını oxuduqdan sonra o mövzu haqqında niyə şərh yazmaq istəməz? Əslində şərhlər bir yazının təməlidir. Şərhlər sayəsində yazı dəyər qazanar. Şərhlər olmadan yazının da bir mənası olmaz. Yazıya dəyər qatan o yazıya bildirilmiş olan şərhlər, o mövzu ilə bağlı açıqlanmış olan düşüncələrdir. Şərhlər yazının daha yaxşı başa düşülməsini təmin etməklə yanaşı, həmçinin yazının inkişaf etdirilməsi məqsədini də daşıyır. Təəssüf ki, Azərbaycanda şərh yazma və iştirak etmək nisbəti çox aşağıdır. Yaxşı, insanlar niyə şərh yazmaq istəmir? Psixoloji baxımdan bunun səbəblərini bu şəkildə sıralaya bilərik:
1)Insanlar ümumiyyətlə yalnız mövzuya fokuslanarlar. Yazıda istədiklərini tapdıqlarında daha çox zaman itirmək istəməzlər.
2)Bu bir psixoloji haldır. Belə ki, müzakirə etməyin, mövzuya genişlik qazandırmanın özlərinə bir fayda verməyəcəklərini düşünərlər. Qısacası özlərini yormaq istəməzlər. Ancaq şərhlər yazını oxuyan digər insanlara mütləq fayda verər.
3)Əgər yazıdakı mövzu çox yaxşı izah edilmişsə, əlavə edəcək ya da razılaşmayacaq bir məqam tapa bilməzlər. Amma hər yazının mütləq əskiklikləri vardır.
4)Fikir ifadə etmək, bunun üçün vaxt ayırmaq, müzakirə etmək özlərinə çətin gəldiyi üçün şərh bildirmək istəməzlər.
5) Yazı şərh yazmaq üçün yaxşı bir yazı olmaya bilər. Hər yazıya şərh bildirmək kimi bir məcburiyyətimiz də yoxdur. Bəzi yazılar sırf şərhsizdir, yəni şərhə ehiyacı yoxdur. Amma bu yazılarda belə əməyi keçənlərə şərh yazaraq təşəkkür etmək onları başqa yazılar yazmağa, fəaliyyətdə olmağa və fayda verməyə təşviq etmək üçün şərh yazılması yaxşı olar.
6) Yazının hamısını oxumayan insanlar da vardır və ümumiyyətlə bundan ötəri şərh yazmaq ağıllarına belə gəlmədən yazıdan çıxarlar. Çünki Azərbaycanda oxuma vərdişi təəssüf ki, çox inkişaf etməmişdir. Bu vərdişin olmaması da şərh yazmamanın əsas səbəblərindəndir
7) Yenə Azəbaycanda ümumiyyətlə iştirakçı və təşəbbüskar olmadıqlarından ötəri şərh yazmağı zaman itkisi olaraq qiymətləndirənlər az deyil. Xəbər, məqalə və ya digər yazı növləri 100 dəfə oxunmasına baxmayaraq, bir dəfə də şərh bildirilməz. Şərh yazmamağın səbəbləri tək bunlarla məhdudlaşmır. Daha çox səbəblər var. Bəzən insanlar bir neçə şərh görər və şərh yazmaq istəyərlər. Kütlə psixologiyasıdır bu. Təbii ki, heç şərh bildirmədiklərində də şərh əlavə etmənin mənasız olduğunu düşünərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1568   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201