Payız gəldi, uçdu gəldi xəstəliklər…

Payız gəldi, uçdu gəldi xəstəliklər…BiG.AZ kaspi.az-a istinadən xəbər verir ki,Payız fəslinin gəlişi ilə infeksion xəstəliklərin də mövsümü başlayır
Təsadüfi deyil ki, payız fəslini həm də xəstəliklər fəsli adlandırırlar. Çünki həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Xüsusilə yaz-payız aylarında xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər və ruhi sarsıntılar özünü daha çox büruzə verir. Bəs bu fəslin xəstəliklərindən necə qorunmaq olar?

"İş qabiliyyəti zəifləyir"

Həkim-Terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, təbiətin dəyişməsi təbiətin bir parçası və ayrılmaz hissəsi olan insanın da orqanizmində bir sıra dəyişikliklər yaradır. Onun sözlərinə görə, payızın gəlişi ilə bütün xroniki xəstəliklər kəskinləşir. Buna səbəb isə havanın temperaturunun kəskin dəyişməsidir: "İnsan isti hava şəraitindən birdən-birə soyuq hava şəraitinə düşür. Bəzi insanlar temperaturun kəskin dəyişməsinə reaksiya vermirlər. Amma immun sistemi zəif olan insanlar temperaturun, mövsümün dəyişməsinə həssas olurlar. Belə insanlarda payız fəslində xroniki xəstəliyin kəskinləşməsi halı baş verir. Məsələn, əgər bir insanda bronxit varsa xroniki bronxitin kəskinləşməsi baş verir. Əsasən ağ ciyər, mədə-bağırsaq sistemi xəstəlikləri bu fəsildə kəskinləşir. İmmun sistemi zəif olan insanlarda ümumi halsızlıq, infeksion xəstəliklərə qarşı müqavimət və iş qabiliyyəti zəifləyir".

Payızda kəskinləşən xəstəliklər

M.Abbasova mövsümlə əlaqədar olaraq, kəskinləşən xəstəliklər haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu fəsildə soyuqdəymə, qrip, allergik xəstəliklər özünü daha çox büruzə verir: "Mövsümlə əlaqədar bir sıra xəstəliklər var ki, onlarda kəskinləşmə gedir. Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olan, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə diqqətli olmalıdırlar. Çünki, belə xəstəliklər əsasən bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatçılıqlar yaradır".

Mövsüm xəstəliyinin müalicəsi

Həkim vurğuladı ki, mövsümün dəyişməyinə az qalmış insanlar orqanizmlərində olan müəyyən xəstəliklərin müalicəsini etməlidirlər ki, yaz fəslində bu xəstəliklər kəskinləşməsin. Onun sözlərinə görə, mövsümi xəstəliklərin qarşısını ev şəraitində də almaq olar: "Bunun qarşısını almaq üçün ilk növbədə bədənin immun sistemi möhkəm olmalıdır. Həkimə müraciət edə bilməyən insanlar da xroniki xəstəliklərin qarşısını almaq üçün immun sistemini artıran bir sıra şirələr var ki, o şirələrdən istifadə etməlidir. Həmin şirələrin ev şəraitində hazırlanması daha yaxşı olar. Ev şəraitində xüsusən kök, alma, nar, çuğundur, balqabaq şirəsini hazırlayıb içmək lazımdır. Havalar soyuyanda əsasən insanlar ev şəraitindən çıxmamağa üstünlük verirlər. Amma əksinə, isti geyinib açıq havada gəzmək lazımdır ki, mövsüm xəstəliklərinin qarşısı alınsın".

Payız depressiya fəslidir?

Payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Psixoloq Dəyanət Rzayevin bizimlə söhbətində bildirdi ki, bu vaxt iqlim dəyişdiyi üçün insan orqanizmdə biokimyəvi stress yaranır. Psixoloqun sözlərinə görə, bu halı yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür. Psixoloq bildirdi ki, biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: "İnsan psixologiyası insan fiziologiyasına, insanın biokimyasına çox bağlıdır. Fəsil dəyişkənliyi insan orqanizmində olduğu kimi psixologiyasında da müəyyən dəyişikliklərə səbəb olur. Və təbii ki, insanda bu zaman depressiya halları çox olur. Qısa müddətli halsızlıq, ruh düşkünlüyü qorxulu depressiya kimi qəbul olunmamalıdır. Depressiya qrip kimi bir şeydir. Əgər heç bir həkim buna müdaxilə etməsə də, bir aya keçib gedir. Bu səthi depressiyadır, təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4722   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998