ŞOK! Bəy toy günü yoxa çıxdı – Bakıda (EKSKLÜZİV)

ŞOK! Bəy toy günü yoxa çıxdı – Bakıda (EKSKLÜZİV)Toy günü bəy yoxa çıxıb.

BiG.AZ-ın AzNews.az-a istinadən verdiyi xəbərə görə, bu gün Bakıdakı "Röya" şadlıq sarayında toy mərasimi keçirilən 1979-cu il təvəllüdlü Yusub (Soyadını dəqiqləşdirə bilmədik – red.) öz toyuna gəlməyib.

Belə ki, bu gün səhər saatlarında qohumlarının birindən gəlini gətirmək üçün maşın götürən Yusub, elə avtomobillə birgə yoxa çıxıb. Əldə etdiyimiz məlumata görə, bütün qohumlar bəyin axtarışına cəlb olunub. Hətta gəlinin də bəyi axtardığı deyilir. Lakin telefonunu söndürən səbəbkarı "gördüm" deyən olmayıb. Yusubun yaxınlarının dediyinə görə, onun qaçma səbəbləri heç kəsə bəlli deyil. Bu evlilik sevgi əsasında baş tutduğundan bəyin öz toyuna gəlməməsi yaxınlarını şoka salıb.

Qohumlar arasında bu hərəkətini ailəsinin yeganə oğlan övladı olduğundan Yusub "ərköyünlüyü" kimi dəyərləndirənlər olsa da, bununla razılaşmayanlar daha çoxdur. Onların fikrincə, 35 yaşlı bəy ərköyünlük edəcək yaşda deyil.

Yusub bir neçə gün öncədən bəy masasında oturmaq istəmədiyini bildiribmiş.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 8174   Tarix: 09 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040