Yara izlərini birdəfəlik yox etmək mümkündürmü?

Yara izlərini birdəfəlik yox etmək mümkündürmü?Həyatımızın hansısa müddətində bu və başqa dərəcədə yaralanırıq. Bu yaraların çoxu da izsiz ötüşmür. Və təbii ki, əksəriyyətini həmin yaraların izləri ciddi narahat edir. Belə olan halda isə çoxu əməliyyata üz tutur.

Bədəndə olan izlər müxtəlifdir. Yüngül yara izlərinə kiçik ütü yanıqları, bıçaq kəsmələri, sızanaq ləkələrinin buraxdığı çökəkliklər, dərin yara izlərinə əməliyyatdan sonra qalan izlər, yığılıb yarılma nəticəsində yaranan dərin yaralar daxildir. Hər iki növ yaraların kosmetik bərpası mümkündür. Yara izləri çökmüş və ya dəridən yuxarıya qabarmış, normal dəridən fərqli rəngdə olur. Yaranın dərinliyindən asılı olaraq dərinin bərpasının üsulları da dəyişmiş olur.

Plastik-rekonstruktiv cərrah Tamerlan Qarayevin sözlərinə görə, heç bir yara izi tamamilə yox edilmir. Hər hansı bir yara izini estetik cəhətdən normal dəri səviyyəsinə qədər gətirmək olar, lakin heç bir cərrah Allahın yaratdığı qüsursuz nəticəni əldə edə bilməz. Elə yara izləri var ki, onlara cərrahi müdaxilə edildikdən sonra nəticə həkim üçün ürəkaçan olmasa da, xəstə halından çox razı olur. Həkim qüsursuzluq, xəstə isə komplekssiz həyat istədiyi üçün əməliyyatlardan sonra xəstələr həkimlərdən çox razı qalırlar: "Yara izlərinin əməliyyatı normal sağalma prosesi keçməmiş yaraların sonradan qorxunc mənzərə yaratmasının nəticəsi olaraq həyata keçirilir. Kosmetik cəhətdən yara düzəlir, lakin tamamilə yox olmur. Əməliyyat o insanlara edilir ki, onların yara izindən başqa heç bir xəstəliyi olmur, yaralar onları psixoloji olaraq təsir altına salır, normal həyatlarına mane olur, kompleks yaradır. Yoxsa, kiçik izlərə əməliyyat edilmir. Onlar müxtəlif proseduralarla həll edilməyə çalışılır. Əsasən də lazelər silinməsi prosesi hıyata keçirilir. Yara izlərinin bərpası əməliyyatının dəqiq yaşı yoxdur. Yaşından asılı olmayaraq həqiqətən bu əməliyyata ehtiyacı olanları əməliyyat edirik. Əməliyyat zamanı lokal anesteziyadan istifadə olunur. Yaranın həcmindən və dərinliyindən asılı olaraq dəyişə də bilər".

T.Qarayev bildirir ki, dərəcəsindən asılı olaraq yanıqların da, avtomobil qəzası zamanı yaranan çapıqların da, uşaq yaşlarından yıxılma nəticəsində alında, qaşda yaranan dərin izlərin də bərpası mümkündür. Bəzən elə həkimlər olur ki, onlar xəstəyə "yara izlərinin müalicəsi, bərpası yoxdur, buna alış, belə yaşa" deyirlər, halbuki estetik cərrahiyyə təkcə insanların ağız, burunlarını əməliyyat edib, gözəlləşdirməklə kifayətlənmir. Son zamanlar izlərin də əməliyyat olunmasına tez-tez rast gəlirik: "Elə yara izləri var ki, onlara əməliyyat lazım olmur. Yaranın üstü lazerlə işlənilir və kənarlardan sağlam dərinin gəlməsini gözləmək lazım gəlir. Lazerlə müdaxilə olunan hissə qabıqlanır, qabıqlanma təmizləndikdən sonra yara izi əvvəlkinə nisbətən 30- 40% bərpa olunmuş olur. Əgər izlər əməliyyat izidirsə, həmin hissə yenidən kəsilir, kiçik tikişlər qoyulur. Çünki ilk əməliyyat zamanı iltihablanma və bir çox səbəblərdən yaraya qoyulmuş tikişlərdə genişlənmələr yaranır. İkinci əməliyyat zamanı heç bir genişlənmə olmayacağına görə kiçik tikişlərin izi birinci izə nisbətən daha yaxşı görüntüyə malik olur. İz mütləq olacaq, bundan qaçış yoxdur".

Yara izləri arasında ən geniş yayılanı isə yanıq izləridir. Birinci və ikinci dərəcəli yanıqlar özləri sağala bildiyi üçün onlara müdaxilə olunmur. İkinci dərəcə dərin, üçüncü dərəcə olan yanıqlarda izlərin qalması ilə yanaşı dərinin funksiyası da pozular. Belə əməliyyatlarda məqsəd birinci dərinin funksiyalarını bərpa etmək, daha sonra yaranın estetik baxımından normala qayıtması üzərində işləməkdir. İzləri də sonuna kimi yox etmək qətiyyən mümkün deyil. Əməliyyatdan sonra 7-15 gün arasında bədənin hansı nahiyyəsinin əməliyyat olunmasından asılı olaraq tikişlər sökülməyə başlanılır. Həkim qeyd edir ki, estetik cərrahiyyə əməliyyatdan sonrakı ilk gün nəticəni verməz. Əməliyyat sonrası tikişlər söküldükdən sonra belə 3 aya kimi tikiş işlərinin qabarıq formada aşkar görünməsi mümkündür. Müxtəlif gellər və mazların da köməyi ilə 6 aya qədər bu izlərin yox olması müşahidə edilir. Lakin əməliyyatın son nəticəsi 1 ildən sonra ortaya çıxmağa başlayır: "Xəstələr əməliyyatdan sonra elə ilk həftə nəticə gözləyirlər. Nəticənin olmadığını görən xəstələr ruhdan düşür. Halbuki, bu cür əməliyyatların tam nəticəsi 1 ildən sonra özünü göstərər. İlk aylarda nəticə gözləmək düzgün deyil. 1 ildən sonra müdaxilə edilən hissə normal dəri rənginə qayıdacaq və əvvəlki görünüşdən tamamilə fərqlənəcək".

Qeyd edək ki, harda və necə yaralanmaqdan asılı olmayaraq bütün yara izlərinə çarə var. Tamamilə izlər yox edilməsə də əvvəlkinə nisbətən yara izlərinin yüngülləşdirilməsi mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3422   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 341
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2531
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 505
.

Dünya əhalisinin üçdə biri zəhərli su içir - TƏDQİQAT

Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir. Tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub. Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyy

23.03.2024 326
.

Sabahdan bu ölkədə teleqram işləməyəcək

İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İspaniyada teleqramın istifadəsi Atresmedia, EGEDA, Mediaset və Telefonica media şirkətlərinin tələbindən sonr

24.03.2024 300
.

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi

Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir" beynəlxalq hava keyfiyyətinin monitorinqi xidmətindən məlumat verilib. Məlumata görə, Çianqmayda havadakı PM2.5 mikrotozunun səviyyəsi Ümumdünya Səhiyy

17.03.2024 321
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 427
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 313
.

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər. Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır. Tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalınd

10.03.2024 495