Maraqlı Söhbət [ Hekayə ]

Maraqlı Söhbət [ Hekayə ]Həftə sonu Həcər öz babasına baş çəkməyə getdi. İki gün çox tez keçdi və Həcər heç macal tapmamış, atası onu aparmağa gəldi. Həcər babası ilə sağollaşıb, maşına minməyə getdi. Maşının yaxınlığında torpağın üstündən bir kəpənək qanadlarını açaraq, Həcərin yanına uçdu."Sən artıq evə gedirsən, düzdür?" – kəpənək asta səslə soruşdu.

Həcər heyrətləndi. "Sən məni tanıyırsan, bəyəm?"

"Əlbəttə" - kəpənək gülümsədi. "Baban qonşulara sənin barəndə danışanda eşitmişəm"

"Bəs nəyə görə əvvəl gəlib mənimlə danışmamısan?" - Həcər soruşdu.

"Bunu edə bilmirdim. Çünki bağdakı ağacın başında baramanın içində idim." – kəpənək izah etdi.

"Barama?! O nədir elə?" - Həcər soruşdu.

"Gəl sənə hər şeyi başdan danışım," - kəpənək dedi və dərindən nəfəs aldı. "Kəpənəklər yumurtadan balaca tırtıl olaraq çıxır. Biz ağac yarpaqlarını yeyirik. Sonra bədənimizdən olan tellə özümüzü sarıyırıq. Toxuduğumuz həmin balaca torba barama adlanır. Böyüyənədək həmin torbanın içində qalırıq. Oyananda və baramadan bayıra çıxanda bizim rəngarəng qanadlarımız olur. Həyatımızın qalan hissəsini uçaraq və güllərdən qidalanaraq keçiririk."

Həcər başını tərpətdi: "Onda belə çıxır ki, bütün rəngarəng kəpənəklər qanadları çıxana qədər tırtıl olur?"

"Budaqdakı yaşıl tırtılı görürsən?" – Kəpənək soruşdu.

"Görürəm, o yarpaqdan qopararaq yeyir."

"O, mənim balaca qardaşımdır" – Kəpənək gülümsədi. "Bir azdan o da, torba toxuyacaq və sonra mənim kimi kəpənək olacaq."

Həcərin çoxlu sualları yaranmışdı. "Belə bir dəyişikliyi necə planlaşdırırsınız? Yəni, siz yumurtada nə qədər qalırsınız, tırtıl kimi nə qədər yaşayırsınız və torbalarınızı toxumaq üçün sap-telləri necə düzəldirsiniz?"

"Biz bunların heç birini planlaşdırmırıq" – Kəpənək səbrlə başa saldı. Allah Özü bizə nəyi nə vaxt etməyi öyrədir. Biz sadəcə Yaradanın istəyini yerinə yetiririk."
Həcər çox təsirlənmişdi. "Sənin qanadlarınn rəngləri çox gəşəngdir. Və mən biləni, bütün kəpənəklərin müxtəlif rəngləri olur, düzdür? Onlar həqiqətən rəngarəng və göz oxşayandır!""Yerlərdə və göylərdə hər şey Allahı həmd edər… (Əl-Hədid surəsi, 1) Görmürsünüz ki, Allah yerə göydən su göndərir və onun vasitəsilə Biz müxtəlif rəngli meyvələr yetişdiririk? Dağların üstündə ağ və qırmızı rəgli cığırlar və tünd qara qayalar əmələ gətirdik. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngdə olanları var. Yalnız elmi olanlar Allahdan qorxar. Allah həqiqətən qüdrətlidir, bağışlayandır. (Fatir surəsi, 27-28) Bu, Allahın bənzərsiz sənətinin təsdiqidir. O, bizi bir-biri və ən gözəl şəkildə yaradıb" – deyə dostu Həcəri başa saldı.

Həcər həyəcanla təsdiqlədi. "Allahın yaratdığı gözəlliklıəri görməmək mümkün deyil. Ətrafımızda yüzlərlə nümunələr var!"

Kəpənək başını tərpətdi: "Haqlısan, Həcər. Bütün bu nemətlərə görə Allaha minnətdar olmalıyıq."

Həcər çiyninin üstündən baxdı: "Atam gəlir. Deyəsən, artıq yola düşürük. Səninlə tanış olmağa çox şadam. Gələn həftə gələndə yenə danışa bilərik?"
"Əlbəttə!" – Kəpənək başını tərpətdi. "Sağ-salamat gedin."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5155   Tarix: 09 dekabr 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489