Hərbi xidmətə çağırışda yenilik - Video

Hərbi xidmətə çağırışda yenilik - VideoBiG.AZ anspress.com-a istinadən xəbər verir ki,Ölkədə səfərbərlik və hərbi xidmətə çağırış sistemində vətəndaşların işini asanlaşdırmaq üçün 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır. Bu xidmət növü hərbi xidmətə keçmə haqqında arayışın verilməsi üçün müraciət və sənədlərin qəbulunu həyata keçirəcək. Vətəndaşlar bu elektron xidmətlər vasitəsi ilə vaxt itirmədən fərdi şəkildə internetə daxil olaraq sənəd qəbulu işini gerçəkləşdirə biləcəklər. Yeni sistem eyni zamanda, hərbi xidmətə yollanan gəncə hansı ərazidə xidmət keçəcəyi haqqında məlumat əldə etmək imkanı verəcək. Yeni xidmətin tətbiqi hərbi xidmətə hazırlaşan gənclər, eləcə də, onların valideynləri tərəfindən müsbət qarşılanıb.

Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin sədri Daşdəmir Əliyevin sözlərinə görə, dünyanın qabaqcıl ölkələrində bu proses çoxdan həyata keçirilib. Hərbi xidmətə çağırış sitemində elektron xidmətin tətbiqi bir çox problemləri aradan qaldıra bilər.
Elektron xidmət hətta hərbi biletini itirmiş vətəndaşlara onu yeniləmək, arxiv arayışlarını idarəyə getmədən əldə etmək imkanını qazandıracaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3689   Tarix: 02 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390