Kağız, yoxsa insan

Kağız, yoxsa insanKağız: əslində bəsit bir şey kimi dursa da, çox önəm daşıyan bir şeydir...

Bəzən çox səviyyəsizcə ayaqlar altında olsa da, bəzən bir kağız parçası həyatının dönüş nöqtəsi olur. Bir kağız parçası : hər şeyə qadir ola bilən birşeydir. Neçə şairin əl işlərinin səbəbkarı, neçə gəncin ölüm fərmanı. Bəzən bir insanın həyatını qurtaracaq birşey. Bir kağız parçası kimisi üçün vida məktubu, kimisi üçün yaşama duyğusu, kimisi üçün mənasız birşey, kimisi üçün isə dərd ortağı... Bəzisi sözlə ifadə edə bilmədiyi hislərini kağıza tökər, kimisi kağızla dərdləşər. Amma sonunda səviyyəsiz bir şəkildə ya yerdə olar, ya da zibil qutusunda. Kimisi roman yazar o parçalara, bir başqası o romanı ən önəmli parçası olaraq rəfində saxlayar, bəzisi üçün isə bir məna ifadə etməz, sadəcə sobada yandırılıb istilik qaynağı olar.

Kağız parçası : neçə məhəbbətin səbəbkarı olmuş, neçə məhəbbətin bitiş səbəbi olmuşdur. O elə birşeydir ki, həyatımızın önəmli bir parçasıdır əslində. Biri üçün iş imkanı yaradarkən, bir başqası üçün isə ölüm fərmanın imzalandığı bir əşya olur. Birisinin evlilik imzasının atıldığı kitabça , bir başqasının ayrılıq imzası atılan məhkəmə kağızı. Bəs bugün bu kağız parçası qədər həm önəmli, həm dəyərli, həm də önəmsiz, mənasız, lazımsız olan başqa nə ola bilərki, dediyimizdə ağıla əlbətdəki bir insan gələr. Bir sözlə dünyanı dağıdan, bir sözlə sülh gətirən, bir hərəkətlə öldürən, bir hərəkətlə can qurtaran. Bir başqası üçün sevinc qaynağı ikən, bir başqası üçün nifrət səbəbidir.

Bir kağız parçası bir insanla nəcə eyni dəyərdə ola bilərki dediyimizdə, bəzən bir kağız parçası bir insanı maarifləndirərkən, bir kağız parçası bir başqa insanı yoldan çıxara bilir. Əlbətdə ki, burda ortaya bir fikir atılar; bəs o kağız parçasını yazan da axı insandır. Bəli insan kağızı yazır, amma kagızın hökmü bəzəndə insanın sözündən daha dəyərli olur.

Kağız parçası həyat qurtarır, amma insana təqdim edilərkən maddiyatı bildirir. Bəzən sənin səviyyəni bildirir, bəzi hallarda gücünü. Bəzən kağız parçası olmasa ac qalarsan, xəstəxanaya gədərsən səni dinləyən olmaz, bir kağız parçası kimi kənara atılarsan dəyərin olmaz. Amma bəzən də o kağız parçası səni hərşeydən xilas edər. Sənə söz demək imkanı yaradar. El arasında sayıb, seçilən bir səxs edər. Kağız parçası ilə nüfuz sahibi olarsan. Bir gün isə, səni səhf addım atmağa məcbur edər…

Bugün elə bir zamanda yaşayırıq ki, kağız parçalarının dəyəri insanlıq dəyərindən daha üstün tutulur. Həyatını o kağız parçaları ilə qurub, o kağız parçaları ilə məhv edirsən. Kağız parçası yoxsa sən bir heçsən. Yəni bir kağız insandan üstündür,

Bir kağız insanın taleyidir…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2226   Tarix: 02 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 392
.

Niderlandlı həkimlər 28 yaşlı qızın həyatdan evtanaziya yolu ilə vidalaşmasına icazə veriblər

Niderlandda 28 yaşlı qız evtanaziya yolu ilə həyatdan könüllü olaraq vidalaşmaq istəyi ilə tibb müəssisəsinə müraciət edib. Bildirilir ki, qız uzun müddət depressiya və psixi pozğunluqdan əziyyət çəkib. Onu müalicə edən həkim bildirib ki, tibb sözügedən problemlərin qarşısında acizdir. Bundan sonra həki

07.04.2024 906
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 172
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 473
.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

07.04.2024 307
.

Alma haqda bunları bilməlisiniz!

Alma unikal xüsusiyyətlərə malikdir və o cümlədən kolon xərçəngindən qoruyur. Bu meyvənin tərkibində bağırsaq mikroflorasının tərkibinə faydalı təsir göstərən pektin var. Rusiya mətbuatına istinadən xəbər verir ki, alma həll olunan liflə zəngindir ki, bu da bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırmaql

08.04.2024 747
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 320
.

500 milyon insanı öldürən XƏSTƏLİK geri qayıdır

Təkcə 20-ci əsrdə təqribən 500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi aradan qaldırılan yeganə insan xəstəliyidir. Bununla belə, Milli Elmlər, Mühəndislik və Tibb Akademiyaları (NASEM) tərəfindən hazırlanan "Çiçək xəstəliyinə qarşı tibbi mübarizə tədbirlərinin gələcək vəziyyəti"

14.04.2024 974
.

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı - SİYAHI

2023-cü ildə turistlərin ən çox ziyarət və axın etdiyi şəhərlər məlum olub. -in xəbərinə görə, "Euromonitor International" 2023-cü il üçün dünyanın ən çox ziyarət edilən şəhərlərinin məlumatlarını açıqlayıb. Siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Sözügedən şəhərləri təqdim edirik:

05.04.2024 506