Kompyuterlə yaranan xəstəliklər.

Kompyuterlə yaranan xəstəliklər.Səhhətimizlə bağlı yaranan kiçik nüanslara bəzən dırnaqarası baxır, ara-sıra baş verən narahatlıqları əksər hallarda ciddi qəbul etmirik. Əslində isə bizə xırda görünən bütün bu məsələlər gələcək böyük problemlərin başlanmasını göstərən siqnallardır. Xüsusən də texnologiyaların, internetin sürətli inkişaf dövründə diqqət yetirməli olduğumuz bir çox məqamlar səhhətimizin sağlamlığı baxımından olduqca önəmlidir. Məsələn, kompüterlə işləyərkən daim hərəkətdə olan barmaqlarınızın keyiməsini keçəcək adi hal kimi qəbul etmək yolverilməzdir.

Kompüterdə işləyərkən əllərin keyləşməsi xəstəlikdən xəbər verir

"Azərbaycan həkimləri"nin məlumatına görə, əl keyləşməsi əksər hallarda kompüterdən istifadə edənlərdə daha çox müşahidə edilir: "Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir. Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir. Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlər və s.-dən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır".

İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələrindən yaranan problemlər

Nevrologiya Klinikasının rəhbəri, nevroloq, tibb elmləri doktoru Rövşən Həsənov da "Rabitə dünyası" ilə söhbətində kompüterlərdən istifadə zamanı vacib olan məqamlara diqqətsizliyin gətirib çıxara biləcəyi fəsadlardan söz açıb: "Boyun fəqərələrinin yırtığı, tendinit, karpal tunnel sindromu və miofassial ağrı sindromu... Bu xəstəliklər gündəlik həyatdakı bəsit hərəkətlərin belə edilməsinin qarşısını ala biləcək qədər ciddi ölçülərə çata bilir. Kompüterlərin istifadəsi zamanı işlərin yerinə yetirilməsinin sürətinin artması özü iş sıxlığının artmasına gətirir. İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələri və buna bağlı fiziki aktivliyin aşağı olması, kompüterin həddindən artıq və yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur".

Kompüter istifadə edənləri gözləyən 4 təhdid

Nevroloqun sözlərinə görə, kompüter istifadə edənləri təhdid edən 4 xəstəlik var. Onlardan birincisi, boyun yırtığıdır: "Boyundan başlayan və qola irradiasiya edən, xüsusilə güc itkisi və keylik ilə birlikdə inkişaf edən problem boyun yırtığına işarə edir. Xüsusilə, sabit mövqedə uzun müddət qalmaq boyun yırtığını tətikləyən faktorlardan sayılır. Miofassial ağrı sindromuna gəlincə, uzun müddət sabit vəziyyətdə işləmək məcburiyyətində olan şəxslərdə müəyyən əzələlərdə ağrılı nöqtələrə inkişaf edən miofassial ağrı sindromu meydana çıxa bilər. Bu sindrom, ümumiyyətlə, kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur".

Klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması fərqli tendinitə yol açır

Tendinitə gəldikdə, həkim deyir ki, dirsək və bilək ətrafında fərqli tendinit növləri meydana çıxa bilər: "Şəxslərin klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması və erqonomika qaydalarına uyğun hərəkət etməməsi nəticəsində əl və bilək ətrafında ağrılar meydana gəlir. Tendinit erkən müalicə edilmədiyi zaman davamlı ağrıya yol açaraq insanların gündəlik işlərini yerinə yetirməsini belə məhdudlaşdırır".

Karpal tunnel sindromundan da danışan R.Həsənov deyir ki, əl və biləyin həddindən artıq istifadəsi bu xəstəliklə nəticələnə bilər: "Bu xəstəliyin əsas simptomu əsasən gecə vaxtı nəzərə çarpan əllərdə olan keyimə şikayətidir. Xəstəlik uzun müddət davam etdikdə əl əzələlərində gücsüzlük və atrofiyalar meydana çıxa bilər".

Kompüter xəstəliklərinə zəmin hazırlayan 10 faktor

Nevroloq sözügedən xəstəliklərə zəmin hazırlayan 10 faktordan da söz açıb. Onun sözlərinə görə, kompüter istifadəsi ilə bağlı meydana çıxan xəstəliklərə zəmin yaradan faktorlar individual, ətraf mühit və psixoloji faktorlar olaraq sıralanır. Bu amillərə təkrarlanan hərəkətlərin uzunmüddətli edilməsi, duruş pozulmaları, sabit bir mövqedə uzun müddət qalmaq, bəzi vəziyyətlərdə lazım olandan çox güc sərf edilməsi daxildir. Məsələn, klaviaturanın düymələrinin qüvvətli basılması və ya kompüter "siçan"ının lazım olandan artıq güclə istifadəsini qeyd etmək olar".

Kompüter xəstəliklərində qadın amili

Ortaya çıxan xəstəliklərə şərait yaradan amillər sırasında başqa maraqlı məqamlar da var. Belə ki, bu amillərə qadın cinsi də ayrıca daxil edilir. Xüsusilə də karpal tunnel sindromu baxımından kompüter xəstəliklərinin yaranmasında qadın cinsi amili də dayanır. Yaşın artması amili isə hər iki cinsə aid edilir. Bundan başqa, xəstəliklərə zəmin yaradan digər amillərə pis erqonomik təchizat və ya ventilyasiyanın pis olması, işlərindən razı olmamaq və monoton işlər, ağır iş yükü (fiziki, zehni və ya mənəvi) və məsuliyyət, iş yerindəki yoldaşların və ya müdirin dəstəyinin zəif olması, siqaret çəkmək də daxildir.

Onurğa sütununa səhvlərimizdən zərbə

Bəs kompüter qarşısında necə oturmaq lazımdır? Həkim deyir ki, hərəkətləri təmin edən onurğa beyni və sinirləri qoruyan onurğa sütunu gündəlik həyatımızdakı səhv istifadə ilə bağlı olaraq zərər görə bilər: "Onurğa sütunu sümük və sümüklərin arasındakı yumşaq toxumalardan ibarətdir. Bu quruluş lazım olan şəkildə güclü və fizioloji şəraitdə saxlanılmazsa, yaş artdıqca bir çox xəstəliyə yol aça bilər. Nə etməli? Kürək və bel nahiyəsini dəstəkləyən bir kreslodan istifadə edin və onu uyğun yüksəkliyə nizamlayın. Bundan əlavə, hər saatda ən az 10-15

dəqiqə ayağa qalxaraq onurğanı rahatlaşdıran idman hərəkətləri edin. Kompüterin ekranını birbaşa qarşınızda tutun. Bundan əlavə, ekran gövdənizdən təxminən qolunuz qədər uzaqda durmalıdır. Monitorun üstü göz xətti və ya bir az aşağıda olmalıdır".

Klaviaturanın dirsəklərdən aşağıda yerləşməsi də şərtdir

R.Həsənovun sözlərinə görə, ekranın təmiz olması da diqqət edilməsi lazım

olan faktordur: "Klaviatura dirsəklərinizdən bir az aşağıda olsun. Klaviaturanın individual nizamlanmasına diqqət edin. Əl və biləklərinizi mümkün qədər düz mövqedə tutun, yəni əl, bilək və barmaqlarınız eyni xətdə olsun. Klaviatura dirsəklərdən bir az aşağıda olmalıdır. Klaviaturanın bu yüksəklikdə

olmağı kürək və çiyin əzələlərinin boşalmasına imkan verir. Kompüter "siçan"ından yüngül istifadə edin, onun əlinizə uyğun ölçüdə olmasına diqqət edin. "Siçan"ı hərəkət etdirərkən bütün qolunuzu hərəkət etdirin və barmaqlarınızı yüngül işlədin".

Kompüter "siçan"ından istifadə müddəti ilə qol və ələ aid problemlər arasında əlaqə

Nevroloq kompüter "siçan"ından istifadə müddətinə diqqət edilməsini də vacib sayır: "İstifadə müddəti ilə qol və ələ aid olan problemlər arasında əlaqə mövcuddur. Belə ki, istifadə müddəti artdıqca şikayətlərin faizi mütənasib olaraq artır. Ona görə də hər yarım saatdan bir fasilə verin. Bu zaman bəzi idman hərəkətləri tətbiq etməniz, uzun müddət sabit vəziyyətdə qalmaqla bağlı meydana gələn problemlərin qarşısını alacaq. Məsələn, çiyin geriyə çevrilə bilər və yaxud biləklərinizi və qollarınızı çevirib hərəkət etdirə bilərsiniz. Kompüter qarşısında işləyərkən qabağa əyilmədən oturun, başınızı taraz tutun və çiyinlərinizin yumşaq olmağına diqqət göstərin".

Masanın altında ayaqların rahat hərəkət etməyi üçün sahə olmalıdır

Kompüter arxasında oturma mövqeyi də tez-tez dəyişməlidir. Masanın altında ayaqlarınızın rahat hərəkət etməyi üçün sahə olmalıdır və ayaqlarınız yerə düz təmas etməlidir. Dizlərinizi 90 dərəcədə tutmağa diqqət göstərin. Ayaqlarınız yerə təmas etmirsə, dəstək qoymağı unutmayın. Stulunuz hər yönə hərəkət edə bilsin. Hər yönə hərəkət edə bilən, yüksəklik nizamına sahib olan, bel və kürək dəstəyi olan, eyni zamanda qolları dəstəkləyən stullara üstünlük verin. Erqonomik şərait yaradın. İşıqlandırma, ventilyasiya, masa, stul və ofis vəsaitlərinizi erqonomik prinsiplərə görə tənzimləyin. Bu tənzimləmə əsasən iş gücü itkisinin qabağını alacaq".

Telefonu çiyin və baş arasında tutmaq da məsləhət deyil

Həkim telefonu çiyin və baş arasında tutmağı də tövsiyə etmir: "Telefondan çox istifadə edirsinizsə, qulaqlıq istifadə edərək boyun ağrılarının qabağını ala

bilərsiniz. Ofis vəsaitlərinizi tənzimləyin. İşləmə sahəsi yaradarkən tez-tez istifadə etdiyiniz vəsaitləri yaxına yerləşdirin. Telefonu sağ əllisinizsə sola, sol əllisinizsə sağa yerləşdirin. Əgər cədvəldən istifadə edirsinizsə, onu göz səviyyəsində və ya daha yuxarıya yerləşdirin. İdman hərəkətləri edin. Boş vaxtınız olanda elastikliyi və tonusu qorumaq üçün düzənli idman hərəkətləri edin. Hansısa xəstəliyiniz varsa, öncə müalicə etdirin. Sonra həkiminizin təklifinə görə idman edin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4038   Tarix: 26 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311