Bakı şəhəri Ramazan Ayının İlk Gününü Belə Qarşılayır

Bakı şəhəri Ramazan Ayının İlk Gününü Belə QarşılayırArtıq mübarək Ramazan ayı daxil olub. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mübarək Ramazan ayı yaşanır. "Yaşanır" kəlməsini ilk öncə hərfi mənada yazdıq. Ancaq həqiqətdə necə? Məmləkətimizdə mübarək Ramazan ayı yaşanırmı? Hiss olunurmu? Və ya yaşanırsa, bu nə dərəcədir?
Elə bu sualları cavablandırmaq məqsədilə Bakı şəhərinin ən gur yerlərindən Ramazan ayının ilk günü ilə bağlı reportaj hazırladıq.

Ramazan ayında Bakı restoranları

Reportajımız ilk olaraq şəhərin tanınmış restoranlarından başladıq. Olduğumuz restoran və şadlıq evlərinin demək olar ki, əksəriyyətində eyni vəziyyətlə rastlaşdıq – restoranlar bir ay müddətinə bağlanıb, bəzilərində təmir işləri aparılır, bəzilərində isə sadəcə olaraq stullar stollar üzərinə qaldırılıb və bu ay üçün heç bir toy sifarişləri qəbul edilmir.

Ramazan ayında Bakının kafeləri

Bakının bütün kafeləri olmasa da, bəziləri bağlıdır. Maraqlısı odur ki, bağlı olan kafelərin çoxu Bakıda fəaliyyət göstərən türk kafeləridir. Xüsusi olaraq, onlardan "Böyük firat", "Böyük Lahmacun", "Atom" və s. kafeləri göstərmək olar. Həmin kafelər yalnız iftar zamanına qədər bağlı olur. İftar zamanından etibarən bu kafelərdə gücləndirilmiş iş başlayır. Kafe rəhbərliyi ilə apardığımız söhbətlər zamanı bildirdilər ki, işçilər yalnız günortadan sonra işə gəlirlər. "İşçilərimizin əksəriyyətini günortaya qədər işdən azad edirik. Onların çoxu demək olar ki, bu ayda oruc tutur və buna görə də, onlar iftar zamanına qədər dincəlirlər ki, iftar zamanı xidmət göstərə bilsinlər. Azərbaycanda fəaliyyət göstərən digər kafelərə də məsləhətimiz bu olar ki, onlar da müqəddəs ayın hörmətinə bağlasınlar. Unutmaq olmaz ki, ruzini verən Allahdır", - deyə türk kafesinin rəhbərliyindən adının çəkilməsini istəməyən bir nəfər söhbəti zamanı bildirdi. "Böyük Lahmacun" kafesinin mühasibi Kenan Enri isə Ramazan ayında kafenin bağlı olmasının onların büdcəsinə təsiri barədə danışdı. "İftara qədər bağlı oluruq və bunu hər il edirik. Ramazan ayında iftara qədər bağlı olmaq büdcəimizə böyük bir təsir etmir. Yay olmasını nəzər alsaq, onsuzda insanlar axşam vaxtı buraya gəlir. İndi isə xüsusi iftar menyuları hazırladığımızdan müştərilərimiz daha çox olur və gəlirimiz də çoxalır", - deyə Enri bildirdi.

Ramazan ayında Bakı şəhərinin küçələri

Şəhərdə Ramazan ayının gəlişini hiss etdirən amillərindən biri də, demək olar ki, bütün dükan və bazarlarda xurmanın satılması idi. Əksər dükanlar "Satışda xurma var" yazısını böyüdərək mağaza pəncərələrinə yapışdırmışdı.
Şəhrdə su və dondurma satanlar alverlərinin xeyli zəifləməsindən danışırdı. "Ən çox məhsulumuzu günorta vaxtları sata bilirdik. İndi Ramazan ayıdır və yəgin ki, insanların çoxu oruc tutur, ona görə də bizdən mal alan çox azalıb", deyə satıcılardan biri bildirdi.
Şəhərdə gəzdiyimiz zaman diqqət etdik ki, əvvəllər əlində su, siqaret və ictimaiyyət arasında qəbul edilməsinə pis baxılmayan qidaları istifadə edənlər çox olurdusa, indi belələri qarşımıza tək-tük çıxırdı.

Bakı sakinlərinin Ramazan ayı təəssüratları

Şəhər əhalisinin Ramazan ayının ilk günündə təəssüratlarını öyrənmək üçün sonda "Ramazan ayının ilk gününü necə qarşıladız?", sualı ilə əhali arasında sorğu keçirdik.
İlk müsahibimiz yaşı təqribən 45-50 olan Tahir müəllim oldu. "Ramazan ayının gəlişi bizləri çox sevindirir. Əlbəttə ki, demək olmaz ki, oruc tutmaqda çətinliyimiz yoxdur, xeyr var. Lakin, fikirləşəndə ki, bu işi Allaha xatir görürsən və əvəzini ondan alacaqsan, onda insana bir o qədər çətin gəlmir", - deyə Tahir müəllim bildirdi.
Digər bir müsahibimiz gənc tələbə Seymur Əliyev Ramazan ayının məhz yaya düşməsində bir gözəllik olduğunu vurğuladı. "Ramazan ayının yaya düşməsi məni çox sevindirir. Qışda oruc tutmağa nə varki? Ancaq 16 saat yayın günündə susuz qalmaq şəxsən mənə ləzzət edir".
Bəzi müsahiblərimiz Ramazan aynda oruc tutmadığını bildirdi. Maraqlıdır ki, onların əksəriyyəti oruc tutmamaqlarına səbəb kimi xəstə olduqlarını göstərdi. "Oruc tuta bilmirəm. Bu mənim səhhətimlə əlaqədardır. Ancaq bu ayda çoxlu yaxşı işlər görməyə çalışıram. Oruc tutanların oruclarının Allah dərgahında qəbul olunmasını diləyirəm", - deyə müsahiblərimizdən biri mağaza satıcısı olan Xalidə xanım bildirdi.
İsti yay günlərdində şəhərin taksi sürücüləri də oruc tutur. "Bəlkə də ən çətin iş bizim işimizdir. Lakin, buna baxmayaraq Allahın vacib buyurduğu orucu tutmağa çalışırıq. Bütün çətinlikdə Allah kömək olur və ona görə də çətinliyi demək olar ki, hiss etmirik. Ona görə də, oruc tutmayanların işinin çətin olması ilə əlaqələndirənlər bunu sadəcə bəhanə edirlər", - deyə taksi sürücüsü, 37 yaşlı Kazım Əsədov bildirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7587   Tarix: 15 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28.03.2024 1575
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507