Zibillikdən yığılan paltarlar satışda.

Zibillikdən yığılan paltarlar satışda.Satıcı Gülər: İmkansız insanlara pulsuz paltar vermişəm
"Memi" dükanlar şəbəkəsini – "Avropadan paltarlar" (Second hand) yazıları yazılan mağazaları çoxları tanıyır.
Məlum olduğu kimi, bu dükanlarda satılan paltarlar Avropadan Bakıya gətirilir. Deyilənlərə görə, 15 ildir fəaliyyət göstərən bu dükanlar bir mərkəzdən idarə olunur və burada paltarlar çox ucuz qiymətə satılır.
Xəstəlik daşıyıcısıdır?
"Qış Parkı"nın yaxınlığında bu mağazalar şəbəkəsinin sayı çoxluq təşkil edir. Satıcılar və müştərilərlə söhbətdən məlum oldu ki, bu tip mağazaların əksəriyyəti bağlanıb. Satıcı Gülər deyir ki, aidiyyəti qurumlar belə paltarların təhlükəli olduğunu bildiriblər: "Bu mağazadan bu küçələrdə çox var idi. Ən çox dükan Dilarə Əliyeva küçəsində idi. Ancaq gəlib çoxunu bağladılar. Dedilər ki, bu paltarlar geyinilmiş olur, xəstəlik yayıla bilər. Hansı xəstəlikdən söhbət getdiyini isə bilmədim. Bu mağazalar şəbəkəsi 15 ildir, fəaliyyət göstərir. Mən də dörd ildir, burada satıcı işləyirəm. Hər gün 50-60 adam gəlib buradan paltar alır. Ancaq heç kim deməyib ki, bu paltardan xəstəliyə düşmüşəm.
Əksinə, buradan mal alan bizdən çox razı qalıb, daha sonra qohumlarına, dostlarına da buranı məsləhət görüb. Sonra həmin adamın dostları və qohumları gəlib buradan paltar alıblar. Xəstəlik söhbəti yalandır. Mən də buradan paltar alıram, uşaqlarıma da buradan paltar aparıram. Qorxan gözə çöp düşər".
Kilo ilə paltar…

Gülər deyir ki, bu mağazalara paltarlar çəki ilə gətirilir. Onlar gedib paltarları kilo ilə çəkir və mağazaya gətirib satırlar: "Paltarlar Avropadan gətirilir. Orada bəzi paltarlar az geyinilir və sahibləri istifadə etmir. Bakıya həmin paltarlar gətirilir. Bu mağazalar şəbəkəsinin də bir ümumi zirzəmisi var. Paltarlar həmin zirzəmiyə yığılır. Biz gedib həmin zirzəmidən çəki ilə paltar gətiririk. Ona görə də, buradakı paltarların qiymətləri eynidir, fərq qoymuruq. Biz onları çəki ilə aldığımızdan hamısı eyni qiymətə düşür. Qiymətlər çox ucuz olur. Çünki həmin paltarlar pulla alınmır. Sadəcə daşınmasına və yerin kirayə puluna görə biz onları pula satmalı oluruq. Ucuz olduğuna görə, hamı bizdən paltar alır. Biz də əvvəl insanlara çəki ilə satırdıq paltarı. Sadəcə olaraq bizə göstəriş verdilər ki, çəki ilə satmayın, ədədlə satın. Biz də göstərişə əməl edən adamlarıq. Başımızı aşağı salıb işimizi görürük".
Satıcının sözlərinə görə, paltarlar az geyinilmiş olsa da, keyfiyyətlidir: "Düzdür, bu paltarlar az geyinilmiş sayılır. Bunları Avropada geyiniblər. Ancaq bir-iki dəfə geyinildiyi üçün paltarlar təzə qalıb. Vallah, indi marketlərdə satılan paltarlar da buradakından heç də yaxşı deyil. Hamısı keyfiyyətsizdir. Bahalı mağazaları demirəm. Ancaq orta qiymətə satılan paltarlar bizim paltarlardan yaxşı deyil. Buradakı paltarlar Almaniyadan, Hollandiyadan gətirilir. Ancaq o paltarların üstünə yalandan marka vururlar və baha qiymətə satırlar. Biz isə ucuz və keyfiyyətli mal təklif edirik".
"Avropada zibilliklərdə belə paltarlar görmüşəm"

Qərara aldıq ki, alıcıları da danışdıraq. Gülxanım adlı alıcı belə mağazalardan razı olduğunu söylədi: Mən ayda bir neçə dəfə bu mağazaya gəlirəm. Özümə və uşaqlarıma paltar alıram. Gördüyünüz ki-mi, paltarlar ucuzdur. Buradan 6 manata şalvar, 4 manata kofta almaq olar. Mən Avropada olanda oranın zibilliklərində belə paltarların atıldığını görmüşəm. Zibillik deyəndə, hər kəsə gülməli gələ bi-lər. Onların zibillikləri bizimki kimi deyil. Orada xüsusi yerlər ayırılır. Kiminsə paltarı əyninə balaca gəlibsə, yaxud bir-iki dəfə geyinib bezibsə, həmin paltarı gətirib oraya qoyur. Nəinki o paltarı, hətta mən orada təzə mebellər də görmüşəm. İmkansızlar, ehtiyacı olanlar gəlib oradan istədiyini götürür, yaxud onlar kimsəsizlər evinə verilir. Bəzən də Azərbaycan kimi ölkələrə göndərilir və burada satılır. Bu paltarlar səliqəli yerdə olur. Gözümlə görmüşəm. Ona görə də çəkinmədən alıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8747   Tarix: 23 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946